Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-703/2023 19.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X19 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Abdulfəz oğluna qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Abdulfəz oğluna qarşı (DƏDRX-in 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X3 miras qalmış Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahəsindən ibarət olan fərdi yaşayış evinin 2/3 hissəsi olan, 107.666667 kv.m ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində 1.18 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin, 2/3 hissəsi olan, 0,78666667 ha torpaq sahəsinin ½ hissələrdə iddiaçının, digər ½ hissəsində isə cavabdehin vərəsə kimi pay hüquqlarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi, İddiaçı həmin hissələrdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində andan olmuşdur. X1, anası X10 olmuşdur. Onların rəsmi nikahlarından o, bacısı Həqiqət və qardaşı Fərhad anadan olmuşdur. Bacısı Həqiqət 1980-cı ildə vəfat etmişdir. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 26 aprel 1998-ci il tarixdə, 05 saylı qərarı ilə Hacıqabul rayon 2-ci Udulu kəndində 0,24 hektar həyətyanı torpaq sahəsi atası X8, anası X11 və o İddiaçı Abdulfəs oğlunun mülkiyyətinə verilmişdir. (Bunu JN – 034 F, KOD 91008068 nömrəli Şəhadətnamədən görmək olar) Daha sonra Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 12 oktyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsi atası X8, anası X11 və onun, yəni İddiaçı Abdulfəs oğlunun mülkiyyətinə verilmişdir. (Bunu JN – 0210, KOD 91008058 nömrəli Dövlət aktından görmək olar) Qeyd edir ki, Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsi iddiaçının, onun mərhum ata və anasının birgə mülkiyyətindədir. İş üzrə Cavabdeh Abdulfəz oğlunun həmin yaşayış məntəqələrinin yerləşdiyi torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və kənd təsərrüfat təyinatlı torpaq sahəsində mülkiyyət hüququ yoxdur. Əlavə olaraq bildirir ki, iddiaçının anası X10 xx.xx.2016-cı il tarixdə, X1 isə xx.xx.2016-cı ildə vəfat etmişlər. Onların dəfnində iş üzrə İddiaçı Abdulfəs oğlu iştirak etmiş və onlardan sonra qalan əmlaklara faktiki olaraq iş üzrə İddiaçı Abdulfəs oğlu sahib çıxmış və onları idarə etmişdir. Bütün bunlardan sonra tərəflər arasında bu əmlaklar üstündə məhkəmə mübahisələri olmuş və bunlara dair müvafiq qanuni qüvvəsini almış qətnamələr vardır. Halhazırda Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsindən iş üzrə İddiaçı Abdulfəs oğlu birgə mülkiyyətçi kimi və miras əmlakdan qanun üzrə vərəsə olaraq istədiyi kimi istifadə edə bilmir ona görə ki, iş üzrə Cavabdeh Abdulfəz oğlu buna imkan vermir. Ona görə də iddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 və X3 miras qalmış Hacıqabul rayonunun İkinci Paşalı kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsi olan 80,75 kv.m ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Birinci Paşalı kəndində 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi olan 0,6586 ha torpaq sahəsinin ½ hissəsində İddiaçı, digər ½ hissəsində isə Cavabdeh Abdulfəz oğlunun vərəsə kimi paylarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi əsas hesab edilərək, iddiaçının həmin hissələrdən sərbəst istifadəsinə maneçilik edilməsinin iş üzrə cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı və onun valideynlərinin birgə mülkiyyətində Hacıqabul rayonu İkinci Paşalı kəndində yaşayış 0,240870 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə tərəflərin mərhum atasının mülkiyyətində olmuşdur. Tərəflərin valideynləri 2016-cı ildə vəfat etdikdən sonra iddiaçı valideynlərinin dəfnində iştirak etmiş, həmin fərdi yaşayış evində iddiaçı yaşamış, əmlaka faktiki sahiblik etmiş və idarə etmişdir. Bu səbəbdən hesab edir ki, həmin fərdi yaşayış evinin ½ hissəsində, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin isə miras əmlak hesab edirən 2/3 hissəsinin yarısında vərəsə kimi iddiaçının payı vardır. Bundan başqa, Hacıqabul rayonunun Birinci Paşalı kəndi ərazisində iddiaçı və onun valideynlərinin birgə mülkiyyətində olan 0,9879 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 1/3 hissəsi iddiaçının mülkiyyəti, qalan 2/3 hissəsi isə onun valideynlərinin mülkiyyəti sayılır. Bu səbəbdən hesab edir ki, qeyd edilən torpaq sahəsinin 2/3 hissəsi də miras əmlak hesab edildiyindən, torpaq sahəsinin 2/3 hissəsinin yarısı üzərində də iddiaçının vərəsə kimi payı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, iddiaçı uzun illər Ukrayna Respublikasında yaşamışdır. Cavabdeh qardaşı olan iddiaçını televiziya verilişi vasitəsi ilə tapıb Azərbaycan Respublikasına gətirmişdir. Tərəflərin anası 2016-cı ilin mart ayında, atası isə 2016-cı ilin dekabr ayında vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra tərəflərin heç biri mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər. İddiaçı valideynlərinin dəfnində iştirak etsə də, valideynlərindən miras qalmış əmlakları miras əmlak kimi faktiki qəbul etməmiş, həmin əmlakları idarə etməmişdir. Elşən Fərhadın xəbəri olmadan uzun müddət keçdikdən sonra mirasın qəbulu ilə bağlı notariusa müraciət edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsa da, sonradan məhkəmənin qətnaməsinə əsasən həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Valideynlərindən miras əmlakı vərəsə kimi yalnız Fərhad qəbul etmişdir. Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində də qeyd olunmuşdur. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, Elşən valiydenlərindən miras qalmış əmlakı qəbul etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirdi ki, cavabdeh onun qaynatasıdır. İddiaçı anası vəfat etməmişdən bir neçə ay əvvəl Azərbaycana gəlmişdir. Cavabdehin valideynləri vəfat edən ərəfədə iddiaçı valideynlərinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. İddiaçı ilə cavabdeh əvvəllər mehriban olsalar da, sonradan münasibətləri pozulmuş və təxminən iki ildən sonra iddiaçı atasına məxsus evdən çıxmışdır. İddiaçının atasına məxsus evdə təmir işləri aparmasını görməmişdir. İş materiallarında olan reyestr nömrəsi **********63-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsi X9, İddiaçı və X6 birgə mülkiyyətində olmuş, həmin torpaq sahəsi üzərində yerləşən 161,50 kv.m sahəsi olan fərdi yaşayış evi isə X4 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan reyestr nömrəsi **********86, qeydiyyat tarixi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X10 və X4 ümumi birgə mülkiyyətindədir. İş materialarında olan AZ-İİ 029649 nömrəli xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Hacıqabul rayonu, Paşalı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixli 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materialarında olan AZ-İİ 029644 nömrəli xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Hacıqabul rayonu, 2-ci Paşalı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci il tarixli 02 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-56/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Abdulfəz oğlunun cavabdehlər İddiaçı və Hacıqabul rayon Notariat Kontoruna, ƏMDK-nın yanında DƏDRXnın 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik işinin nömrəsi 177/2019 olan və reystrdə 2V-253 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63-10301 olan çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-219/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-56/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 219/2022 saylı qətnaməsində işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları kimi qeyd edilmişdir ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində 0,24 ha ibarət həyətyanı sahə iş üzrə tərəflərin atası X2, anası X6 və İddiaçı ümumi birgə mülkiyyəti kimi, həmin həyətdə yerləşən 161,5 kv.m yaşayış evi isə ata X2 mülkiyyəti kimi ilkin qeydiyyatdan keçmişdir. X5 xx.xx.2016-cı ildə, ata X8 xx.xx.2016-cı ildə vəfat etmişdir. Miras açılandan sonra iki nəfər vərəsə - Cavabdeh Abdulfəz oğlu və İddiaçı qalmışdır. Miras açılandan təxminən 3 il sonra İddiaçı vərəsəliyin qəbulu üçün notariat orqanına müraciət etmiş, bu zaman o, ərizəsində vərəsə kimi yalnız özünü qeyd etmiş, valideynlərindən miras qalmış əmlaka (yaşayış evinə və torpaq sahəsinə) dair onun adına xx.xx.2019-cu il tarixdə müvafiq olaraq 2V-253 və 2V- 154 reyestr nömrələri ilə qeydiyyatdan keçmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmiş, bunların əsasında İddiaçı əmlakın tam mülkiyyət hüququ ilə ona məxsus olduğuna dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Halbuki müəyyən edilir ki, mirasın açılmasından sonra qanunla müəyyən edilmiş müddətdə vərəsələrdən heç biri notariat orqanına müraciət etməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh Abdulfəz oğlu tərəfindən qəbul edilmişdir. Belə ki, miras açılan vaxtdan o, əmlaka faktiki olaraq sahiblik etmiş və əmlakı idarə etmişdir. Sözügedən həyətdə onun ailəsi yaşayır. Lakin, digər vərəsə İddiaçı münasibətdə mirasın qəbul edilməsi müəyyən edilmir. Məhkəmə, proses iştiraçılarının izahatlarını dinləyərək, mülki işin materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsi X9, İddiaçı və X6 birgə mülkiyyəti kimi, həmin torpaq sahəsi üzərində yerləşən 161,50 kv.m sahəsi olan fərdi yaşayış evi isə X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda, Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X10 və X4 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. X10 xx.xx.2016-cı il tarixdə, X8 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Miras açılandan sonra iki nəfər vərəsə - Cavabdeh Abdulfəz oğlu və İddiaçı qalmışdır. Hazırki iddia tələbi ilə iddiaçı mərhum valideynlərindən miras qalmış Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsinin valideynlərinə məxsus 2/3 hissəsinin yarısı və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin yarısı, eləcə də Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin valideynlərinə məxsus 2/3 hissəsinin yarısı üzərində vərəsə kimi payının müəyyən edilməsini istəyir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-219/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, miras açıldıqdan sonra miras əmlakı vərəsələrdən faktiki olaraq yalnız Cavabdeh Abdulfəz oğlu qəbul etmiş, miras əmlaka faktiki olaraq o sahiblik etmiş və əmlakı idarə etmişdir. Digər vərəsə İddiaçı isə valideynlərindən miras qalmış əmlakı faktiki qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixi qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən valideynlərindən miras qalmış əmlakları qəbul edib-etməməsi məsələsinin hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Çünki, İddiaçı valideynlərindən miras qalmış əmlakları vərəsə kimi faktiki olaraq qəbul etməməsi qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-219/2022 saylı qətnaməsi ilə müəyyən edildiyindən, həmin məhkəmə aktı hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşıyır. Bu səbəbdən, İddiaçı valideynlərindən miras qalmış əmlaklarda (həmin əmlakların müvafiq hissələrində) vərəsə kimi payının müəyyən edilməsi və həmin hissələrdən sərbəst istifadəsinə cavabdeh tərəfindən maneçilik edilməsinin qadağan edilməsinə dair iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh Abdulfəz oğluna qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X21
Məhkəmə qərarları › İş №e-2(071)-703/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-703/2023
19.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver