Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-868/2024 01.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh2 xx.xx.2024-cü il tarixli VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19318 saylı zaminlik müqavilələri üzrə 641 ABŞ dolları əsas və 160 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə 801 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən satış qiyməti 658 ABŞ dolları olan “Apple İphone 11 Pro Max 64GB” markalı telefon Cavabdeh2 satılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsinə zamin durmuşdur. Cavabdehlə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 17 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Lakin ödəmə qrafiki üzrə ödəməli olduğu qalan pul məbləğini – 641 ABŞ dollarını ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia ərizəsinə tələbin sübutu kimi nisyə alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi, ödəniş cədvəli, borc barədə maliyyə arayışı əlavə edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən satış qiyməti 658 ABŞ dolları olan “Apple İphone 11 Pro Max 64GB” markalı telefon Cavabdeh2 nisyə satılmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən malın satış qiymətinin ödənilməmiş hissəsi, alıcı və ya onun müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə (Əlavə 1) uyğun olaraq həyata keçirilir. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün, məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə ödəməlidir. İşə əlavə edilmiş ödəniş cədvəlinə (Əlvə 1) əsasən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş 17 ABŞ dolları daxil olmaqla, 658 ABŞ dolları borcun 12 ay ərzində, aylıq 53 ABŞ dolları və sonuncu ay isə 58 ABŞ dolları olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024cü il tarixli, VİP 19318 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 kreditor qarşısında Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq-bildirişlərə əsasən, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair pretenziya məktubları göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, həmin tarixə Cavabdeh2 xx.xx.2024-cü il tarixli, VİP 19318 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 641 ABŞ dolları əsas borcu və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 160 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 801 ABŞ dolları borcu vardır. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Nəticədə cavabdehin İddiaçı MMC-yə 641 ABŞ dolları əsas və 160 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə 801 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borclunun nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2024-cü il tarixli, VİP 19318 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borclu tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, cərimə borcunu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada borcun tutulması hissəsində əsaslı olduğundan iddia təmin edilməlidir. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış və bu öhdəlik zaminliklə təminat altına alınmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, nisyə aldığı əşyaların pulunu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişlər. Məhkəmə həmçinin, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, əsas borcun 5 % həcmində, yəni 32,05 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu hissəsində də iddia qismən təmin edilməli və 31,44 manat dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 641 ABŞ dolları əsas borc, 32,05 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 673,05 (altı yüz yetmiş üç dollar beş sent) ABŞ dollar (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,44 (otuz bir manat qırx dörd qəpik) manat pul vəsaiti müştərək qaydada tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 641 ABŞ dolları əsas borc, 32,05 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 673,05 (altı yüz yetmiş üç dollar beş sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,44 (otuz bir manat qırx dörd qəpik) manat pul vəsaiti müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-868/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-868/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver