Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1095/2025 30.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 579.80 (beş yüz yetmiş doqquz, səksən) AZN məbləği olan 1 (bir) ədəd “PHİLİPS BRE730/10” markalı əşya və 1 (bir) ədəd “DELONGHİ EDG155.BG” markalı əşya satılmışdır. Bundan başqa, hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 89.90 (səksən doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “JBL GO 3 BLACK” markalı musiqi avadanlığı satılmışdır. Cavabdeh ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “PHİLİPS BRE730/10” markalı əşyanın və 1 (bir) ədəd “DELONGHİ EDG155.BG” markalı əşyanın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 32 (otuz iki) AZN məbləğində və ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “JBL GO 3 BLACK” markalı musiqi avadanlığının dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 15 (on beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi, eləcə də ödəmələrin həyata keçirilməsini gecikdirərsə, müqavilənin 5.6-cı bəndinə əsasən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, hüquqi şəxs "xxxx" MMC ilə “X1” MMC arasında 06/25-1 saylı, 13 iyun 2025-ci il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüquqi “X1” MMC-yə güzəşt edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 20 noyabr 2025-ci il tarixə cəmiyyətə ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 432.97 (dörd yüz otuz iki, doxsan yeddi) AZN məbləğində əsas borcu, 335.18 (üç yüz otuz beş, on səkkiz) AZN məbləğində cərimə borcu və ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 60.90 (altmış, doxsan) AZN məbləğində əsas borcu, 49.29 (qırx doqquz, iyirmi doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 878.34 (səkkiz yüz yetmiş səkkiz, otuz dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 432.97 (dörd yüz otuz iki, doxsan yeddi) AZN məbləğində əsas borcunun, 335.18 (üç yüz otuz beş, on səkkiz) AZN məbləğində cərimə borcunun və ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 60.90 (altmış, doxsan) AZN məbləğində əsas borcunun, 49.29 (qırx doqquz, iyirmi doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 878.34 (səkkiz yüz yetmiş səkkiz, otuz dörd) AZN məbləğində borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X1” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” hüquqi şəxs "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 579.80 (beş yüz yetmiş doqquz, səksən) AZN məbləği olan 1 (bir) ədəd “PHİLİPS BRE730/10” markalı əşya və 1 (bir) ədəd “DELONGHİ EDG155.BG” markalı əşya “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 05 iyul 2021-ci il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 579.80 (beş yüz yetmiş doqquz, səksən) AZN məbləği olan 1 (bir) ədəd “PHİLİPS BRE730/10” markalı əşyanı və 1 (bir) ədəd “DELONGHİ EDG155.BG” markalı əşyanı təhvil almışdır. İş materillarında olan ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 579.80 (beş yüz yetmiş doqquz, səksən) AZN məbləği olan 1 (bir) ədəd “PHİLİPS BRE730/10” markalı əşya və 1 (bir) ədəd “DELONGHİ EDG155.BG” markalı əşya dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 32 (otuz iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” hüquqi şəxs "xxxx" MMC oğlunun xeyrinə ödəməlidir və müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirilikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” hüquqi şəxs "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 89.90 (səksən doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “JBL GO 3 BLACK” markalı musiqi avadanlığı “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 06 avqust 2021-ci il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 89.90 (səksən doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “JBL GO 3 BLACK” markalı musiqi avadanlığını təhvil almışdır. İş materillarında olan ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 89.90 (səksən doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “JBL GO 3 BLACK” markalı musiqi avadanlığının dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 15 (on beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” hüquqi şəxs "xxxx" MMC oğlunun xeyrinə ödəməlidir və müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirilikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə “X1” MMC arasında bağlanmış 06/25-1 saylı, 13 iyun 2025-ci il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki, “faktor” “X1” MMC “borclu” barəsində “müştəri” hüquqi şəxs "xxxx" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə “X1” MMC arasında bağlanmış 06/25-1 saylı, 13 iyun 2025-ci il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan 14/06-2 saylı, 14 iyun 2025-ci il tarixli razılaşmanın və çıxarışın surətindən görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 483.80 (dörd yüz səksən üç, səksən) AZN məbləği və ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 60.90 (altmış, doxsan) AZN məbləği həddində tələb hüququ “X1” MMC-yə güzəşt edilmişdir. İş materiallarında olan 20 noyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 20 noyabr 2025-ci il tarixə ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 432.97 (dörd yüz otuz iki, doxsan yeddi) AZN məbləğində əsas borcu, 335.18 (üç yüz otuz beş, on səkkiz) AZN məbləğində cərimə borcu, ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 60.90 (altmış, doxsan) AZN məbləğində əsas borcu, 49.29 (qırx doqquz, iyirmi doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 878.34 (səkkiz yüz yetmiş səkkiz, otuz dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 20 iyun 2025-ci il tarixli və 20 noyabr 2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh hər iki “Nisyə alğı-satqı” müqaviləsi üzrə iddiaçı “X1” MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 24 noyabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “X1” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 335.18 (üç yüz otuz beş, on səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 49.29 (qırx doqquz, iyirmi doqquz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən hüquqi şəxs "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı “X1” MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 335.18 (üç yüz otuz beş, on səkkiz) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə qədər azaldılmalı”, “ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 49.29 (qırx doqquz, iyirmi doqquz) AZN məbləğində cərimə borcu 3 (üç) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 432.97 (dörd yüz otuz iki, doxsan yeddi) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 60.90 (altmış, doxsan) AZN məbləğində əsas borc, 3 (üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 516.87 (beş yüz on altı, səksən yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla...) tutularaq, iddiaçı “X1” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ONK01420 saylı, 05 iyul 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 432.97 (dörd yüz otuz iki, doxsan yeddi) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, ONK01455 saylı, 06 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 60.90 (altmış, doxsan) AZN məbləğində əsas borc, 3 (üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 516.87 (beş yüz on altı, səksən yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-1095/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1095/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver