Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-515/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, SRK6000338 saylı müqaviləyə əsasən 720 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-yə olan 720 manat məbləğindəki borcunu ödədiyini bildirmişdir. Hacıqabul rayon Məhkəməsinin e-2(071)-515/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(071)- 515/2025 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı MMCyə olan 720 manat məbləğindəki borcunu ödəmişdir. Belə ki, həmin borcu 3 il bundan əvvəl ödəmiş, lakin hazırda həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SRK6000338 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 819 manat olan məişət avadanlığı Cavabdeh ilkin ödəniş 9 manat olmaqla, qalan 810 manat məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 45 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SRK6000338 saylı müqavilə üzrə Cavabdeh 720 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən “Riffel RRCS 400S” markalı soyuducu mülki iş üzrə Cavabdeh təhvil verilmiş, həmin akt "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi və alıcı Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların pulunu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Belə ki, Cavabdeh məhkəməyə təqdim etmiş olduğu yazılı etirazında, həmçinin məhkəmə iclasları zamanı verdiyi ifadələrində İddiaçı MMC-yə olan borcunu ödədiyini bildirsə də, qeyd edilən halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, sübutemə bölgüsü baxımından borcu sübut emək vəzifəsi iddiaçıya, ödənilmiş borcu sübut etmək isə cavabdehin üzərinə düşür. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh mübahisə predmeti olan alqısatqı müqaviləsi üzrə məişət əşyasını (soyuducu) iddiaçıdan müqavilə üzrə təhvil almışdır. Lakin, sözügedən alqı-satqı müqaviləsi üzrə ödənildiyini qeyd etdiyi borc məbləğini təsdiq edəbiləcək sübutları (qəbz, çıxarış və s.) məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 720 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, məhkəmə xərcinə daxil olan və ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SRK6000338 saylı müqavilə üzrə 720 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-515/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-515/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver