Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-685/2024 18.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1667 (min altı yüz altmış yeddi) AZN məbləği olan 1 (bir) cüt “1396-585-10.01” markalı sırğa üzük və 1 (bir) ədəd “1366-585-2.13” markalı klon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 3387 (üç min üç yüz səksən yeddi) AZN məbləği olan 1 (bir) cüt “583 585 7.90” markalı sırğa, 1 (bir) ədəd “1189 585 7.25” markalı qolbaq və 1 (bir) ədəd “1226 585 7.80” markalı qolbaq satılmışdır. Cavabdeh 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1 (bir) cüt “1396-585-10.01” markalı sırğa üzüyün və 1 (bir) ədəd “1366-585-2.13” markalı klonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 92 (doxsan iki) AZN məbləğində pulu və 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) cüt “583 585 7.90” markalı sırğanın, 1 (bir) ədəd “1189 585 7.25” markalı qolbağının və 1 (bir) ədəd “1226 585 7.80” markalı qolbağının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 188 (yüz səksən səkkiz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğısatqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 09 avqust 2024-cü il tarixə 003-DFM- 0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 746.75 (yeddi yüz qırx altı, yetmiş beş) AZN məbləğində əsas borcu, 265.59 (iki yüz altmış beş, əlli doqquz) AZN məbləğində cərimə borcu, 003-DFM-0158-23 saylı, 05 iyun 2023cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1671.63 (min altı yüz yetmiş bir, altmış üç) AZN məbləğində əsas borcu, 542.28 (beş yüz qırx iki, iyirmi səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3226.25 (üç min iki yüz iyirmi altı, iyirmi beş) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 746.75 (yeddi yüz qırx altı, yetmiş beş) AZN məbləğində əsas borcun, 266.25 (iki yüz altmış altı, iyirmi beş) AZN məbləğində cərimə borcunun, 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1671.63 (min altı yüz yetmiş bir, altmış üç) AZN məbləğində əsas borcun, 543.37 (beş yüz qırx üç, otuz yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3228 (üç min iki yüz iyirmi səkkiz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 52.28 (əlli iki, iyirmi səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 003-DFM- 0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1667 (min altı yüz altmış yeddi) AZN məbləği olan 1 (bir) cüt “1396-585-10.01” markalı sırğa üzük və 1 (bir) ədəd “1366-585-2.13” markalı klon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 12 may 2023-cü il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1667 (min altı yüz altmış yeddi) AZN məbləği olan 1 (bir) cüt “1396-585-10.01” markalı sırğa üzüyü və 1 (bir) ədəd “1366-585-2.13” markalı klonu təhvil almışdır. İş materiallarında olan 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1667 (min altı yüz altmış yeddi) AZN məbləği olan 1 (bir) cüt “1396-585- 10.01” markalı sırğa üzüyün və 1 (bir) ədəd “1366-585-2.13” markalı klonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 92 (doxsan iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 7.2-ci bəndinə əsasən “alıcı” müqavilə ödənişlərini vaxtında ödəmədikdə, “satıcı”nın xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 % dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 003-DFM- 0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqavilədən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 3387 (üç min üç yüz səksən yeddi) AZN məbləği olan 1 (bir) cüt “583 585 7.90” markalı sırğa, 1 (bir) ədəd “1189 585 7.25” markalı qolbaq və 1 (bir) ədəd “1226 585 7.80” markalı qolbaq “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 3387 (üç min üç yüz səksən yeddi) AZN məbləği olan 1 (bir) cüt “583 585 7.90” markalı sırğanı, 1 (bir) ədəd “1189 585 7.25” markalı qolbağı və 1 (bir) ədəd “1226 585 7.80” markalı qolbağı təhvil almışdır. İş materiallarında olan 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 3387 (üç min üç yüz səksən yeddi) AZN məbləği olan 1 (bir) cüt “583 585 7.90” markalı sırğanın, 1 (bir) ədəd “1189 585 7.25” markalı qolbağın və 1 (bir) ədəd “1226 585 7.80” markalı qolbağın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 188 (yüz səksən səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 7.2-ci bəndinə əsasən “alıcı” müqavilə ödənişlərini vaxtında ödəmədikdə, “satıcı”nın xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 % dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 70 saylı, 09 avqust 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 09 avqust 2024-cü il tarixə 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 746.75 (yeddi yüz qırx altı, yetmiş beş) AZN məbləğində əsas borcu, 265.59 (iki yüz altmış beş, əlli doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 1012.34 (min on iki, otuz dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 71 saylı, 09 avqust 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 09 avqust 2024-cü il tarixə 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1671.63 (min altı yüz yetmiş bir, altmış üç) AZN məbləğində əsas borcu, 542.28 (beş yüz qırx iki, iyirmi səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 2213.91 (iki min iki yüz on üç, doxsan bir) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan DFXO 110 saylı, 09 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 05 sentyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 52.28 (əlli iki, iyirmi səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 266.25 (iki yüz altmış altı, iyirmi beş) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “003-DFM-0158-23 saylı, 05 iyun 2023cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 543.37 (beş yüz qırx üç, otuz yeddi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən İddiaçı MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 266.25 (iki yüz altmış altı, iyirmi beş) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə” və “003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 543.37 (beş yüz qırx üç, otuz yeddi) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 746.75 (yeddi yüz qırx altı, yetmiş beş) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1671.63 (min altı yüz yetmiş bir, altmış üç) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 2488.38 (iki min dörd yüz səksən səkkiz, otuz səkkiz) AZN məbləğində borc və 40.29 (qırx, iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 003-DFM-0028-23 saylı, 12 may 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 746.75 (yeddi yüz qırx altı, yetmiş beş) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, 003-DFM-0158-23 saylı, 05 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1671.63 (min altı yüz yetmiş bir, altmış üç) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 2488.38 (iki min dörd yüz səksən səkkiz, otuz səkkiz) AZN məbləğində borc və 40.29 (qırx, iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-685/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-685/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver