Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-731/2024 13.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış HHA11913 saylı, 07 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1321 (min üç yüz iyirmi bir) ABŞ dolları məbləği olan 1 (bir) ədəd “Aplle iphone 12 Pro Gold 128GB” markalı mobil telefon satılmışdır. Cavabdeh1 “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “Aplle iphone 12 Pro Gold 128GB” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay ödəniş qrafikinə uyğun olaraq hissə-hissə, yəni hər ay 73 (yetmiş üç) ABŞ dolları və son ay 80 (səksən) ABŞ dolları məbləğində pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, müqavilədən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, İddiaçı MMC ilə digər Cavabdeh2 arasında HHA11913 saylı, 30 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” iddiaçı qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “Aplle iphone 12 Pro Gold 128GB” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay ödəniş qrafikinə uyğun olaraq hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 cəmiyyətə cəmi 818.16 (səkkiz yüz on səkkiz, on altı) ABŞ dolları məbləğində ödəniş etmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04 oktyabr 2024-cü il tarixə cəmiyyətə 502.84 (beş yüz iki, səksən dörd) ABŞ dolları məbləğində əsas borcu, 126 (yüz iyirmi altı) ABŞ dolları məbləğində cərimə borcu və ümumilikdə 628.84 (altı yüz iyirmi səkkiz, səksən dörd) ABŞ dolları məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 502.84 (beş yüz iki, səksən dörd) ABŞ dolları məbləğində əsas borcun, 126 (yüz iyirmi altı) ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə 628.84 (altı yüz iyirmi səkkiz, səksən dörd) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəkləri barədə məhkəməyə məlumat vermiş və iddia tələbini qəbul etdiklərini, eləcə də maddi imkanları daxilində qısa müddət ərzində cəmiyyətə olan borcunu tam şəkildə ödəyəcəklərini bildirmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış HHA11913 saylı, 07 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1321 (min üç yüz iyirmi bir) ABŞ dolları məbləği olan 1 (bir) ədəd “Aplle iphone 12 Pro Gold 128GB” markalı mobil telefon satılmışdır. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh1 HHA11913 saylı, 07 oktyabr 2022-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 1321 (min üç yüz iyirmi bir) ABŞ dolları məbləği olan 1 (bir) ədəd “Aplle iphone 12 pro Gold 128GB” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan HHA11913 saylı, 07 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh1 ümumi dəyəri ümumi dəyəri 1321 (min üç yüz iyirmi bir) ABŞ dolları məbləği olan 1 (bir) ədəd “Aplle iphone 12 Pro Gold 128GB” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay ödəniş qrafikinə uyğun olaraq hissə-hissə, yəni hər ay 73 (yetmiş üç) ABŞ dolları və son ay 80 (səksən) ABŞ dolları məbləğində pulu “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış HHA11913 saylı, 07 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin 3.5-ci bəndindən görünür ki, “alıcı” ödənişlərin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % həcmində “satıcının” xeyrinə cərimə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış HHA11913 saylı, 30 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Nisyə alğı-satqı” müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan xx/xx-18920 saylı, 04 oktyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 04 oktyabr 2024-cü il tarixə cəmiyyətə 502.84 (beş yüz iki, səksən dörd) ABŞ dolları məbləğində əsas borcu, 126 (yüz iyirmi altı) ABŞ dolları məbləğində cərimə borcu və ümumilikdə 628.84 (altı yüz iyirmi səkkiz, səksən dörd) ABŞ dolları məbləğində borcu mövcuddur. İş materiallarında olan xx/xx-18917 saylı, 07 sentyabr 2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********** saylı, 03 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 31 (otuz bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “126 (yüz iyirmi altı) ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh1 tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “126 (yüz iyirmi altı) ABŞ dolları məbləğində cərimə borcu 10 (on) ABŞ dolları məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə “iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını” araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğuna və eləcə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 502.84 (beş yüz iki, səksən dörd) ABŞ dolları məbləğində əsas borc, 10 (on) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 512.84 (beş yüz on iki, səskən dörd) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və 30 (otuz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 502.84 (beş yüz iki, səksən dörd) ABŞ dolları məbləğində əsas borc, 10 (on) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 512.84 (beş yüz on iki, səksən dörd) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-731/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-731/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver