Məhkəmə qərarları › İş №e-2(072)-414/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-414/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-414/2024 05.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 561.62 (beş yüz altmış bir, altmış iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9T” markalı mobil telefon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 02621259 saylı, 05 may 2022ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 604.96 (altı yüz dörd, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “KENWOOD” markalı kombayn satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 573.95 (beş yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon satılmışdır. Cavabdeh ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ 9T” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 31.35 (otuz bir, otuz beş) AZN məbləğində pulu, 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “KENWOOD” markalı kombaynın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 33.61 (otuz üç, altmış bir) AZN məbləğində pulu və 03302074 saylı, 30 iyun 2022ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 47.83 (qırx yeddi, səksən üç) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 13 dekabr 2023-cü il tarixə ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 197.28 (yüz doxsan yeddi, iyirmi səkkiz) AZN məbləğində əsas borcu, 19.72 (on doqquz, yetmiş iki) AZN məbləğində cərimə borcu, 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 435.98 (dörd yüz otuz beş, doxsan səkkiz) AZN məbləğində əsas borcu, 43.02 (qırx üç, sıfır iki) AZN məbləğində cərimə borcu, 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 242.96 (iki yüz qırx iki, doxsan altı) AZN məbləğində əsas borcu, 24.04 (iyirmi dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 963 (doqquz yüz altmış üç) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 197.28 (yüz doxsan yeddi, iyirmi səkkiz) AZN məbləğində əsas borcun, 19.72 (on doqquz, yetmiş iki) AZN məbləğində cərimə borcunun, 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 435.98 (dörd yüz otuz beş, doxsan səkkiz) AZN məbləğində əsas borcun, 43.02 (qırx üç, sıfır iki) AZN məbləğində cərimə borcunun, 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 242.96 (iki yüz qırx iki, doxsan altı) AZN məbləğində əsas borcun, 24.04 (iyirmi dörd, sıfır dörd) AZN məbləğində cərimə borcunun və ümumilikdə 963 (doqquz yüz altmış üç) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 561.62 (beş yüz altmış bir, altmış iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9T” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 561.62 (beş yüz altmış bir, altmış iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9T” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 561.62 (beş yüz altmış bir, altmış iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9T” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 31.35 (otuz bir, otuz beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (səkkiz) ay müddətinə ümumi dəyəri 604.96 (altı yüz dörd, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “KENWOOD” markalı kombayn “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 05 may 2022-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 604.96 (altı yüz dörd, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “KENWOOD” markalı kombaynı təhvil almışdır. İş materiallarında olan 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 604.96 (altı yüz dörd, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “KENWOOD” markalı kombaynın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 33.61 (otuz üç, altmış bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 573.95 (beş yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 573.95 (beş yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 573.95 (beş yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 47.83 (qırx yeddi, səksən üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 13 dekabr 2023-cü il tarixə ******* saylı, 15 noyabr 2021ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 197.28 (yüz doxsan yeddi, iyirmi səkkiz) AZN məbləğində əsas borc, 19.72 (on doqquz, yetmiş iki) AZN məbləğində cərimə borcu, 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 435.98 (dörd yüz otuz beş, doxsan səkkiz) AZN məbləğində əsas borc, 43.02 (qırx üç, sıfır iki) AZN məbləğində cərimə borcu, 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 242.96 (iki yüz qırx iki, doxsan altı) AZN məbləğində əsas borc, 24.04 (iyirmi dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 963 (doqquz yüz altmış üç) AZN AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 29 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 197.28 (yüz doxsan yeddi, iyirmi səkkiz) AZN məbləğində əsas borc, 19.72 (on doqquz, yetmiş iki) AZN məbləğində cərimə borcu, 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 435.98 (dörd yüz otuz beş, doxsan səkkiz) AZN məbləğində əsas borc, 43.02 (qırx üç, sıfır iki) AZN məbləğində cərimə borcu, 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 242.96 (iki yüz qırx iki, doxsan altı) AZN məbləğində əsas borc, 24.04 (iyirmi dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 963 (doqquz yüz altmış üç) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ******* saylı, 15 noyabr 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 197.28 (yüz doxsan yeddi, iyirmi səkkiz) AZN məbləğində əsas borc, 19.72 (on doqquz, yetmiş iki) AZN məbləğində cərimə borcu, 02621259 saylı, 05 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 435.98 (dörd yüz otuz beş, doxsan səkkiz) AZN məbləğində əsas borc, 43.02 (qırx üç, sıfır iki) AZN məbləğində cərimə borcu, 03302074 saylı, 30 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 242.96 (iki yüz qırx iki, doxsan altı) AZN məbləğində əsas borc, 24.04 (iyirmi dörd, sıfır dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 963 (doqquz yüz altmış üç) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar