Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1045/2025 29.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 350 (üç yüz əlli) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2451 (iki min dörd yüz əlli bir) AZN məbləği olan 1 (bir) ədəd “İPAD PRO 11-İNCH (4TH GEN) 128GB” markalı planşet satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 131 (yüz otuz bir) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 2100.20 (iki min yüz, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “APPLE MACBOOK AİR 13” markalı mobil kompüter satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 250 (iki yüz əlli) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2145.04 (iki min yüz qırx beş, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR 11- İNCH (M2) 256GB” markalı planşet satılmışdır. Cavabdeh ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPAD PRO 11-İNCH (4TH GEN) 128GB” markalı planşetin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 116.72 (yüz on altı, yetmiş iki) AZN məbləğində pulu, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “APPLE MACBOOK AİR 13” markalı mobil kompüterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 164.10 (yüz altmış dörd, on) AZN məbləğində pulu və 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M2) 256GB” markalı planşetin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 105.28 (yüz beş, iyirmi səkkiz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 15 iyul 2025-ci il tarixə ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1000.80 (min, səksən) AZN məbləğində əsas borcu, 100,08 (yüz, sıfır səkkiz) AZN məbləğində cərimə borcu, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1471 (min dörd yüz yetmiş bir) AZN məbləğində əsas borcu, 147.10 (yüz qırx yeddi, on) AZN məbləğində cərimə borcu, 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1890.04 (min səkkiz yüz doxsan, sıfır dörd) AZN məbləğində əsas borcu, 189 (yüz səksən doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 4798.02 (dörd min yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1000.80 (min, səksən) AZN məbləğində əsas borcun, 100,08 (yüz, sıfır səkkiz) AZN məbləğində cərimə borcunun, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1471 (min dörd yüz yetmiş bir) AZN məbləğində əsas borcun, 147.10 (yüz qırx yeddi, on) AZN məbləğində cərimə borcunun, 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1890.04 (min səkkiz yüz doxsan, sıfır dörd) AZN məbləğində əsas borcun, 189 (yüz səksən doqquz) AZN məbləğində cərimə borcunun və ümumilikdə 4798.02 (dörd min yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 67.99 (altmış yeddi, doxsan doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 350 (üç yüz əlli) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2451 (iki min dörd yüz əlli bir) AZN məbləği olan 1 (bir) ədəd “İPAD PRO 11-İNCH (4TH GEN) 128GB” markalı planşet “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2451 (iki min dörd yüz əlli bir) AZN məbləği olan 1 (bir) ədəd “İPAD PRO 11-İNCH (4TH GEN) 128GB” markalı planşeti təhvil almışdır. İş materiallarında olan ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2451 (iki min dörd yüz əlli bir) AZN məbləği olan 1 (bir) ədəd “İPAD PRO 11- İNCH (4TH GEN) 128GB” markalı planşetin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 116.72 (yüz on altı, yetmiş iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 131 (yüz otuz bir) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 2100.20 (iki min yüz, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “APPLE MACBOOK AİR 13” markalı mobil kompüter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 03 avqust 2024-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2100.20 (iki min yüz, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “APPLE MACBOOK AİR 13” markalı mobil kompüteri təhvil almışdır. İş materiallarında olan 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2100.20 (iki min yüz, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “APPLE MACBOOK AİR 13” markalı mobil kompüterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 164.10 (yüz altmış dörd, on) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 250 (iki yüz əlli) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2145.04 (iki min yüz qırx beş, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M2) 256GB” markalı planşet “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2145.04 (iki min yüz qırx beş, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M2) 256GB” markalı planşeti təhvil almışdır. İş materiallarında olan 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2145.04 (iki min yüz qırx beş, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR 11-İNCH (M2) 256GB” markalı planşetin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 105.28 (yüz beş, iyirmi səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 15 iyul 2025-ci il tarixə ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1000.80 (min, səksən) AZN məbləğində əsas borc, 100,08 (yüz, sıfır səkkiz) AZN məbləğində cərimə borcu, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1471 (min dörd yüz yetmiş bir) AZN məbləğində əsas borc, 147.10 (yüz qırx yeddi, on) AZN məbləğində cərimə borcu, 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1890.04 (min səkkiz yüz doxsan, sıfır dörd) AZN məbləğində əsas borc, 189 (yüz səksən doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 4798.02 (dörd min yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 16 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün ümumilikdə 67.99 (altmış yeddi, doxsan doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “100,08 (yüz, sıfır səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi”, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “147.10 (yüz qırx yeddi, on) AZN məbləğində cərimə borcunun ödənilməsi” və 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “189 (yüz səksən doqquz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “100,08 (yüz, sıfır səkkiz) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə”, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “147.10 (yüz qırx yeddi, on) AZN məbləğində cərimə borcu 70 (yetmiş) AZN məbləğinə”, 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “189 (yüz səksən doqquz) AZN məbləğində cərimə borcu 90 (doxsan) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1000.80 (min, səksən) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1471 (min dörd yüz yetmiş bir) AZN məbləğində əsas borc, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1890.04 (min səkkiz yüz doxsan, sıfır dörd) AZN məbləğində əsas borc, 90 (doxsan) AZN məbləğində cərimə borcu, ümumilikdə 4571.84 (dörd min beş yüz yetmiş bir, səksən dörd) AZN məbləğində borc və 64.77 (altmış dörd, yetmiş yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ******* saylı, 04 aprel 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1000.80 (min, səksən) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 03747243 saylı, 03 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1471 (min dörd yüz yetmiş bir) AZN məbləğində əsas borc, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, 03459370 saylı, 07 noyabr 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1890.04 (min səkkiz yüz doxsan, sıfır dörd) AZN məbləğində əsas borc, 90 (doxsan) AZN məbləğində cərimə borcu, ümumilikdə 4571.84 (dörd min beş yüz yetmiş bir, səksən dörd) AZN məbləğində borc və 64.77 (altmış dörd, yetmiş yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-1045/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1045/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver