Məhkəmə qərarları › İş №e-2(071)-640/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-640/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-640/2024 09.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul”” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 591,92 manat əsas və 162 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 1309,84 manat əsas borc və 195 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 2337,68 manat əsas borc və 474,7 manat cərimə borcu; xx.xx.2023cü il tarixli müqaviləsi üzrə 782,56 manat əsas borc və 144 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 4284,66 manat əsas borc və 831,64 manat cərimə borcu olmaqla, ümumillikdə 11117 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 123,35 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmağına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını etiraz etmədiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 2 ədəd İlgaz-yumşaq-1 yerli, Quenn-yumşaq-3 yerli Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş olmadan, 3255,20 manat toplam məbləğin hər ay 135.63 manat olmaqla 4 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 325,52 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, 02674338 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Paltaryuyan Bosch Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02674338 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş 20 manat daxil olmaqla, 1572,80 manat toplam məbləğin hər ay 65.53 manat olmaqla 4 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 157,28 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, 02674608 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 2 ədəd Playstation 5, 2 ədəd PS5 üçün oyun, PS5 oyun pultu, İmei kodu **********33688 Samsung Galaxy A23 markalı telefon Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02674608 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş olmadan, 2850,84 manat toplam məbləğin hər ay 158,38 manat olmaqla 4 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 285,08 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, 02674620 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İmei kodu **********24493 olan Samsung Galaxy A23 markalı telefon Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02674620 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş olmadan, 880,5 manat toplam məbləğin hər ay 48,92 manat olmaqla 4 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 88,05 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, 03984297 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İmei kodu **********38481 olan İphone 14 Pro Max markalı telefon və Apple adapter Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03984297 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 5004,91 manat toplam məbləğin hər ay 252,22 manat olmaqla 3 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 500,49 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Həmçinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələri üzrə 9309,66 manat ödənilməmiş hissə, 1807,34 manat cərimə olmaqla, ümumilikdə 11117 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların pulunu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarı azaldılaraq, əsas borcun 7 % həcmində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4287,66 manat əsas borca münasibətdə 300,14 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 591,92 manat əsas borca münasibətdə 41,43 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1309,84 manat əsas borca münasibətdə 91,69 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 782,56 manat əsas borca münasibətdə 54,78 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2337,68 manat əsas borca münasibətdə 163,64 manat cərimə, cəmi ümumi əsas borca münasibətdə 651,68 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4287,66 manat əsas borc, 300,14 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 591,92 manat əsas borc, 41,43 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1309,84 manat əsas borc, 91,69 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 782,56 manat əsas borc, 54,78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2337,68 manat əsas borc, 163,64 manat cərimə, olmaqla, ümumilikdə 9961,34 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 119,61 manat olmaqla, cəmi 10080,95 (on min səksən manat, doxsan beş qəpik) manat pul Cavabdeh tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4287,66 manat əsas borc, 300,14 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 591,92 manat əsas borc, 41,43 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1309,84 manat əsas borc, 91,69 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 782,56 manat əsas borc, 54,78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2337,68 manat əsas borc, 163,64 manat cərimə, olmaqla, ümumilikdə 9961,34 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 119,61 manat olmaqla, cəmi 10080,95 (on min səksən manat, doxsan beş qəpik) manat pul Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar