Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-65/2025 11.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X14, X11, X15, X22, X12, X16, X36, X23, X27, Mirzəyeva (Əskərova) Nüşabə Yavər qızı, X17, X37, X31, X24, Mirzəyeva (Əliyeva) Nahidə Rza qızı, Mirzəyeva (Axundova) Gülnar Rza qızı cəlb edilməklə cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 120.40 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müyyən edilmiş müddətin buraxılma səbəbinin üzürlü hesab edilməklə, həmin müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxx 1958-ci ildə Qazı- Məmməd (hazırkı Hacıqabul) şəhərində anadan olmuşdur. Hal-hazırda Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 54-də qeydiyyatdadır. Yaşadığı ev mərhum atası X10 və anası X32 yaşamış, həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə atası X3 adına qeydə alınmışdır. Valideyinlərinin rəsmi nikahlarından X5, X38, X38 və İddiaçı doğulmuşlar. Atası - X18 xx.xx.1986-cı il, qardaşı X38 xx.xx.1989-cu il, anası X32 xx.xx.1996-cı il və bacısı X5 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Həmin vaxtdan bu günə kimi o, mərhum atası X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və ona sahiblik etmişdir. Valideyinləri vəfat etdikdən sonra, savadı olmadığı üçün atasına məxsus fərdi yaşayış evini öz adına vaxtında qeydiyyata almamışdır. Hal-hazırda valideyinlərinin rəsmi nikahlarından olan bacı və qardaşları vəfat etdikləri üçün, həmin fərdi yaşayış evində ondan başqa heç kim yaşamır. Miras əmlakı qəbul etməsini rəsmiləşdirmək üçün Hacıqabul Notariat Ofisinə müraciət etdikdən sonra ona 30 noyabr 2023-cü il tarixli 340 nömrəli məktubla cavab ünvanlanaraq bildirilmişdir ki, xx.xx.1986-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən müddət buraxılmış və müddətin buraxılma səbəbi məhkəmə tərəfindən üzürlü hesab edildikdə uzadıla bilər. Qyed edir ki, mərhum atası vəfat etikdən sonra, savadsız olduğu üçün vaxtında müraciət edə bilməmiş, bundan başqa atasının vəfat etməsi onu çətin vəziyyətə saldığı üçün müddəti üzürlü olaraq buraxmışdır. Odur ki, məhkəmədən qanunla müddətin buraxılmasının üzürlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən, iddia tələbi üzrə mübahisə predmetinin maraqlarına toxuna biləcəyi ehtimal edilən X14, X11, X15, X22, X12, X16, X36, X23, X27, Mirzəyeva (Əskərova) Nüşabə Yavər qızı, X17, X37, X31, X24, Mirzəyeva (Əliyeva) Nahidə Rza qızı, Mirzəyeva (Axundova) Gülnar Rza qızı qərardadla iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən tələbin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Hacıqabul rayon Notariat Ofisinə və məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X14, X11, X15, X22, X12, X16, X36, X23, X27, Mirzəyeva (Əskərova) Nüşabə Yavər qızı, X17, X37, X31, X24, Mirzəyeva (Əliyeva) Nahidə Rza qızı, Mirzəyeva (Axundova) Gülnar Rza qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən, eləcə də iştirak etməmələrinin üzürlü səbəbləri barədə məlumat təqdim etmədiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışa (qeydiyyat tarixi - xx.xx.2014-cü il, qeydiyyat nömrəsi – **********) əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 120.40 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə X7 adına reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 164/05-70 nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1958-ci ildə Hacıqabul rayonundan doğumuş İddiaçı atası- X19, anası X25r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 340 nömrəli məktubun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuş, eyni zamanda buraxılmış müddəti məhkəmə üzürlü sayarsa uzadıla biləcəyi qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2023cü il tarixdə (təkrar) verilmiş AZ-İİ seriyalı, 377114 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1986-cı il tarixdə vəfat etmiş və ölməsi faktı xx.xx.1986-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 61 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2023cü il tarixdə (təkrar) verilmiş AZ-İİ seriyalı, 377116 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölməsi faktı xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 242 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2023cü il tarixdə (təkrar) verilmiş AZ-İİ seriyalı, 377117 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və ölməsi faktı xx.xx.2018-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 36 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2023cü il tarixdə (təkrar) verilmiş AZ-İİ seriyalı, 377115 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1989-cı il tarixdə vəfat etmiş və ölməsi faktı xx.xx.1989cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 33 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1919 nömrəli arayışdan müəyyən edilir ki, Mirzəyev X9 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 54 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş X1 qanun üzrə vərəsələri ola biləcək ailə üzvləri haqqında arayışdan müəyyən edilir ki, 1. X7 ailə tərkibinə – X20 (xx.xx.2020-ci il tarixdə vəfat etmişdir), X13 (-), İddiaçı Fərzalı oğlu (iddiaçı), X39 (xx.xx.1989-cı il tarixdə vəfat etmişdir), 2. X8 ailə tərkibinə –arvadı 1960-cı il təvəllüdlü X14, xx.xx.1979-cu il təvəllüdlü X11, xx.xx.1980-ci il təvəllüdlü X15, xx.xx.1983-cü il təvəllüdlü X22, xx.xx.1986-cı il təvəllüdlü X12 və xx.xx.1992-ci il təvəllüdlü X16, 3. X2 ailə tərkibinə - əri - 1938-ci il təvəllüdlü X40 (xx.xx.1997-ci il tarixdə vəfat etmişdir), xx.xx.1966-cı il təvəllüdlü X36, xx.xx.1969-cu il təvəllüdlü X23, xx.xx.1971-ci il təvəllüdlü X27, xx.xx.1972-ci il təvəllüdlü X28, xx.xx.1973-cü il təvəllüdlü X17, xx.xx.1975ci il təvəllüdlü X37 və xx.xx.1978-ci il təvəllüdlü X31, 4. X26 ailə tərkibinə –arvadı – xx.xx.1965-ci il təvəlllüdlü X24, xx.xx.1987-ci il təvəllüdlü X41 və xx.xx.1988-ci il təvəllüdlü X42 daxildir. Əlavə olaraq bildirilmişdir ki, X7 digər vərəsələrinin ola biləcəyi istisna olunmur. Belə ki, 1949-cu il daxil olmaqla akt qeydi kitabları Neftçala rayon Dövlət arxivinə təhvil verilmişdir. Həmçinin sorğuya adları sadalanan şəxslərin doğum, nikah və olüm haqqında akt qeydləri barədə məlumatlar əlavə edilmişdir. Məhkəmə, iddiaçınin izahatını, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 120.40 kv.m olan fərdi yaşayış evi X1 xüsusi mülkiyyətində olmuşdur. X19 xx.xx.1986-cı il tarixdə öldükdən sonra onun vərəsələrindən yalnız oğlu – İddiaçı miras qoyana məxsus miras əmlak olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 120.40 kv.m olan fərdi yaşayış evində faktiki olaraq yaşamışdır. İddiaçı mərhum atası - X19 vəfat etdikdən sonra, miras əmlakın qəbul edilməsi ilə bağlı olan müddətdən məlumatı olmadığı üçün vaxtında aidiyyəti orqana müraciət edə bilməmişdir, bundan başqa atasının vəfat etməsi onu çətin vəziyyətə saldığı üçün miras əmlakı faktiki olaraq qəbul etsə də, bu faktı rəsmiləşdirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X19 xx.xx.1986-cı il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Həmin Məcəllənin 555-ci maddəsinə əsasən vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X19 öldükdən sonra onun birinci növbə vərəsəsi olan uşağı – İddiaçı miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 120.40 kv.m olan fərdi yaşayış evinə faktiki surətdə yiyələndiklərindən və həmin əmlakı idarə etdiyindən, o, həmin dövrdə anasından qalmış mirası qəbul etmiş sayılır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin (hazırda qüvvədə olan) 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qərarda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Belə ki, 2000-ci ildən sonra qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmirdi. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir. Qərarda qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddiaçının atası X7 15 sentyabr 1986-cı il tarixdə vəfatından sonra, iddiaçının miras əmlakını qəbul etmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət etməməsinin əsas səbəbi, onun hüquqi savadının və müvafiq qanunvericilikdən irəli gələn hüquqi prosedurlara dair məlumatının olmaması olmuşdur. İddiaçı, hüquqi savadsızlığı və vəziyyətin mürəkkəbliyini düzgün qiymətləndirə bilmədiyi üçün miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq hərəkətləri vaxtında həyata keçirmək iqtidarında olmamışdır. Eyni zamanda, atasının vəfatı ilə bağlı yaşadığı mənəvi sarsıntılar və psixoloji çətinliklər, onun həmin dövrdə iradəsini toplayaraq mirasın qəbul edilməsi üçün zəruri addımları atmasına mane olmuşdur. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X14, X11, X15, X22, X12, X16, X36, X23, X27, Mirzəyeva (Əskərova) Nüşabə Yavər qızı, X17, X37, X31, X24, Mirzəyeva (Əliyeva) Nahidə Rza qızı, Mirzəyeva (Axundova) Gülnar Rza qızı məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış, lakin onlar məhkəmə iclasında iştiak etməmiş, habelə iddiaçının miras əmlakının qəbul edilməsi üçün müddətin üzürlü hesab edilməsinə dair irəli sürdüyü iddiaya etiraz etməmiş və bu əmlakla bağlı hər hansı bir hüquqi tələblərinin olmasını göstərən halları bəyan etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi səbəbi üzrlü sayılmalı, mirası qəbul etmək üçün müddət uzadılmalıdır. İddiaçı bu müddəti hansı vaxtadək uzadılmasını tələbində göstərməsə də, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi qeyri-müəyyən müddətə uzadıla bilməz, ona görə də bu müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üç ay uzadılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 120.40 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilsin və miras əmlakın qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 3 (üç) ay müddətinə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-65/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-65/2025
11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver