Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-238/2025 02.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1139.94 (min yüz otuz doqquz, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizor satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2915.94 (iki min doqquz yüz on beş, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO İDEAPAD GAMİNG 3 151AH7” markalı komputer satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 1632 (min altı yüz otuz iki) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM 1 TB” satılmışdır. Cavabdeh 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 63.33 (altmış üç, otuz üç) AZN məbləğində pulu, 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LENOVO İDEAPAD GAMİNG 3 151AH7” markalı komputerin dəyərinə görə dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 162 (yüz altmış iki) AZN məbləğində pulu və 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM 1 TB”-un dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 136 (yüz otuz altı) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 16 dekabr 2024-cü il tarixə 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 379.60 (üç yüz yetmiş doqquz, altmış) AZN məbləğində əsas borcu, 113.88 (yüz on üç, səksən səkkiz) AZN məbləğində cərimə borcu, 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2429.50 (iki min dörd yüz iyirmi doqquz, əlli) AZN məbləğində əsas borcu, 728.85 (yeddi yüz iyirmi səkkiz, səksən beş) AZN məbləğində cərimə borcu, 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1554 (min beş yüz əlli dörd) AZN məbləğində əsas borcu, 466.20 (dörd yüz altmış altı, iyirmi) AZN məbləğində cərimə borcu və ümumilikdə 5672.03 (beş min altı yüz yetmiş iki, sıfır üç) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 379.60 (üç yüz yetmiş doqquz, altmış) AZN məbləğində əsas borcun, 113.88 (yüz on üç, səksən səkkiz) AZN məbləğində cərimə borcunun, 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2429.50 (iki min dörd yüz iyirmi doqquz, əlli) AZN məbləğində əsas borcun, 728.85 (yeddi yüz iyirmi səkkiz, səksən beş) AZN məbləğində cərimə borcunun, 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1554 (min beş yüz əlli dörd) AZN məbləğində əsas borcun, 466.20 (dörd yüz altmış altı, iyirmi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 5672.03 (beş min altı yüz yetmiş iki, sıfır üç) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 76.73 (yetmiş altı, yetmiş üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 mart 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, iddiaçı "xxxx" MMC-nin ona qarşı “pul” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1139.94 (min yüz otuz doqquz, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizor satılmışdır. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1139.94 (min yüz otuz doqquz, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizoru təhvil almışdır. İş materiallarında olan 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1139.94 (min yüz otuz doqquz, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 63.33 (altmış üç, otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2915.94 (iki min doqquz yüz on beş, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO İDEAPAD GAMİNG 3 151AH7” markalı komputer “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 26 iyun 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2915.94 (iki min doqquz yüz on beş, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO İDEAPAD GAMİNG 3 151AH7” markalı komputeri təhvil almışdır. İş materiallarında olan 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2915.94 (iki min doqquz yüz on beş, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “LENOVO İDEAPAD GAMİNG 3 151AH7” markalı komputerin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 162 (yüz altmış iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 1632 (min altı yüz otuz iki) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM 1 TB” “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1632 (min altı yüz otuz iki) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM 1 TB”-ni təhvil almışdır. İş materiallarında olan 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1632 (min altı yüz otuz iki) AZN məbləği olan 1 (bir) ədəd “PLAYSTATİON 5 SLİM 1 TB”-nin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 136 (yüz otuz altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 16 dekabr 2024-cü il tarixə 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 379.60 (üç yüz yetmiş doqquz, altmış) AZN məbləğində əsas borcu, 113.88 (yüz on üç, səksən səkkiz) AZN məbləğində cərimə borcu, 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2429.50 (iki min dörd yüz iyirmi doqquz, əlli) AZN məbləğində əsas borcu, 728.85 (yeddi yüz iyirmi səkkiz, səksən beş) AZN məbləğində cərimə borcu, 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1554 (min beş yüz əlli dörd) AZN məbləğində əsas borcu, 466.20 (dörd yüz altmış altı, iyirmi) AZN məbləğində cərimə borcu və ümumilikdə 5672.03 (beş min altı yüz yetmiş iki, sıfır üç) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 18 dekabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 76.73 (yetmiş altı, yetmiş üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 113.88 (yüz on üç, səksən səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi”, “03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 728.85 (yeddi yüz iyirmi səkkiz, səksən beş) AZN məbləğində cərimə borcunun ödənilməsi” və 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 466.20 (dörd yüz altmış altı, iyirmi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə "xxxx" MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 113.88 (yüz on üç, səksən səkkiz) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə” “03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 728.85 (yeddi yüz iyirmi səkkiz, səksən beş) AZN məbləğində cərimə borcu 120 (yüz iyirmi) AZN məbləğinə” və 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 466.20 (dörd yüz altmış altı, iyirmi) AZN məbləğində cərimə borcu 80 (səksən) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 379.60 (üç yüz yetmiş doqquz, altmış) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2429.50 (iki min dörd yüz iyirmi doqquz, əlli) AZN məbləğində əsas borc, 120 (yüz iyirmi) AZN məbləğində cərimə borcu, 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1554 (min beş yüz əlli dörd) AZN məbləğində əsas borc, 80 (səksən) AZN məbləğində cərimə borcu, ümumilikdə 4583.10 (dörd min beş yüz səksən üç, on) AZN məbləğində borc və 61.99 (altmış bir, doxsan doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02105551 saylı, 09 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 379.60 (üç yüz yetmiş doqquz, altmış) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, 03987513 saylı, 26 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2429.50 (iki min dörd yüz iyirmi doqquz, əlli) AZN məbləğində əsas borc, 120 (yüz iyirmi) AZN məbləğində cərimə borcu, 18302170 saylı, 01 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1554 (min beş yüz əlli dörd) AZN məbləğində əsas borc, 80 (səksən) AZN məbləğində cərimə borcu, ümumilikdə 4583.10 (dörd min beş yüz səksən üç, on) AZN məbləğində borc və 61.99 (altmış bir, doxsan doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-238/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-238/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver