Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-461/2024 22.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-ə qarşı "aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-ə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsi elektron qaydada tərtib edilərək “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və ərizəni İddiaçı elektron imza ilə imzalamışdır. İş materiallarından görünür ki, abonent saldosunda X1 adı qeyd edilir. “Azəriqa” İB tərəfindən tərtib edilmiş bütün sənədlərdə abonent kimi iddiaçı deyil X1 adı qeyd edilir. İş materiallarında olan arayışdan görünür ki, X2 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən İddiaçı buna səlahiyyəti olmadan iddiaçı kimi iddia ərizəsini elektron qaydada imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İB-ə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-461/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-461/2024
22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver