Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-688/2024 18.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 50 (əlli) AZN məbləğində olmaqla, cavabdehə 12 (on iki) ay müddətinə aylıq ödəniş 17 (on yeddi) AZN məbləği olmaqla, ümumi dəyəri 199.99 (yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “TAUBE” markalı soba satılmışdır. Bundan başqa, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 22 (iyirmi iki) AZN məbləği olmaqla, ümumi dəyəri 385 (üç yüz səksən beş) AZN məbləği olan 1 (bir) ədəd “HONOR” markalı qulaqcıq satılmışdır. Bundan başqa, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə aylıq ödəniş 8 (səkkiz) AZN məbləği olmaqla, ümumi dəyəri 94 (doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ” markalı xarici akkumulyator satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 14 avqust 2024-cü il tarixə ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 12.90 (on iki, doxsan) AZN məbləğində əsas borcu, 19 (on doqquz) AZN məbləğində cərimə borcu, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 230 (iki yüz otuz) AZN məbləğində əsas borcu, 345 (üç yüz qırx beş) AZN məbləğində cərimə borcu və ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcu, 57 (əlli yeddi) AZN məbləğində cərimə borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 12.90 (on iki, doxsan) AZN məbləğində əsas borcun, 1.90 (bir, doxsan) AZN məbləğində cərimə borcunun, ********* saylı 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 230 (iki yüz otuz) AZN məbləğində əsas borcun, 34.50 (otuz dörd, əlli) AZN məbləğində cərimə borcunun, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcun, 5.70 (beş, yetmiş) AZN məbləğində cərimə borcunun, ümumilikdə 323 (üç yüz iyirmi üç) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 50 (əlli) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə aylıq ödəniş 17 (on yeddi) AZN məbləği olmaqla, ümumi dəyəri 199.99 (yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “TAUBE” markalı soba “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 199.99 (yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “TAUBE” markalı sobanı təhvil almışdır. İş materiallarında olan ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 199.99 (yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “TAUBE” markalı sobanın dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 17 (on yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 22 (iyirmi iki) AZN məbləği olmaqla, ümumi dəyəri 385 (üç yüz səksən beş) AZN məbləği olan 1 (bir) ədəd “HONOR” markalı qulaqcıq “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 385 (üç yüz səksən beş) AZN məbləği olan 1 (bir) ədəd “HONOR” markalı qulaqcığı təhvil almışdır. İş materiallarında olan ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 385 (üç yüz səksən beş) AZN məbləği olan 1 (bir) ədəd “HONOR” markalı qulaqcığın dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 22 (iyirmi iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 8 (səkkiz) AZN məbləği olmaqla, ümumi dəyəri 94 (doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ” markalı xarici akkumulyator “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 94 (doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ” markalı xarici akkumulyatoru təhvil almışdır. İş materiallarında olan ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 94 (doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ” markalı xarici akkumulyatorun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 8 (səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli maliyyə arayışların surətindən görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 12.90 (on iki, doxsan) AZN məbləğində əsas borcu, 19 (on doqquz) AZN məbləğində cərimə borc, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 230 (iki yüz otuz) AZN məbləğində əsas borcu, 345 (üç yüz qırx beş) AZN məbləğində cərimə borcu, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcu, 57 (əlli yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 701.90 (yeddi yüz bir, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 27 avqust 2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh ********* saylı, 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 12.90 (on iki, doxsan) AZN məbləğində əsas borc, 1.90 (bir, doxsan) AZN məbləğində cərimə borcu, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 230 (iki yüz otuz) AZN məbləğində əsas borc, 34.50 (otuz dörd, əlli) AZN məbləğində cərimə borcu, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borc, 5.70 (beş, yetmiş) AZN məbləğində cərimə borcu, ümumilikdə 323 (üç yüz iyirmi üç) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ********* saylı 25 fevral 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 12.90 (on iki, doxsan) AZN məbləğində əsas borc, 1.90 (bir, doxsan) AZN məbləğində cərimə borcu, ********* saylı 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 230 (iki yüz otuz) AZN məbləğində əsas borc, 34.50 (otuz dörd, əlli) AZN məbləğində cərimə borcu, ********* saylı, 03 iyun 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borc, 5.70 (beş, yetmiş) AZN məbləğində cərimə borcu, ümumilikdə 323 (üç yüz iyirmi üç) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-688/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-688/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver