Məhkəmə qərarları › İş №e-2(072)-197/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-197/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-197/2025 11.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1271.05 (min iki yüz yetmiş bir, sıfır beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A53” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 720 (yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizor satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 16 (on altı) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 202.96 (iki yüz iki, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “NOKİA 3310 DS” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 239.98 (iki yüz otuz doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “TOSHİBA” markalı mikrodalğalı soba satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 70 (yetmiş) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1977.93 (min doqquz yüz yetmiş yeddi, doxsan üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefon, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter və 2 (iki) ədəd “VİNİL MAT” markalı telefon üzlüyü satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 300 (üç yüz) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1700.95 (min yeddi yüz, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefon və 1 (bir) ədəd “APPLE 20W” markalı adapter satılmışdır. Cavabdeh 03661795 saylı, 07 iyun 2022ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A53” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 70.61 (yetmiş, altmış bir) AZN məbləğində pulu, 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 40 (qırx) AZN məbləğində pulu, 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “NOKİA 3310 DS” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 15.58 (on beş, əlli səkkiz) AZN məbləğində pulu, 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “TOSHİBA” markalı mikrodalğalı sobanın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 13.33 (on üç, otuz üç) AZN məbləğində pulu, 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefonun, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin və 2 (iki) ədəd “VİNİL MAT” markalı telefon üzlüyünün dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 158.99 (yüz əlli səkkiz, doxsan doqquz) AZN məbləğində pulu, 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun və 1 (bir) ədəd “APPLE 20W” markalı adapterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 116.75 (yüz on altı, yetmiş beş) AZN məbləğində pulu hissəhissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 09 iyul 2024-cü il tarixinə 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 415.37 (dörd yüz on beş, otuz yeddi) AZN məbləğində əsas borcu, 41.63 (qırx bir, altmış üç) AZN məbləğində cərimə borcu, 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 240 (iki yüz qırx) AZN məbləğində əsas borcu, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcu, 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 91.38 (doxsan bir, otuz səkkiz) AZN məbləğində əsas borcu, 9.62 (doqquz, altmış iki) AZN məbləğində cərimə borcu, 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 143.12 (yüz qırx üç, on iki) AZN məbləğində əsas borcu, 14.88 (on dörd, səksən səkkiz) AZN məbləğində cərimə borcu, 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1588.88 (min beş yüz səksən səkkiz, səksən səkkiz) AZN məbləğində əsas borcu, 158.12 (yüz əlli səkkiz, on iki) AZN məbləğində cərimə borcu, 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1165.93 (min yüz altmış beş, doxsan üç) AZN məbləğində əsas borcu, 116.07 (yüz on altı, sıfır yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 4009 (dörd min doqquz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 415.37 (dörd yüz on beş, otuz yeddi) AZN məbləğində əsas borcun, 41.63 (qırx bir, altmış üç) AZN məbləğində cərimə borcunun, 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 240 (iki yüz qırx) AZN məbləğində əsas borcun, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcunun, 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 91.38 (doxsan bir, otuz səkkiz) AZN məbləğində əsas borcun, 9.62 (doqquz, altmış iki) AZN məbləğində cərimə borcunun, 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 143.12 (yüz qırx üç, on iki) AZN məbləğində əsas borcun, 14.88 (on dörd, səksən səkkiz) AZN məbləğində cərimə borcunun, 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1588.88 (min beş yüz səksən səkkiz, səksən səkkiz) AZN məbləğində əsas borcun, 158.12 (yüz əlli səkkiz, on iki) AZN məbləğində cərimə borcunun, 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1165.93 (min yüz altmış beş, doxsan üç) AZN məbləğində əsas borcun, 116.07 (yüz on altı, sıfır yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 4009 (dörd min doqquz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 60.09 (altmış, sıfır doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1271.05 (min iki yüz yetmiş bir, sıfır beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A53” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1271.05 (min iki yüz yetmiş bir, sıfır beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A53” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1271.05 (min iki yüz yetmiş bir, sıfır beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A53” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 70.61 (yetmiş, altmış bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 720 (yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 720 (yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizoru təhvil almışdır. İş materiallarında olan 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 720 (yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 40 (qırx) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 16 (on altı) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 202.96 (iki yüz iki, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “NOKİA 3310 DS” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 202.96 (iki yüz iki, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “NOKİA 3310 DS” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 202.96 (iki yüz iki, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “NOKİA 3310 DS” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 15.58 (on beş, əlli səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 239.98 (iki yüz otuz doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “TOSHİBA” markalı mikrodalğalı soba satılmışdır. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 239.98 (iki yüz otuz doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “TOSHİBA” markalı mikrodalğalı sobanı təhvil almışdır. İş materiallarında olan 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 239.98 (iki yüz otuz doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “TOSHİBA” markalı mikrodalğalı sobanın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 13.33 (on üç, otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 70 (yetmiş) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1977.93 (min doqquz yüz yetmiş yeddi, doxsan üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefon, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter və 2 (iki) ədəd “VİNİL MAT” markalı telefon üzlüyü satılmışdır. İş materiallarında olan 20 mart 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1977.93 (min doqquz yüz yetmiş yeddi, doxsan üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefonu, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapteri və 2 (iki) ədəd “VİNİL MAT” markalı telefon üzlüyünü təhvil almışdır. İş materiallarında olan 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1977.93 (min doqquz yüz yetmiş yeddi, doxsan üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefonun, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin və 2 (iki) ədəd “VİNİL MAT” markalı telefon üzlüyünün dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 158.99 (yüz əlli səkkiz, doxsan doqquz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 300 (üç yüz) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1700.95 (min yeddi yüz, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefon və 1 (bir) ədəd “APPLE 20W” markalı adapter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1700.95 (min yeddi yüz, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonu və 1 (bir) ədəd “APPLE 20W” markalı adapteri təhvil almışdır. İş materiallarında olan 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1700.95 (min yeddi yüz, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun və 1 (bir) ədəd “APPLE 20W” markalı adapterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 116.75 (yüz on altı, yetmiş beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 09 iyul 2024-cü il tarixə 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 415.37 (dörd yüz on beş, otuz yeddi) AZN məbləğində əsas borcu, 41.63 (qırx bir, altmış üç) AZN məbləğində cərimə borcu, 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 240 (iki yüz qırx) AZN məbləğində əsas borcu, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcu, 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 91.38 (doxsan bir, otuz səkkiz) AZN məbləğində əsas borcu, 9.62 (doqquz, altmış iki) AZN məbləğində cərimə borcu, 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 143.12 (yüz qırx üç, on iki) AZN məbləğində əsas borcu, 14.88 (on dörd, səksən səkkiz) AZN məbləğində cərimə borcu, 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1588.88 (min beş yüz səksən səkkiz, səksən səkkiz) AZN məbləğində əsas borcu, 158.12 (yüz əlli səkkiz, on iki) AZN məbləğində cərimə borcu, 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1165.93 (min yüz altmış beş, doxsan üç) AZN məbləğində əsas borcu, 116.07 (yüz on altı, sıfır yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 4009 (dörd min doqquz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 06 mart 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 19 iyul 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 60.09 (altmış, sıfır doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “158.12 (yüz əlli səkkiz, on iki) AZN məbləğində cərimə borcunun ödənilməsi” və 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “116.07 (yüz on altı, sıfır yeddi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “15631891 saylı, 20 mart 2023cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “158.12 (yüz əlli səkkiz, on iki) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə və 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “116.07 (yüz on altı, sıfır yeddi) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “15631891 saylı, 20 mart 2023-cü il tarixli və 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqavilələri üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilələrin öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 415.37 (dörd yüz on beş, otuz yeddi) AZN məbləğində əsas borc, 41.63 (qırx bir, altmış üç) AZN məbləğində cərimə borcu, 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 240 (iki yüz qırx) AZN məbləğində əsas borc, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcu, 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 91.38 (doxsan bir, otuz səkkiz) AZN məbləğində əsas borc, 9.62 (doqquz, altmış iki) AZN məbləğində cərimə borcu, 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 143.12 (yüz qırx üç, on iki) AZN məbləğində əsas borc, 14.88 (on dörd, səksən səkkiz) AZN məbləğində cərimə borcu, 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1588.88 (min beş yüz səksən səkkiz, səksən səkkiz) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1165.93 (min yüz altmış beş, doxsan üç) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3834.81 (üç min səkkiz yüz otuz dörd, səksən bir) AZN məbləğində borc və 57.47 (əlli yeddi, qırx yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03661795 saylı, 07 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 415.37 (dörd yüz on beş, otuz yeddi) AZN məbləğində əsas borc, 41.63 (qırx bir, altmış üç) AZN məbləğində cərimə borcu, 12082260 saylı, 13 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 240 (iki yüz qırx) AZN məbləğində əsas borc, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcu, 04664367 saylı, 28 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 91.38 (doxsan bir, otuz səkkiz) AZN məbləğində əsas borc, 9.62 (doqquz, altmış iki) AZN məbləğində cərimə borcu, 12201527 saylı, 30 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 143.12 (yüz qırx üç, on iki) AZN məbləğində əsas borc, 14.88 (on dörd, səksən səkkiz) AZN məbləğində cərimə borcu, 15631891 saylı, 20 mart 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1588.88 (min beş yüz səksən səkkiz, səksən səkkiz) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 15632409 saylı, 16 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1165.93 (min yüz altmış beş, doxsan üç) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3834.81 (üç min səkkiz yüz otuz dörd, səksən bir) AZN məbləğində borc və 57.47 (əlli yeddi,qırx yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar