Məhkəmə qərarları › İş №e-2(072)-519/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-519/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-519/2025 30.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 892.45 (səkkiz yüz doxsan iki, qırx beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 73.84 (yetmiş üç, səksən dörd) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 673.95 (altı yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefon və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter satılmışdır. Cavabdeh 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 21 aprel 2023-cü ildə “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefon və “X1 3 İL” xidmətindən imtina etmiş və məhsul 812.46 (səkkiz yüz on iki, qırx altı) AZN qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 49.58 (qırx doqquz, əlli səkkiz) AZN məbləğində pulu və 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 50.01 (əlli, sıfır bir) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 26 sentyabr 2024-cü il tarixə 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 30.75 (otuz, yetmiş beş) AZN məbləğində əsas borcu, 3.25 (üç, iyirmi beş) AZN məbləğində cərimə borcu, 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 87.67 (səksən yeddi, altmış yeddi) AZN məbləğində əsas borcu, 8.33 (səkkiz, otuz üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 130 (yüz otuz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 30.75 (otuz, yetmiş beş) AZN məbləğində əsas borcun, 3.25 (üç, iyirmi beş) AZN məbləğində cərimə borcunun, 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 87.67 (səksən yeddi, altmış yeddi) AZN məbləğində əsas borcun, 8.33 (səkkiz, otuz üç) AZN məbləğində cərimə borcunun, ümumilikdə 130 (yüz otuz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 892.45 (səkkiz yüz doxsan iki, qırx beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 892.45 (səkkiz yüz doxsan iki, qırx beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 892.45 (səkkiz yüz doxsan iki, qırx beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 49.58 (qırx doqquz, əlli səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 73.84 (yetmiş üç, səksən dörd) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 673.95 (altı yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefon və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 05 may 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 673.95 (altı yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonu və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapteri təhvil almışdır. İş materiallarında olan 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 673.95 (altı yüz yetmiş üç, doxsan beş) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 50.01 (əlli, sıfır bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 26 sentyabr 2024-cü il tarixə 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 30.75 (otuz, yetmiş beş) AZN məbləğində əsas borcu, 3.25 (üç, iyirmi beş) AZN məbləğində cərimə borcu, 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 87.67 (səksən yeddi, altmış yeddi) AZN məbləğində əsas borcu, 8.33 (səkkiz, otuz üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 130 (yüz otuz) AZN məbləğində borcu mövcuddur. (Qeyd: 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 892.45 manat (“SAMSUNG GALAXY A23 DS” markalı mobil telefon, “X1 3 İL xidməti və “Paket XL” xidmətin dəyəri) – 812.46 manat (geri qaytarılmış “SAMSUNG GALAXY A23 DS” markalı mobil telefon və “X1 3 İL xidməti) = 79.99 manat (“Paket XL” xidmətin dəyəri). (“Paket XL” xidmətin dəyərindən 49.23 manat cavabdeh tərəfindən ödənildiyi üçün qalıq əsas borc məbləği 30.76 manat təşkil edir.) İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 28 sentyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 30.75 (otuz, yetmiş beş) AZN məbləğində əsas borc, 3.25 (üç, iyirmi beş) AZN məbləğində cərimə borcu, 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 87.67 (səksən yeddi, altmış yeddi) AZN məbləğində əsas borc, 8.33 (səkkiz, otuz üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 130 (yüz otuz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04063786 saylı, 18 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 30.75 (otuz, yetmiş beş) AZN məbləğində əsas borc, 3.25 (üç, iyirmi beş) AZN məbləğində cərimə borcu, 18551790 saylı, 05 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 87.67 (səksən yeddi, altmış yeddi) AZN məbləğində əsas borc, 8.33 (səkkiz, otuz üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 130 (yüz otuz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar