Məhkəmə qərarları › İş №e-2(072)-1018/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1018/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1018/2025 29.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 3000.01 (üç min, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefon, 1 (bir) ədəd “APPLE” markalı adapter və 2 (iki) ədəd telefon üzlüyü satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 369.04 (üç yüz altmış doqquz, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A05” markalı mobil telefon satılmışdır. Cavabdeh 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 09 iyul 2024-cü ildə “X1 2 İL” xidmətindən imtina etmiş və məhsul 52 (əlli iki) AZN qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun, 1 (bir) ədəd “APPLE” markalı adapterin və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 250 (iki yüz əlli) AZN məbləğində pulu və 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A05” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 30.75 (otuz, yetmiş beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 18 may 2025-ci il tarixə 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2000 (iki min) AZN məbləğində əsas borcu, 200 (iki yüz) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 194.24 (yüz doxsan dörd, iyirmi dörd) AZN məbləğində əsas borcu, 19.42 (on doqquz, qırx iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı və ümumilikdə 2460.86 (iki min dörd yüz altmış, səksən altı) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 2000 (iki min) AZN məbləğində əsas borcun, 200 (iki yüz) AZN məbləğində cərimə borcunun, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqının, 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194.24 (yüz doxsan dörd, iyirmi dörd) AZN məbləğində əsas borcun, 19.42 (on doqquz, qırx iki) AZN məbləğində cərimə borcunun, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqının, ümumilikdə 2460.86 (iki min dörd yüz altmış, səksən altı) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 44.61 (qırx dörd, altmış bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 3000.01 (üç min, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefon, 1 (bir) ədəd “APPLE” markalı adapter və 2 (iki) ədəd telefon üzlüyü “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 25 fevral 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 3000.01 (üç min, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonu, 1 (bir) ədəd “APPLE” markalı adapteri və 2 (iki) ədəd telefon üzlüyünü təhvil almışdır. İş materiallarında olan 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 3000.01 (üç min, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun, 1 (bir) ədəd “APPLE” markalı adapterin və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 250 (iki yüz əlli) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 369.04 (üç yüz altmış doqquz, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A05” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 369.04 (üç yüz altmış doqquz, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A05” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 369.04 (üç yüz altmış doqquz, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A05” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 30.75 (otuz, yetmiş beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18 may 2025-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh “Nisyə alğı-satqı” müqaviləsi əsasında satılmış 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG GALAXY A05” markalı mobil telefonun “açılıb-bağlanması” xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47.20 (qırx yeddi, iyirmi) AZN məbləğində xidmət haqqı ödənilmişdir. (Belə ki, “alıcı” müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazmı qaydada icra etmədiyi hallarda "xxxx" “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın istifadəsinə məhdudiyyəti tətbiq edə və məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər...) İş materiallarında olan 18 may 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 18 may 2025-ci il tarixə 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2000 (iki min) AZN məbləğində əsas borcu, 200 (iki yüz) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194.24 (yüz doxsan dörd, iyirmi dörd) AZN məbləğində əsas borcu, 19.42 (on doqquz, qırx iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı və ümumilikdə 2460.86 (iki min dörd yüz altmış, səksən altı) AZN məbləğində borcu mövcuddur. (Qeyd: 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 369 manat (“SAMSUNG GALAXY A05” markalı mobil telefon və “X1 2 İL xidmətinin dəyəri) – 52 manat (geri qaytarılmış “X1 2 İL xidməti) = 317 manat (“SAMSUNG GALAXY A05” markalı mobil telefonun dəyəri). (“SAMSUNG GALAXY A05” markalı mobil telefonun dəyərindən 122.76 manat cavabdeh tərəfindən ödənildiyi üçün qalıq əsas borc məbləği 194.24 manat təşkil edir.) İş materiallarında olan 06 may 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 19 may 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 44.61 (qırx dörd, altmış bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “200 (iki yüz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “03486830 saylı, 25 fevral 2024cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “200 (iki yüz) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2000 (iki min) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 194.24 (yüz doxsan dörd, iyirmi dörd) AZN məbləğində əsas borc, 19.42 (on doqquz, qırx iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, ümumilikdə 2360.86 (iki min üç yüz altmış, səksən altı) AZN məbləğində borc və 42.79 (qırx iki, yetmiş doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03486830 saylı, 25 fevral 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2000 (iki min) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 15966049 saylı, 09 iyul 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 194.24 (yüz doxsan dörd, iyirmi dörd) AZN məbləğində əsas borc, 19.42 (on doqquz, qırx iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, ümumilikdə 2360.86 (iki min üç yüz altmış, səksən altı) AZN məbləğində borc və 42.79 (qırx iki, yetmiş doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar