Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-629/2023 24.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1891.20 (min səkkiz yüz doxsan bir, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “RONDO” markalı künc divan satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 956.40 (doqquz yüz əlli altı, qırx) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED TV” markalı televizor satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 639.96 (altı yüz otuz doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 427.92 (dörd yüz iyirmi yeddi, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon satılmışdır. Cavabdeh 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “RONDO” markalı künc divanın dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 78.80 (yetmiş səkkiz, səksən) AZN məbləğində pulu, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG LED TV” markalı televizorun dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 39.85 (otuz doqquz, səksən beş) AZN məbləğində pulu, 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 53.33 (əlli üç, otuz üç) AZN məbləğində pulu və 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 35.66 (otuz beş, altmış altı) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 12 sentyabr 2023-cü il tarixə 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.20 (iki yüz on beş, iyirmi) AZN məbləğində əsas borcu, 21.80 (iyirmi bir, səksən) AZN məbləğində cərimə borcu, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 677.45 (altı yüz yetmiş yeddi, qırx beş) AZN məbləğində əsas borcu, 67.55 (altmış yeddi, əlli beş) AZN məbləğində cərimə borcu, 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 186.30 (yüz səksən altı, otuz) AZN məbləğində əsas borcu, 18.70 (on səkkiz, yetmiş) AZN məbləğində cərimə borcu, 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 306.60 (üç yüz altı, altmış) AZN məbləğində əsas borcu, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 1524 (min beş yüz iyirmi dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 21134654 saylı, 02 sentyabr 2020ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.20 (iki yüz on beş, iyirmi) AZN məbləğində əsas borcun, 21.80 (iyirmi bir, səksən) AZN məbləğində cərimə borcunun, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 677.45 (altı yüz yetmiş yeddi, qırx beş) AZN məbləğində əsas borcun, 67.55 (altmış yeddi, əlli beş) AZN məbləğində cərimə borcunun, 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 186.30 (yüz səksən altı, otuz) AZN məbləğində əsas borcun, 18.70 (on səkkiz, yetmiş) AZN məbləğində cərimə borcunun, 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 306.60 (üç yüz altı, altmış) AZN məbləğində əsas borcun, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcunun və ümumilikdə 1524 (min beş yüz iyirmi dörd) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 35.24 (otuz beş, iyirmi dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1891.20 (min səkkiz yüz doxsan bir, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “RONDO” markalı künc divan “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1891.20 (min səkkiz yüz doxsan bir, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “RONDO” markalı künc divanı təhvil almışdır. İş materiallarında olan 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1891.20 (min səkkiz yüz doxsan bir, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “RONDO” markalı künc divanın dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 78.80 (yetmiş səkkiz, səksən) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 956.40 (doqquz yüz əlli altı, qırx) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED TV” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 956.40 (doqquz yüz əlli altı, qırx) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED TV” markalı televizoru təhvil almışdır. İş materiallarında olan 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 956.40 (doqquz yüz əlli altı, qırx) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG LED TV” markalı televizorun dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 39.85 (otuz doqquz, səksən beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 639.96 (altı yüz otuz doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 21 may 2022-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 639.96 (altı yüz otuz doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 639.96 (altı yüz otuz doqquz, doxsan altı) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 53.33 (əlli üç, otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 427.92 (dörd yüz iyirmi yeddi, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon satılmışdır. İş materiallarında olan 05 iyun 2022-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 427.92 (dörd yüz iyirmi yeddi, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 35.66 (otuz beş, altmış altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli, 03941787 saylı, 21 may 2022-ci il tarixli və 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqavilələrinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 12 sentyabr 2023-cü il tarixə 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.20 (iki yüz on beş, iyirmi) AZN məbləğində əsas borcu, 21.80 (iyirmi bir, səksən) AZN məbləğində cərimə borcu, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 677.45 (altı yüz yetmiş yeddi, qırx beş) AZN məbləğində əsas borcu, 67.55 (altmış yeddi, əlli beş) AZN məbləğində cərimə borcu, 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 186.30 (yüz səksən altı, otuz) AZN məbləğində əsas borcu, 18.70 (on səkkiz, yetmiş) AZN məbləğində cərimə borcu, 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 306.60 (üç yüz altı, altmış) AZN məbləğində əsas borcu, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 1524 (min beş yüz iyirmi dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 30 iyun 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 13 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 35.24 (otuz beş, iyirmi dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 215.20 (iki yüz on beş, iyirmi) AZN məbləğində əsas borc, 21.80 (iyirmi bir, səksən) AZN məbləğində cərimə borcu, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 677.45 (altı yüz yetmiş yeddi, qırx beş) AZN məbləğində əsas borc, 67.55 (altmış yeddi, əlli beş) AZN məbləğində cərimə borcu, 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 186.30 (yüz səksən altı, otuz) AZN məbləğində əsas borc, 18.70 (on səkkiz, yetmiş) AZN məbləğində cərimə borcu, 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 306.60 (üç yüz altı, altmış) AZN məbləğində əsas borc, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 1524 (min beş yüz iyirmi dörd) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 35.24 (otuz beş, iyirmi dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21134654 saylı, 02 sentyabr 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 215.20 (iki yüz on beş, iyirmi) AZN məbləğində əsas borc, 21.80 (iyirmi bir, səksən) AZN məbləğində cərimə borcu, 03601157 saylı, 06 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 677.45 (altı yüz yetmiş yeddi, qırx beş) AZN məbləğində əsas borc, 67.55 (altmış yeddi, əlli beş) AZN məbləğində cərimə borcu, 03941787 saylı, 21 may 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 186.30 (yüz səksən altı, otuz) AZN məbləğində əsas borc, 18.70 (on səkkiz, yetmiş) AZN məbləğində cərimə borcu, 10771159 saylı, 05 iyun 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 306.60 (üç yüz altı, altmış) AZN məbləğində əsas borc, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 1524 (min beş yüz iyirmi dörd) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 35.24 (otuz beş, iyirmi dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-629/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-629/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver