Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-512/2025 30.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 326.99 (üç yüz iyirmi altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ A2+” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 624.99 (altı yüz iyirmi dörd, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefon və 1 (bir) ədəd “SAMSUNG 15W” markalı adapter satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 40 (qırx) AZN məbləğində olmaqla, 15 (on beş) ay müddətinə ümumi dəyəri 866.04 (səkkiz yüz altmış altı, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 12S” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 80 (səksən) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1567.95 (min beş yüz altmış yeddi, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşın satılmışdır. Cavabdeh 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ A2+” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 27.25 (iyirmi yeddi, iyirmi beş) AZN məbləğində pulu, 02015196 saylı, 19 avqust 2023cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG 15W” markalı adapterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 52.08 (əlli iki, sıfır səkkiz) AZN məbləğində pulu, 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 12S” markalı mobil telefonun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 55.07 (əlli beş, sıfır yeddi) AZN məbləğində pulu və 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 82.66 (səksən iki, altmış altı) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 06 sentyabr 2024-cü il tarixinə 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.35 (iki yüz on beş, otuz beş) AZN məbləğində əsas borcu, 21.65 (iyirmi bir, altmış beş) AZN məbləğində cərimə borcu, 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 263.89 (iki yüz altmış üç, səksən doqquz) AZN məbləğində əsas borcu, 26.11 (iyirmi altı, on bir) AZN məbləğində cərimə borcu, 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 826.05 (səkkiz yüz iyirmi altı, sıfır beş) AZN məbləğində əsas borcu, 82.95 (səksən iki, doxsan beş) AZN məbləğində cərimə borcu, 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1387.88 (min üç yüz səksən yeddi, səksən səkkiz) AZN məbləğində əsas borcu, 138.12 (yüz otuz səkkiz, on iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 2962 (iki min doqquz yüz altmış iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.35 (iki yüz on beş, otuz beş) AZN məbləğində əsas borcun, 21.65 (iyirmi bir, altmış beş) AZN məbləğində cərimə borcunun, 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 263.89 (iki yüz altmış üç, səksən doqquz) AZN məbləğində əsas borcun, 26.11 (iyirmi altı, on bir) AZN məbləğində cərimə borcunun, 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 826.05 (səkkiz yüz iyirmi altı, sıfır beş) AZN məbləğində əsas borcun, 82.95 (səksən iki, doxsan beş) AZN məbləğində cərimə borcunun, 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1387.88 (min üç yüz səksən yeddi, səksən səkkiz) AZN məbləğində əsas borcun, 138.12 (yüz otuz səkkiz, on iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2962 (iki min doqquz yüz altmış iki) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 49.62 (qırx doqquz, altmış iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 326.99 (üç yüz iyirmi altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ A2+” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 326.99 (üç yüz iyirmi altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ A2+” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 326.99 (üç yüz iyirmi altı, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ A2+” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 27.25 (iyirmi yeddi, iyirmi beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMCnin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 624.99 (altı yüz iyirmi dörd, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefon və 1 (bir) ədəd “SAMSUNG 15W” markalı adapter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 624.99 (altı yüz iyirmi dörd, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonu və 1 (bir) ədəd “SAMSUNG 15W” markalı adapteri təhvil almışdır. İş materiallarında olan 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 624.99 (altı yüz iyirmi dörd, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG 15W” markalı adapterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 52.08 (əlli iki, sıfır səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 40 (qırx) AZN məbləği olmaqla, 15 (on beş) ay müddətinə ümumi dəyəri 866.04 (səkkiz yüz altmış altı, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 12S” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 15 oktyabr 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 866.04 (səkkiz yüz altmış altı, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 12S” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 866.04 (səkkiz yüz altmış altı, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 12S” markalı mobil telefonun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 55.07 (əlli beş, sıfır yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 80 (səksən) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1567.95 (min beş yüz altmış yeddi, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşın satılmışdır. İş materiallarında olan 09 noyabr 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşını təhvil almışdır. İş materiallarında olan 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1567.95 (min beş yüz altmış yeddi, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşının dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 82.66 (səksən iki, altmış altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 06 sentyabr 2024-cü il tarixə 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.35 (iki yüz on beş, otuz beş) AZN məbləğində əsas borcu, 21.65 (iyirmi bir, altmış beş) AZN məbləğində cərimə borcu, 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 263.89 (iki yüz altmış üç, səksən doqquz) AZN məbləğində əsas borcu, 26.11 (iyirmi altı, on bir) AZN məbləğində cərimə borcu, 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 826.05 (səkkiz yüz iyirmi altı, sıfır beş) AZN məbləğində əsas borcu, 82.95 (səksən iki, doxsan beş) AZN məbləğində cərimə borcu, 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1387.88 (min üç yüz səksən yeddi, səksən səkkiz) AZN məbləğində əsas borcu, 138.12 (yüz otuz səkkiz, on iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 2962 (iki min doqquz yüz altmış iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 08 sentyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 49.62 (qırx doqquz, altmış iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 138.12 (yüz otuz səkkiz, on iki) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 138.12 (yüz otuz səkkiz, on iki) AZN məbləğində cərimə borcu 70 (yetmiş) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilələrin öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 215.35 (iki yüz on beş, otuz beş) AZN məbləğində əsas borcu, 21.65 (iyirmi bir, altmış beş) AZN məbləğində cərimə borcu, 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 263.89 (iki yüz altmış üç, səksən doqquz) AZN məbləğində əsas borcu, 26.11 (iyirmi altı, on bir) AZN məbləğində cərimə borcu, 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 826.05 (səkkiz yüz iyirmi altı, sıfır beş) AZN məbləğində əsas borcu, 82.95 (səksən iki, doxsan beş) AZN məbləğində cərimə borcu, 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1387.88 (min üç yüz səksən yeddi, səksən səkkiz) AZN məbləğində əsas borcu, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ümumilikdə 2893.88 (iki min səkkiz yüz doxsan üç, səksən səkkiz) AZN məbləğində borc və 48.47 (qırx səkkiz, qırx yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02734976 saylı, 24 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.35 (iki yüz on beş, otuz beş) AZN məbləğində əsas borcu, 21.65 (iyirmi bir, altmış beş) AZN məbləğində cərimə borcu, 02015196 saylı, 19 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 263.89 (iki yüz altmış üç, səksən doqquz) AZN məbləğində əsas borcu, 26.11 (iyirmi altı, on bir) AZN məbləğində cərimə borcu, 14065374 saylı, 15 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 826.05 (səkkiz yüz iyirmi altı, sıfır beş) AZN məbləğində əsas borcu, 82.95 (səksən iki, doxsan beş) AZN məbləğində cərimə borcu, 13865245 saylı, 09 noyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1387.88 (min üç yüz səksən yeddi, səksən səkkiz) AZN məbləğində əsas borcu, 70 (yetmiş) AZN məbləğində cərimə borcu, ümumilikdə 2893.88 (iki min səkkiz yüz doxsan üç, səksən səkkiz) AZN məbləğində borc və 48.47 (qırx səkkiz, qırx yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-512/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-512/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver