Məhkəmə qərarları › İş №e-2(072)-1082/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1082/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1082/2025 29.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 2106.99 (iki min yüz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO LOQ 15ARP9” markalı mobil kompüter satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 699.99 (altı yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS PRO 2ND” markalı qulaqlıq satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 22 (iyirmi iki) AZN məbləğində olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 180.40 (yüz səksən, qırx) AZN məbləği olan 1 (bir) ədəd “APPLE 20W USB-C” markalı adapter, 2 (bir) ədəd “SANDİSK” markalı yaddaş kartı və 1 (bir) ədəd “REDMİ 20000MAH 18W” markalı power bank satılmışdır. Cavabdeh ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LENOVO LOQ 15ARP9” markalı mobil kompüterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 175.58 (yüz yetmiş beş, əlli səkkiz) AZN məbləğində pulu, ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “APPLE AİRPODS PRO 2ND” markalı qulaqlığın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 116.67 (yüz on altı, altmış yeddi) AZN məbləğində pulu və ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “APPLE 20W USB-C” markalı adapterin, 2 (bir) ədəd “SANDİSK” markalı yaddaş kartının və 1 (bir) ədəd “REDMİ 20000MAH 18W” markalı power bankın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 26.40 (iyirmi altı, qırx) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 27 oktyabr 2025-ci il tarixə ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2106.96 (iki min yüz altı, doxsan altı) AZN məbləğində əsas borcu, 210.70 (iki yüz on, yetmiş) AZN məbləğində cərimə borcu, ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 700.02 (yeddi yüz, sıfır iki) AZN məbləğində əsas borcu, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 158.40 (yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas borcu, 15.84 (on beş, səksən dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 3261.92 (üç min iki yüz altmış bir, doxsan iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2106.96 (iki min yüz altı, doxsan altı) AZN məbləğində əsas borcun, 210.70 (iki yüz on, yetmiş) AZN məbləğində cərimə borcunun, ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 700.02 (yeddi yüz, sıfır iki) AZN məbləğində əsas borcun, 70 (yetmiş) AZN məbləğində cərimə borcunun, ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 158.40 (yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas borcun, 15.84 (on beş, səksən dörd) AZN məbləğində cərimə borcunun və ümumilikdə 3261.92 (üç min iki yüz altmış bir, doxsan iki) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 52.62 (əlli iki, altmış iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 2106.99 (iki min yüz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO LOQ 15ARP9” markalı mobil kompüter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 13 mart 2025-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2106.99 (iki min yüz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO LOQ 15ARP9” markalı mobil kompüteri təhvil almışdır. İş materiallarında olan ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2106.99 (iki min yüz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO LOQ 15ARP9” markalı mobil kompüterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 175.58 (yüz yetmiş beş, əlli səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 699.99 (altı yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS PRO 2ND” markalı qulaqlıq “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 14 mart 2025-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 699.99 (altı yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS PRO 2ND” markalı qulaqlıqi təhvil almışdır. İş materiallarında olan ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 699.99 (altı yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “APPLE AİRPODS PRO 2ND” markalı qulaqlığın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 116.67 (yüz on altı, altmış yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 22 (iyirmi iki) AZN məbləğində olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 180.40 (yüz səksən, qırx) AZN məbləği olan 1 (bir) ədəd “APPLE 20W USB-C” markalı adapter, 2 (bir) ədəd “SANDİSK” markalı yaddaş kartı və 1 (bir) ədəd “REDMİ 20000MAH 18W” markalı power bank “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 16 mart 2025-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 180.40 (yüz səksən, qırx) AZN məbləği olan 1 (bir) ədəd “APPLE 20W USB-C” markalı adapter, 2 (bir) ədəd “SANDİSK” markalı yaddaş kartı və 1 (bir) ədəd “REDMİ 20000MAH 18W” markalı power banki təhvil almışdır. İş materiallarında olan ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 180.40 (yüz səksən, qırx) AZN məbləği olan 1 (bir) ədəd “APPLE 20W USB- C” markalı adapter, 2 (bir) ədəd “SANDİSK” markalı yaddaş kartı və 1 (bir) ədəd “REDMİ 20000MAH 18W” markalı power bankin dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 26.40 (iyirmi altı, qırx) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 27 oktyabr 2025-ci il tarixə ********** saylı, 13 mart 2025ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2106.96 (iki min yüz altı, doxsan altı) AZN məbləğində əsas borc, 210.70 (iki yüz on, yetmiş) AZN məbləğində cərimə borcu, ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 700.02 (yeddi yüz, sıfır iki) AZN məbləğində əsas borc, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 158.40 (yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas borc, 15.84 (on beş, səksən dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 3261.92 (üç min iki yüz altmış bir, doxsan iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 21 oktyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 28 oktyabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün ümumilikdə 52.62 (əlli iki, altmış iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “210.70 (iki yüz on, yetmiş) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “210.70 (iki yüz on, yetmiş) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN qədər azaldılmalı” və iddia tələbinin “********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2106.96 (iki min yüz altı, doxsan altı) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 700.02 (yeddi yüz, sıfır iki) AZN məbləğində əsas borc, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 158.40 (yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas borc, 15.84 (on beş, səksən dörd) AZN məbləğində cərimə borcu borcu, ümumilikdə 3151.22 (üç min yüz əlli bir, iyirmi iki) AZN məbləğində borc və 50.83 (əlli, səksən üç) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ********** saylı, 13 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2106.96 (iki min yüz altı, doxsan altı) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, ********** saylı, 14 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 700.02 (yeddi yüz, sıfır iki) AZN məbləğində əsas borc, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ********** saylı, 16 mart 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 158.40 (yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas borc, 15.84 (on beş, səksən dörd) AZN məbləğində cərimə borcu borcu, ümumilikdə 3151.22 (üç min yüz əlli bir, iyirmi iki) AZN məbləğində borc və 50.83 (əlli, səksən üç) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar