Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1031/2025 29.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 6 (altı) AZN məbləğində olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 105.99 (yüz beş, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “JBL TUNE 520BT” markalı qulaqlıq satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4” markalı qulaqlıq satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal və xidmətləri (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsədə xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC isə həmin malı müqavilədə onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən şərtlərlə “müştəri”yə təqdim edir və “müştəri” həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu müddət ərzində “müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 03 dekabr 2024-cü il tarixdə cəmiyyət tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 2911.84 (iki min doqquz yüz on bir, səksən dörd) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4 W/ANC” markalı qulaqlıq və 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M) 128GB” markalı plsanşet satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 29 dekabr 2024-cü il tarixdə cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1482.03 (min dörd yüz səksən iki, sıfır üç) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM” markalı oyun konsolu satılmışdır. Cavabdeh 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “JBL TUNE 520BT” markalı qulaqlığın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 16.66 (on altı, altmış altı) AZN məbləğində pulu, 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “APPLE AİRPODS 4” markalı qulaqlığın dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 31.50 (otuz bir, əlli) AZN məbləğində pulu, 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən (03 dekabr 2024-cü il tarixdə satılmış) 1 (bir) ədəd “APPLE AİRPODS 4 W/ANC” markalı qulaqlığın və 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M) 128GB” markalı plsanşetin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 121.33 (yüz iyirmi bir, otuz üç) AZN məbləğində pulu və 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən (29 dekabr 2024-cü il tarixdə satılmış) 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM” markalı oyun konsolunun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 82.34 (səksən iki, otuz dörd) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 04 iyul 2025-ci il tarixinə 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 49.30 (qırx doqquz, otuz) AZN məbləğində əsas borcu, 4.93 (dörd, doxsan üç) AZN məbləğində cərimə borcu, 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 289.50 (iki yüz səksən doqquz, əlli) AZN məbləğində əsas borcu, 28.95 (iyirmi səkkiz, doxsan beş) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il tarixli (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2648.92 (iki min altı yüz qırx səkkiz, doxsan iki) AZN məbləğində əsas borcu, 264.89 (iki yüz altmış dörd, səksən doqquz) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il tarixli (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1482.12 (min dörd yüz səksən iki, on iki) AZN məbləğində əsas borcu, 148.21 (yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 4916.82 (dörd min doqquz yüz on altı, səksən iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 49.30 (qırx doqquz, otuz) AZN məbləğində əsas borcun, 4.93 (dörd, doxsan üç) AZN məbləğində cərimə borcunun, 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 289.50 (iki yüz səksən doqquz, əlli) AZN məbləğində əsas borcun, 28.95 (iyirmi səkkiz, doxsan beş) AZN məbləğində cərimə borcunun, 868615 saylı, 17 iyun 2024-cü il tarixli (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2648.92 (iki min altı yüz qırx səkkiz, doxsan iki) AZN məbləğində əsas borcun, 264.89 (iki yüz altmış dörd, səksən doqquz) AZN məbləğində cərimə borcunun, 868615 saylı, 17 iyun 2024-cü il tarixli (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1482.12 (min dörd yüz səksən iki, on iki) AZN məbləğində əsas borcun, 148.21 (yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 4916.82 (dörd min doqquz yüz on altı, səksən iki) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 69.17 (altmış doqquz, on yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 105.99 (yüz beş, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “JBL TUNE 520BT” markalı qulaqlıq “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 105.99 (yüz beş, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “JBL TUNE 520BT” markalı qulaqlığı təhvil almışdır. İş materiallarında olan 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 105.99 (yüz beş, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “JBL TUNE 520BT” markalı qulaqlığın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 16.66 (on altı, altmış altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4” markalı qulaqlıq “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4” markalı qulaqlığı təhvil almışdır. İş materiallarında olan 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4” markalı qulaqlığın dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 31.50 (otuz bir, əlli) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal və xidmətləri (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsədə xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC isə həmin malı müqavilədə onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən şərtlərlə “müştəri”yə təqdim edir, “müştəri” həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, 03 dekabr 2024-cü il tarixdə “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 2911.84 (iki min doqquz yüz on bir, səksən dörd) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4 W/ANC” markalı qulaqlıq və 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M) 128GB” markalı plsanşet “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “APPLE AİRPODS 4 W/ANC” markalı qulaqlığı və 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M) 128GB” markalı plsanşeti təhvil almışdır. İş materiallarında olan 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni 03 dekabr 2024-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2911.84 (iki min doqquz yüz on bir, səksən dörd) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS 4 W/ANC” markalı qulaqlıq və 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M) 128GB” markalı plsanşetin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 121.33 (yüz iyirmi bir, otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, 29 dekabr 2024-cü il tarixdə “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1482.03 (min dörd yüz səksən iki, sıfır üç) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM” markalı oyun konsolu satılmışdır. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM” markalı oyun konsolunu təhvil almışdır. İş materiallarında olan 868615 saylı, 17 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və 29 dekabr 2024-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1482.03 (min dörd yüz səksən iki, sıfır üç) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM” markalı oyun konsolunun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 82.34 (səksən iki, otuz dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 04 iyul 2025-ci il tarixə 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 49.30 (qırx doqquz, otuz) AZN məbləğində əsas borcu, 4.93 (dörd, doxsan üç) AZN məbləğində cərimə borcu, 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 289.50 (iki yüz səksən doqquz, əlli) AZN məbləğində əsas borcu, 28.95 (iyirmi səkkiz, doxsan beş) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il tarixli (03 dekabr 2024cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2648.92 (iki min altı yüz qırx səkkiz, doxsan iki) AZN məbləğində əsas borcu, 264.89 (iki yüz altmış dörd, səksən doqquz) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il tarixli (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1482.12 (min dörd yüz səksən iki, on iki) AZN məbləğində əsas borcu, 148.21 (yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 4916.82 (dörd min doqquz yüz on altı, səksən iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 30 may 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 07 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 69.17 (altmış doqquz, on yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “868615 saylı, 17 iyun 2024-cü il tarixli (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsi üzrə 264.89 (iki yüz altmış dörd, səksən doqquz) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “868615 saylı, 17 iyun 2024-cü il tarixli (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsi üzrə 148.21 (yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “868615 saylı, 17 iyun 2024-cü il tarixli (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsi üzrə 264.89 (iki yüz altmış dörd, səksən doqquz) AZN məbləğində cərimə borcu 130 (yüz otuz) AZN məbləğinə”, “868615 saylı, 17 iyun 2024-cü il tarixli (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsi üzrə 148.21 (yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində cərimə borcu 70 (yetmiş) AZN məbləğinə qədər azaldılmalı”, iddia tələbinin “868615 saylı, 17 iyun 2024-cü il tarixli (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsi üzrə” və “868615 saylı, 17 iyun 2024-cü il tarixli (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilələrin öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 49.30 (qırx doqquz, otuz) AZN məbləğində əsas borcu, 4.93 (dörd, doxsan üç) AZN məbləğində cərimə borcu, 18786719 saylı, 18 oktyabr 2024cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 289.50 (iki yüz səksən doqquz, əlli) AZN məbləğində əsas borcu, 28.95 (iyirmi səkkiz, doxsan beş) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2648.92 (iki min altı yüz qırx səkkiz, doxsan iki) AZN məbləğində əsas borcu, 130 (yüz otuz) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1482.12 (min dörd yüz səksən iki, on iki) AZN məbləğində əsas borcu, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ümumilikdə 4703.72 (dörd min yeddi yüz üç, yetmiş iki) AZN məbləğində borc və 66.16 (altmış altı, on altı) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03988330 saylı, 17 sentyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 49.30 (qırx doqquz, otuz) AZN məbləğində əsas borcu, 4.93 (dörd, doxsan üç) AZN məbləğində cərimə borcu, 18786719 saylı, 18 oktyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 289.50 (iki yüz səksən doqquz, əlli) AZN məbləğində əsas borcu, 28.95 (iyirmi səkkiz, doxsan beş) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il (03 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğısatqı” müqaviləsinə əsasən 2648.92 (iki min altı yüz qırx səkkiz, doxsan iki) AZN məbləğində əsas borcu, 130 (yüz otuz) AZN məbləğində cərimə borcu, 868615 saylı, 17 iyun 2024-cü il (29 dekabr 2024-cü il tarixdə satılmış) “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1482.12 (min dörd yüz səksən iki, on iki) AZN məbləğində əsas borcu, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ümumilikdə 4703.72 (dörd min yeddi yüz üç, yetmiş iki) AZN məbləğində borc və 66.16 (altmış altı, on altı) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-1031/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1031/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver