Məhkəmə qərarları › İş №e-2(072)-217/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-217/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-217/2024 25.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 15 (on beş) ay müddətinə aylıq ödəniş 32 (otuz iki) AZN məbləği olmaqla, ümumi dəyəri 473 (dörd yüz yetmiş üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı telefon satılmışdır. Bundan başqa, ********* saylı, 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 117 (yüz on yeddi) AZN məbləği olmaqla, ümumi dəyəri 2099.98 (iki min doxsan doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG” markalı mobil televizor və 1 (bir) ədəd “SEM” markalı toster satılmışdır. Bundan başqa, ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş 80 (səksən) AZN olmaqla, 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 93 (doxsan üç) AZN məbləği olmaqla, ümumi dəyəri 1659.98 (min altı yüz əlli doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşın və 1 (bir) ədəd “HONOR” markalı saat satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 15 avqust 2023-cü il tarixə ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 25 (iyirmi beş) AZN məbləğində əsas borcu, 37 (otuz yeddi) AZN məbləğində cərimə borcu, ********* saylı, 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 929.30 (doqquz yüz iyirmi doqquz, otuz) AZN məbləğində əsas borcu, 1393 (min üç yüz doxsan üç) AZN məbləğində cərimə borcu və ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 822.60 (səkkiz yüz iyirmi iki, altmış) AZN məbləğində əsas borcu, 1233 (min iki yüz otuz üç) AZN məbləğində cərimə borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 25 (iyirmi beş) AZN məbləğində əsas borcun, 3.70 (üç, yetmiş) AZN məbləğində cərimə borcunun, ********* saylı 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 929.30 (doqquz yüz iyirmi doqquz, otuz) AZN məbləğində əsas borcun, 139.30 (yüz otuz doqquz, otuz) AZN məbləğində cərimə borcunun, ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 822.60 (səkkiz yüz iyirmi iki, altmış) AZN məbləğində əsas borcun, 123.30 (yüz iyirmi üç, otuz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2043.20 (iki min qırx üç, iyirmi) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 40.43 (qırx, qırx üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 15 (on beş) ay müddətinə aylıq ödəniş 32 (otuz iki) AZN məbləği olmaqla, ümumi dəyəri 473 (dörd yüz yetmiş üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 473 (dörd yüz yetmiş üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 473 (dörd yüz yetmiş üç) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı telefonun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 32 (otuz iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 117 (yüz on yeddi) AZN məbləği olmaqla, ümumi dəyəri 2099.98 (iki min doxsan doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG” markalı mobil televizor və 1 (bir) ədəd “SEM” markalı toster “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 28 mart 2022-ci il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 2099.98 (iki min doxsan doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG” markalı mobil televizoru və 1 (bir) ədəd “SEM” markalı tosteri təhvil almışdır. İş materiallarında olan ********* saylı, 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2099.98 (iki min doxsan doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG” markalı mobil televizorun və 1 (bir) ədəd “SEM” markalı tosterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 117 (yüz on yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 80 (səksən) AZN olmaqla, 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 93 (doxsan üç) AZN məbləği olmaqla, ümumi dəyəri 1659.98 (min altı yüz əlli doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşın və 1 (bir) ədəd “HONOR” markalı saat “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 1659.98 (min altı yüz əlli doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşını və 1 (bir) ədəd “HONOR” markalı saatı təhvil almışdır. İş materiallarında olan ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1659.98 (min altı yüz əlli doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşının və 1 (bir) ədəd “HONOR” markalı saatın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 93 (doxsan üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 15 avqust 2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 25 (iyirmi beş) AZN məbləğində əsas borcu, 37 (otuz yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 62 (altmış iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 15 avqust 2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı, 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 929.30 (doqquz yüz iyirmi doqquz, otuz) AZN məbləğində əsas borcu, 1393 (min üç yüz doxsan üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 2322.30 (iki min üç yüz iyirmi iki, otuz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 15 avqust 2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 822.60 (səkkiz yüz iyirmi iki, altmış) AZN məbləğində əsas borcu, 1233 (min iki yüz otuz üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 2055.60 (iki min əlli beş, altmış) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 30 avqust 2023-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 40.43 (qırx, qırx üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh ********* saylı, 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 25 (iyirmi beş) AZN məbləğində əsas borc, 3.70 (üç, yetmiş) AZN məbləğində cərimə borcu, ********* saylı, 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 929.30 (doqquz yüz iyirmi doqquz, otuz) AZN məbləğində əsas borc, 139.30 (yüz otuz doqquz, otuz) AZN məbləğində cərimə borcu, ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 822.60 (səkkiz yüz iyirmi iki, altmış) AZN məbləğində əsas borc, 123.30 (yüz iyirmi üç, otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 2043.20 (iki min qırx üç, iyirmi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 40.43 (qırx, qırx üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ********* saylı 18 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 25 (iyirmi beş) AZN məbləğində əsas borc, 3.70 (üç, yetmiş) AZN məbləğində cərimə borcu, ********* saylı 28 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 929.30 (doqquz yüz iyirmi doqquz, otuz) AZN məbləğində əsas borc, 139.30 (yüz otuz doqquz, otuz) AZN məbləğində cərimə borcu, ********* saylı, 10 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 822.60 (səkkiz yüz iyirmi iki, altmış) AZN məbləğində əsas borc, 123.30 (yüz iyirmi üç, otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 2043.20 (iki min qırx üç, iyirmi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 40.43 (qırx, qırx üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar