Məhkəmə qərarları › İş №e-2(072)-1116/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1116/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1116/2025 23.01.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 arasında bağlanmış ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal və xidmətləri (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsədə xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC isə həmin malı müqavilədə onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən şərtlərlə “müştəri”yə təqdim edir və “müştəri” həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu müddət ərzində “müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Belə ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 05 yanvar 2025-ci il tarixdə cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş 540 (beş yüz qırx) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1463.59 (min dörd yüz altmış üç, əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM FORTNİTE” markalı oyun konsolu satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən cavabdeh X5 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM FORTNİTE” markalı oyun konsolunun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 51.31 (əlli bir, otuz bir) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğısatqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən cavabdeh X5 cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdeh X3 cəmiyyətə 02 dekabr 2025-ci il tarixə 923.58 (doqquz yüz iyirmi üç, əlli səkkiz) AZN məbləğində əsas borcu, 92.36 (doxsan iki, otuz altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 1015.94 (min on beş, doxsan dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdeh X2 923.58 (doqquz yüz iyirmi üç, əlli səkkiz) AZN məbləğində əsas borcun, 92.36 (doxsan iki, otuz altı) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1015.94 (min on beş, doxsan dörd) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.16 (otuz, on altı) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh X4 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X5 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal və xidmətləri (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsədə xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC isə həmin malı müqavilədə onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən şərtlərlə “müştəri”yə təqdim edir, “müştəri” həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, 05 yanvar 2025-ci il tarixdə “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 540 (beş yüz qırx) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1463.59 (min dörd yüz altmış üç, əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM FORTNİTE” markalı oyun konsolu “alıcı” X1. İş materiallarında olan 05 yanvar 2025-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” X5 ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1463.59 (min dörd yüz altmış üç, əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM FORTNİTE” markalı oyun konsolunu təhvil almışdır. İş materillarında olan ********** saylı, 05 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” X5 ümumi dəyəri 1463.59 (min dörd yüz altmış üç, əlli doqquz) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM FORTNİTE” markalı oyun konsolunun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 51.31 (əlli bir, otuz bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 02 dekabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh X3 02 dekabr 2025-ci il tarixə cəmiyyətə 923.58 (doqquz yüz iyirmi üç, əlli səkkiz) AZN məbləğində əsas borcu, 92.36 (doxsan iki, otuz altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 1015.94 (min on beş, doxsan dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 14 noyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdeh X5 iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 04 dekabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30.16 (otuz, on altı) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “92.36 (doxsan iki, otuz altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, cavabdeh X5 tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “92.36 (doxsan iki, otuz altı) AZN məbləğində cərimə borcu 40 (qırx) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdeh X2 923.58 (doqquz yüz iyirmi üç, əlli səkkiz) AZN məbləğində əsas borc, 40 (qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 963.58 (doqquz yüz altmış üç, əlli səkkiz) AZN məbləğində borc və 28.60 (iyirmi səkkiz, altmış) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 923.58 (doqquz yüz iyirmi üç, əlli səkkiz) AZN məbləğində əsas borc, 40 (qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 963.58 (doqquz yüz altmış üç, əlli səkkiz) AZN məbləğində borc və 28.60 (iyirmi səkkiz, altmış) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar