Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-334/2024 04.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1904.40 (min doqquz yüz dörd, qırx) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizor və “SONOROUS SUREFİX” markalı asqı satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 06 (altı) ay müddətinə ümumi dəyəri 1041.96 (min qırx bir, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefon və “PANASONİC” markalı ətçəkən maşın satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 55 (əlli beş) AZN olmaqla, 06 (altı) ay müddətinə ümumi dəyəri 636.99 (altı yüz otuz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 45 (qırx beş) AZN olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2199.96 (iki min yüz doxsan doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı soyuducu satılmışdır. Cavabdeh 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG” markalı televizorun və “SONOROUS SUREFİX” markalı asqının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 105.80 (yüz beş, səksən) AZN məbləğində pulu, 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefonun və “PANASONİC” markalı ətçəkən maşının dəyərinə görə 06 (altı) ay müddətinə hər ay 173.66 (yüz yetmiş üç, altmış altı) AZN məbləğində pulu, 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefonun dəyərinə görə 06 (altı) ay müddətinə hər ay 97 (doxsan yeddi) AZN məbləğində pulu və 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG” markalı soyuducunun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 119.72 (yüz on doqquz, yetmiş iki) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 30 oktyabr 2023-cü il tarixə 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 528.40 (beş yüz iyirmi səkkiz, qırx) AZN məbləğində əsas borcu, 52.60 (əlli iki, altmış) AZN məbləğində cərimə borcu, 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 345.96 (üç yüz qırx beş, doxsan altı) AZN məbləğində əsas borcu, 34.04 (otuz dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu, 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194 (yüz doxsan dörd) AZN məbləğində əsas borcu, 19 (on doqquz) AZN məbləğində cərimə borcu, 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1794.96 (min yeddi yüz doxsan dörd, doxsan altı) AZN məbləğində əsas borcu, 179.04 (yüz yetmiş doqquz, sıfır dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 3148 (üç min yüz qırx səkkiz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 528.40 (beş yüz iyirmi səkkiz, qırx) AZN məbləğində əsas borcun, 52.60 (əlli iki, altmış) AZN məbləğində cərimə borcunun, 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 345.96 (üç yüz qırx beş, doxsan altı) AZN məbləğində əsas borcun, 34.04 (otuz dörd, sıfır dörd) AZN məbləğində cərimə borcunun, 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194 (yüz doxsan dörd) AZN məbləğində əsas borcun, 19 (on doqquz) AZN məbləğində cərimə borcunun, 03952206 saylı, 28 iyul 2022ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1794.96 (min yeddi yüz doxsan dörd, doxsan altı) AZN məbləğində əsas borcun, 179.04 (yüz yetmiş doqquz, sıfır dörd) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3148 (üç min yüz qırx səkkiz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 51.48 (əlli bir, qırx səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1904.40 (min doqquz yüz dörd, qırx) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizor və “SONOROUS SUREFİX” markalı asqı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1904.40 (min doqquz yüz dörd, qırx) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizoru və “SONOROUS SUREFİX” markalı asqını təhvil almışdır. İş materiallarında olan 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1904.40 (min doqquz yüz dörd, qırx) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizorun və “SONOROUS SUREFİX” markalı asqının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 105.80 (yüz beş, səksən) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən tərəfindən 06 (altı) ay müddətinə ümumi dəyəri 1041.96 (min qırx bir, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefon və “PANASONİC” markalı ətçəkən maşın “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 20 may 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1041.96 (min qırx bir, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefonu və “PANASONİC” markalı ətçəkən maşını təhvil almışdır. İş materiallarında olan 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1041.96 (min qırx bir, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefonun və “PANASONİC” markalı ətçəkən maşının dəyərinə görə 06 (altı) ay müddətinə hər ay 173.66 (yüz yetmiş üç, altmış altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 55 (əlli beş) AZN olmaqla, 06 (altı) ay müddətinə ümumi dəyəri 636.99 (altı yüz otuz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 636.99 (altı yüz otuz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 636.99 (altı yüz otuz altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A32” markalı mobil telefonun dəyərinə görə 06 (altı) ay müddətinə hər ay 97 (doxsan yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görunür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 45 (qırx beş) AZN olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2199.96 (iki min yüz doxsan doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı soyuducu satılmışdır. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG” markalı soyuducunu təhvil almışdır. İş materiallarında olan 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2199.96 (iki min yüz doxsan doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı soyuducunun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 119.72 (yüz on doqquz, yetmiş iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 30 oktyabr 2023-cü il tarixə 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 528.40 (beş yüz iyirmi səkkiz, qırx) AZN məbləğində əsas borcu, 52.60 (əlli iki, altmış) AZN məbləğində cərimə borcu, 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 345.96 (üç yüz qırx beş, doxsan altı) AZN məbləğində əsas borcu, 34.04 (otuz dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu, 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194 (yüz doxsan dörd) AZN məbləğində əsas borcu, 19 (on doqquz) AZN məbləğində cərimə borcu, 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1794.96 (min yeddi yüz doxsan dörd, doxsan altı) AZN məbləğində əsas borcu, 179.04 (yüz yetmiş doqquz, sıfır dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 3148 (üç min yüz qırx səkkiz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 31 oktyabr 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 51.48 (əlli bir, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “179.04 (yüz yetmiş doqquz, sıfır dörd) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 179.04 (yüz yetmiş doqquz, sıfır dörd) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 528.40 (beş yüz iyirmi səkkiz, qırx) AZN məbləğində əsas borc, 52.60 (əlli iki, altmış) AZN məbləğində cərimə borcu, 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 345.96 (üç yüz qırx beş, doxsan altı) AZN məbləğində əsas borc, 34.04 (otuz dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu, 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194 (yüz doxsan dörd) AZN məbləğində əsas borc, 19 (on doqquz) AZN məbləğində cərimə borcu, 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1794.96 (min yeddi yüz doxsan dörd, doxsan altı) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 2988.96 (iki min doqquz yüz səksən səkkiz, doxsan altı) AZN məbləğində borc və 48.87 (qırx səkkiz, səksən yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24012139 saylı, 14 avqust 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 528.40 (beş yüz iyirmi səkkiz, qırx) AZN məbləğində əsas borc, 52.60 (əlli iki, altmış) AZN məbləğində cərimə borcu, 13751478 saylı, 20 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 345.96 (üç yüz qırx beş, doxsan altı) AZN məbləğində əsas borc, 34.04 (otuz dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu, 03401719 saylı, 15 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 194 (yüz doxsan dörd) AZN məbləğində əsas borc, 19 (on doqquz) AZN məbləğində cərimə borcu, 03952206 saylı, 28 iyul 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1794.96 (min yeddi yüz doxsan dörd, doxsan altı) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 2988.96 (iki min doqquz yüz səksən səkkiz, doxsan altı) AZN məbləğində borc və 48.87 (qırx səkkiz, səksən yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-334/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-334/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver