Məhkəmə qərarları › İş №e-2(072)-643/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-643/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-643/2025 19.09.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1297.81 (min iki yüz doxsan yeddi, səksən bir) AZN məbləği olan 1 (bir) ədəd “HOFFMANN” markalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı aspirator və 1 (bir) ədəd “HOFFMANN” markalı plitə satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 756.10 (yeddi yüz əlli altı, on) AZN məbləği olan 2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon və 4 (dörd) ədəd telefon üzlüyü satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 638.02 (altı yüz otuz səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefon və 2 (iki) ədəd telefon üzlüyü satılmışdır. Cavabdeh 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “HOFFMANN” markalı paltaryuyan maşının, 1 (bir) ədəd “HOFFMANN” markalı aspiratorun və 1 (bir) ədəd “HOFFMANN” markalı plitənin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 72.10 (yetmiş iki, on) AZN məbləğində pulu, 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonun və 4 (dörd) ədəd telefon üzlüyünün dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 42.01 (qırx iki, sıfır bir) AZN məbləğində pulu və 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonun və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 35.45 (otuz beş, qırx beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 25 oktyabr 2023-cü ildə “2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon” xidmətindən imtina etmiş və məhsul 596.16 (beş yüz doxsan altı, on altı) AZN qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 19 fevral 2025-ci il tarixinə 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 338.70 (üç yüz otuz səkkiz, yetmiş) AZN məbləğində əsas borcu, 101.61 (yüz bir, altmış bir) AZN məbləğində cərimə borcu, 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 151.20 (yüz əlli bir, iyirmi) AZN məbləğində əsas borcu, 45.36 (qırx beş, otuz altı) AZN məbləğində cərimə borcu, 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 442.30 (dörd yüz qırx iki, otuz) AZN məbləğində əsas borcu, 132.69 (yüz otuz iki, altmış doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 1211.86 (min iki yüz on bir, səksən altı) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 338.70 (üç yüz otuz səkkiz, yetmiş) AZN məbləğində əsas borcun, 101.61 (yüz bir, altmış bir) AZN məbləğində cərimə borcunun, 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 151.20 (yüz əlli bir, iyirmi) AZN məbləğində əsas borcun, 45.36 (qırx beş, otuz altı) AZN məbləğində cərimə borcunun, 18553027 saylı, 25 oktyabr 2023cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 442.30 (dörd yüz qırx iki, otuz) AZN məbləğində əsas borcun, 132.69 (yüz otuz iki, altmış doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1211.86 (min iki yüz on bir, səksən altı) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 32.12 (otuz iki, on iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1297.81 (min iki yüz doxsan yeddi, səksən bir) AZN məbləği olan 1 (bir) ədəd “HOFFMANN” markalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı aspirator və 1 (bir) ədəd “HOFFMANN” markalı plitə “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1297.81 (min iki yüz doxsan yeddi, səksən bir) AZN məbləği olan 1 (bir) ədəd “HOFFMANN” markalı paltaryuyan maşını, 1 (bir) ədəd “HOFFMANN” markalı aspiratoru və 1 (bir) ədəd “HOFFMANN” markalı plitəni təhvil almışdır. İş materiallarında olan 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1297.81 (min iki yüz doxsan yeddi, səksən bir) AZN məbləği olan 1 (bir) ədəd “HOFFMANN” markalı paltaryuyan maşının, 1 (bir) ədəd “HOFFMANN” markalı aspiratorun və 1 (bir) ədəd “HOFFMANN” markalı plitənin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 72.10 (yetmiş iki, on) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 756.10 (yeddi yüz əlli altı, on) AZN məbləği olan 2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon və 4 (dörd) ədəd telefon üzlüyü “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 756.10 (yeddi yüz əlli altı, on) AZN məbləği olan 2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonu və 4 (dörd) ədəd telefon üzlüyünü təhvil almışdır. İş materiallarında olan 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 756.10 (yeddi yüz əlli altı, on) AZN məbləği olan 2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonun və 4 (dörd) ədəd telefon üzlüyünün dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 42.01 (qırx iki, sıfır bir) AZN məbləğində pulu hissəhissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 638.02 (altı yüz otuz səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefon və 2 (iki) ədəd telefon üzlüyü “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 638.02 (altı yüz otuz səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonu və 2 (iki) ədəd telefon üzlüyünü təhvil almışdır. İş materiallarında olan 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 638.02 (altı yüz otuz səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A14” markalı mobil telefonun və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 35.45 (otuz beş, qırx beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan H12250 saylı, 29 yanvar 2025-ci il tarixli məlumatın surətindən görünür ki, “alıcı” Cavabdeh 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 25 oktyabr 2023-cü ildə “2 (iki) ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon” xidmətindən imtina etmiş və məhsul 596.16 (beş yüz doxsan altı, on altı) AZN qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 19 fevral 2025-ci il tarixə 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 338.70 (üç yüz otuz səkkiz, yetmiş) AZN məbləğində əsas borcu, 101.61 (yüz bir, altmış bir) AZN məbləğində cərimə borcu, 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 151.20 (yüz əlli bir, iyirmi) AZN məbləğində əsas borcu, 45.36 (qırx beş, otuz altı) AZN məbləğində cərimə borcu, 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 442.30 (dörd yüz qırx iki, otuz) AZN məbləğində əsas borcu, 132.69 (yüz otuz iki, altmış doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 1211.86 (min iki yüz on bir, səksən altı) AZN məbləğində borcu mövcuddur. (Qeyd: 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 756.18 manat (“2 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonun və 4 ədəd telefon üzlüyünün dəyəri) – 596.16 manat (geri qaytarılmış “2 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon”) = 160.02 manat (4 ədəd telefon üzlüyünün və “PAKET L” xidmətinin dəyəri). (4 ədəd telefon üzlüyünün və “PAKET L” xidmətinin dəyərindən 8.82 manat cavabdeh tərəfindən ödənildiyi üçün 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən qalıq əsas borc məbləği 151.20 manat təşkil edir.) İş materiallarında olan 29 yanvar 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 22 yanvar 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 32.12 (otuz iki, on iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 132.69 (yüz otuz iki, altmış doqquz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 132.69 (yüz otuz iki, altmış doqquz) AZN məbləğində cərimə borcu 30 (otuz) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilələrin öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 338.70 (üç yüz otuz səkkiz, yetmiş) AZN məbləğində əsas borcu, 101.61 (yüz bir, altmış bir) AZN məbləğində cərimə borcu, 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 151.20 (yüz əlli bir, iyirmi) AZN məbləğində əsas borcu, 45.36 (qırx beş, otuz altı) AZN məbləğində cərimə borcu, 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 442.30 (dörd yüz qırx iki, otuz) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1109.17 (min yüz doqquz, on yeddi) AZN məbləğində borc və 29.39 (iyirmi doqquz, otuz doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03483895 saylı, 27 fevral 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 338.70 (üç yüz otuz səkkiz, yetmiş) AZN məbləğində əsas borcu, 101.61 (yüz bir, altmış bir) AZN məbləğində cərimə borcu, 03115814 saylı, 24 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 151.20 (yüz əlli bir, iyirmi) AZN məbləğində əsas borcu, 45.36 (qırx beş, otuz altı) AZN məbləğində cərimə borcu, 18553027 saylı, 25 oktyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 442.30 (dörd yüz qırx iki, otuz) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1109.17 (min yüz doqquz, on yeddi) AZN məbləğində borc və 29.39 (iyirmi doqquz, otuz doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar