Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-604/2023 15.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən 15 (on beş) ay müddətinə ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizor satılmışdır. Bundan başqa, hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən 15 (on beş) ay müddətinə ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizor satılmışdır. Cavabdeh RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG 43” markalı televizorun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 57 (əlli yeddi) AZN məbləğində və BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG 43” markalı televizorun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 57 (əlli yeddi) AZN məbləğində pulu hissə-hissə ödəməyi, eləcə də ödəmələrin həyata keçirilməsini gecikdirərsə, müqavilənin 5.6-cı bəndinə əsasən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, hüquqi şəxs "xxxx" MMC ilə “X1 Olmayan Kredit Təşkilatı” MMC arasında 01 saylı, 01 sentyabr 2022-ci il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı ümumilikdə 1698 (min altı yüz doxsan səkkiz) AZN məbləği həddində tələb hüquqi “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 03 avqust 2023-cü il tarixə cəmiyyətə RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 791.42 (yeddi yüz doxsan bir, qırx iki) AZN məbləğində əsas borcu, 290.56 (iki yüz doxsan, əlli altı) AZN məbləğində cərimə borcu və BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 792 (yeddi yüz doxsan iki) AZN məbləğində əsas borcu, 289.14 (iki yüz səksən doqquz, on dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 2163.12 (iki min yüz altmış üç, on iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 791.42 (yeddi yüz doxsan bir, qırx iki) AZN məbləğində əsas borcunun, 290.56 (iki yüz doxsan, əlli altı) AZN məbləğində cərimə borcunun və BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 792 (yeddi yüz doxsan iki) AZN məbləğində əsas borcunun, 289.14 (iki yüz səksən doqquz, on dörd) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2163.12 (iki min yüz altmış üç, on iki) AZN məbləğində borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 41.63 (qırx bir, altmış üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” hüquqi şəxs "xxxx" MMC tərəfindən 15 (on beş) ay müddətinə ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 25 yanvar 2020-ci il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizoru təhvil almışdır. İş materillarında olan RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizorun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 57 (əlli yeddi) AZN məbləğində pulu hissəhissə “satıcı” hüquqi şəxs "xxxx" MMC oğlunun xeyrinə ödəməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” hüquqi şəxs "xxxx" MMC tərəfindən 15 (on beş) ay müddətinə ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 31 yanvar 2020-ci il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizoru təhvil almışdır. İş materillarında olan BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “LG 43” markalı televizorun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 57 (əlli yeddi) AZN məbləğində pulu hissəhissə “satıcı” hüquqi şəxs "xxxx" MMC oğlunun xeyrinə ödəməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli və BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqavilələrinin surətindən görünür ki, müqavilənin 5.6-cı bəndinə əsasən “alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə “X1 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 01 saylı, 01 sentyabr 2022-ci il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki, “faktor” “X1 Olmayan Kredit Təşkilatı” MMC “borclu” barəsində “müştəri” hüquqi şəxs "xxxx" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə “X1 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 01 saylı, 01 sentyabr 2022-ci il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan 01 saylı, 01 sentyabr 2022-ci il tarixli sazişin surətindən görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği və BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 849 (səkkiz yüz qırx doqquz) AZN məbləği həddində tələb hüququ “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 03 avqust 2023-cü il tarixə RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 791.42 (yeddi yüz doxsan bir, qırx iki) AZN məbləğində əsas borcu, 290.56 (iki yüz doxsan, əlli altı) AZN məbləğində cərimə borcu, BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 792 (yeddi yüz doxsan iki) AZN məbləğində əsas borcu, 289.14 (iki yüz səksən doqquz, on dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 2163.12 (iki min yüz altmış üç, on iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 07 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən iddia qaldırılması üçün 41.63 (qırx bir, altmış üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 290.56 (iki yüz doxsan, əlli altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 289.14 (iki yüz səksən doqquz, on dörd) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqavilələrinə əsasən hüquqi şəxs "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 290.56 (iki yüz doxsan, əlli altı) AZN məbləğində cərimə borcu 30 (otuz) AZN məbləğinə qədər azaldılmalı”, “BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 289.14 (iki yüz səksən doqquz, on dörd) AZN məbləğində cərimə borcu 30 (otuz) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 791.42 (yeddi yüz doxsan bir, qırx iki) AZN məbləğində əsas borc, 30 (otuz) AZN məbləğində cərimə borcu, BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 792 (yeddi yüz doxsan iki) AZN məbləğində əsas borc, 30 (otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1643.42 (min altı yüz qırx üç, qırx iki) AZN məbləğində borc və 31.62 (otuz bir, altmış iki) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh RTK08369 saylı, 25 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 791.42 (yeddi yüz doxsan bir, qırx iki) AZN məbləğində əsas borc, 30 (otuz) AZN məbləğində cərimə borcu, BXK11468 saylı, 31 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 792 (yeddi yüz doxsan iki) AZN məbləğində əsas borc, 30 (otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1643.42 (min altı yüz qırx üç, qırx iki) AZN məbləğində borc və 31.62 (otuz bir, altmış iki) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-604/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-604/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver