Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-885/2024 07.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh yaşayış (qeydiyyat) ünvanı ünvan 1şayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq, cavabdehin qeydə alındığı yer üzrə baxılmalı olduğundan və cavabdehin qeydiyyat ünvanı isə Sumqayıt şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sumqayıt şəhər Məhkəməsinə EPUL onlayn ödəmə sistemi vasitəsi ilə xx.xx.2024cü il tarixli, ********** qəbz nömrəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə maliyyə idarəsi tərəfindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-885/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-885/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver