Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-104/2024 06.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 100 (yüz) AZN olmaqla, 09 (doqquz) ay müddətinə ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “Apple watch series 6 44mm blue” markalı saat satılmışdır. Bundan başqa, İddiaçı MMC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 200 (iki yüz) AZN olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2379 (iki min üç yüz yetmiş doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HP ENVY x360 15-EU0014UR” markalı kompüter satılmışdır. Bundan başqa, İddiaçı MMCı ilə Cavabdeh arasında bağlanmış SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2059 (iki min əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “ASUS VivoBook 15 K513EA-L11012” markalı kompüter satılmışdır. Cavabdeh SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “Apple watch series 6 44mm blue” markalı saatın dəyərinə görə 09 (doqquz) ay müddətinə hər ay 109 (yüz doqquz) AZN məbləğində pulu, SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “HP ENVY X360 15-EU0014UR” markalı kompüterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 122 (yüz iyirmi iki) AZN məbləğində pulu və SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “ASUS VİVOBOOK 15 K513EA- L11012” markalı kompüterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 115 (yüz on beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğısatqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 29 sentyabr 2023-cü il tarixə SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 763 (yeddi yüz altmış üç) AZN məbləğində əsas borcu, 49 (qırx doqquz) AZN məbləğində cərimə borcu, SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1935 (min doqquz yüz otuz beş) AZN məbləğində əsas borcu, 83.70 (səksən üç, yetmiş) AZN məbləğində cərimə borcu, SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2070 (iki min yetmiş) AZN məbləğində əsas borcu, 97.30 (doxsan yeddi, otuz) AZN məbləğində cərimə borcu və ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 763 (yeddi yüz altmış üç) AZN məbləğində əsas borcun, 49 (qırx doqquz) AZN məbləğində cərimə borcunun, SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1935 (min doqquz yüz otuz beş) AZN məbləğində əsas borcun, 83.70 (səksən üç, yetmiş) AZN məbləğində cərimə borcunun, SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2070 (iki min yetmiş) AZN məbləğində əsas borcun, 97.30 (doxsan yeddi, otuz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 100 (yüz) AZN olmaqla, 09 (doqquz) ay müddətinə ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “Apple watch series 6 44mm blue” markalı saat “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “Apple watch series 6 44mm blue” markalı saatın dəyərinə görə 09 (doqquz) ay müddətinə hər ay 109 (yüz doqquz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 200 (iki yüz) AZN olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2379 (iki min üç yüz yetmiş doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HP ENVY X360 15-EU0014UR” markalı kompüter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2379 (iki min üç yüz yetmiş doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HP ENVY X360 15-EU0014UR” markalı kompüterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 122 (yüz iyirmi iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2059 (iki min əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “ASUS VİVOBOOK 15 K513EA-L11012” markalı kompüter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2059 (iki min əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “ASUS VİVOBOOK 15 K513EA-L11012” markalı kompüterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 115 (yüz on beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli və SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli və SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqavilələrinin surətindən görünür ki, müqavilənin 3.1-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, hər gün üçün qrafikə uyğun aylıq ödəniş məbləğinin hesablanmış 3 %-i dəyərində cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin 3.1-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, hər gün üçün qrafikə uyğun aylıq ödəniş məbləğinin hesablanmış 1 %-i dəyərində cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 29 sentyabr 2023-cü il tarixə SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 763 (yeddi yüz altmış üç) AZN məbləğində əsas borcu, 49 (qırx doqquz) AZN məbləğində cərimə borcu, SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1935 (min doqquz yüz otuz beş) AZN məbləğində əsas borcu, 83.70 (səksən üç, yetmiş) AZN məbləğində cərimə borcu, SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2070 (iki min yetmiş) AZN məbləğində əsas borcu, 97.30 (doxsan yeddi, otuz) AZN məbləğində cərimə borcu və ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 1518/23 saylı, 11 oktyabr 2023-cü il tarixli "xxxx" MMC-nin aktının görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin Cavabdeh məktubun çatdırılması mümkün olmamışdır...) İş materiallarında olan ********** saylı, 18 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 70 (yetmiş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 763 (yeddi yüz altmış üç) AZN məbləğində əsas borc, 49 (qırx doqquz) AZN məbləğində cərimə borcu, SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1935 (min doqquz yüz otuz beş) AZN məbləğində əsas borc, 83.70 (səksən üç, yetmiş) AZN məbləğində cərimə borcu, SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2070 (iki min yetmiş) AZN məbləğində əsas borc, 97.30 (doxsan yeddi, otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 70 (yetmiş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh SM 49000 saylı, 19 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 763 (yeddi yüz altmış üç) AZN məbləğində əsas borc, 49 (qırx doqquz) AZN məbləğində cərimə borcu, SM 54824 saylı, 19 oktyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1935 (min doqquz yüz otuz beş) AZN məbləğində əsas borc, 83.70 (səksən üç, yetmiş) AZN məbləğində cərimə borcu, SM 62623 saylı, 04 fevral 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2070 (iki min yetmiş) AZN məbləğində əsas borc, 97.30 (doxsan yeddi, otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 70 (yetmiş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-104/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-104/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver