Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-770/2025 12.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 04027024 saylı alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı paltaryuyan üçün 503,55 manat ödənilməmiş hissə, 50,36 manat cərimə; xx.xx.2024-cü il tarixli, 02007944 saylı alqı-satqı müqaviləsinə əsasən “Paket Extra TV” və X1 1 il” xidmətləri, “Hisense” markalı televizor, “Sonorous Surefix” markalı televizor asqısı üçün 416,37 manat ödənilməmiş hissə, 41,64 manat cərimə; xx.xx.2024-cü il tarixli, 03937919 saylı alqı-satqı müqaviləsinə əsasən “İntex” markalı hovuz üçün 155,98 manat ödənilməmiş hissə, 15,60 manat cərimə olmaqla, ümumilikdə 1183,49 manat borc və 31,84 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04027024 saylı alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı paltaryuyan Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02007944 saylı alqı-satqı müqaviləsinə əsasən “Paket Extra TV” və X1 1 il” xidmətləri, “Hisense” markalı televizor, “Sonorous Surefix” markalı televizor asqısı Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03937919 saylı alqı-satqı müqaviləsinə əsasən “İntex” markalı hovuz Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04027024 nömrəli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödənişsiz, 660,60 manat toplam məbləğin hər ay 36,70 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02007944 nömrəli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödənişsiz, 639,41 manat toplam məbləğin hər ay 35,52 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03937919 nömrəli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödənişsiz, 199,98 manat toplam məbləğin hər ay 11,11 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, 04027024 saylı alqı-satqı müqaviləsi üzrə 503,55 manat ödənilməmiş hissə, 50,36 manat cərimə; xx.xx.2024-cü il tarixli, 02007944 saylı alqı-satqı müqaviləsi üzrə 416,37 manat ödənilməmiş hissə, 41,64 manat cərimə; xx.xx.2024-cü il tarixli, 03937919 saylı alqı-satqı müqaviləsi üzrə 155,98 manat ödənilməmiş hissə, 15,60 manat cərimə olmaqla, ümumilikdə 1183,49 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli, 04027024 nömrəli müqavilə üzrə 35,24 manat, xx.xx.2024-cü il tarixli, 02007944 nömrəli müqavilə üzrə 29,14 manat, xx.xx.2024-cü il tarixli, 03937919 nömrəli müqavilə üzrə 10,91 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 04027024 nömrəli alqı-satqı müqaviləsi üzrə 503,55 manat ödənilməmiş hissə, 35,24 manat cərimə olmaqla, cəmi 538,79 manat; xx.xx.2024-cü il tarixli, 02007944 nömrəli alqı-satqı müqaviləsi üzrə 416,37 manat ödənilməmiş hissə, 29,14 manat cərimə olmaqla, cəmi 445,51 manat; xx.xx.2024-cü il tarixli, 03937919 nömrəli alqı-satqı müqaviləsi üzrə 155,98 manat ödənilməmiş hissə, 10,91 manat cərimə olmaqla, cəmi 166,89 manat olmaqla, ümumilikdə 1151,19 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,51 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 04027024 nömrəli alqısatqı müqaviləsi üzrə 503,55 manat ödənilməmiş hissə, 35,24 manat cərimə olmaqla, cəmi 538,79 manat; xx.xx.2024-cü il tarixli, 02007944 nömrəli alqı-satqı müqaviləsi üzrə 416,37 manat ödənilməmiş hissə, 29,14 manat cərimə olmaqla, cəmi 445,51 manat; xx.xx.2024-cü il tarixli, 03937919 nömrəli alqı-satqı müqaviləsi üzrə 155,98 manat ödənilməmiş hissə, 10,91 manat cərimə olmaqla, cəmi 166,89 manat olmaqla, ümumilikdə 1151,19 (min yüz əlli bir manat on doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,51 (otuz bir manat əlli bir qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-770/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-770/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver