Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-771/2025 09.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1258.92 (min iki yüz əlli səkkiz, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “OPPO RENO 10” markalı mobil telefon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 493.20 (dörd yüz doxsan üç, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı qulaqlıq, 1 (bir) ədəd ”TTEC 5000 MAH” markalı şarj cihazı və 1 ədəd telefon qabı satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 160 (yüz altmış) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1833.01 (min səkkiz yüz otuz üç, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S24” markalı mobil telefon, 1 (bir) ədəd “SAMSUNG 35W” markalı adapter və “Ödənişin təminatı” xidməti satılmışdır. Cavabdeh 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “OPPO RENO 10” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 69.94 (altmış doqquz, doxsan dörd) AZN məbləğində pulu, 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SONY” markalı qulaqlığın, 1 (bir) ədəd ”TTEC 5000 MAH” markalı şarj cihazının və 1 ədəd telefon qabının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 27.40 (iyirmi yeddi, qırx) AZN məbləğində pulu və 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY S24” markalı mobil telefonun, 1 (bir) ədəd “SAMSUNG 35W” markalı adapterin və “Ödənişin təminatı” xidmətinin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 92.94 (doxsan iki, doxsan dörd) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 27 mart 2025-ci il tarixə 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 629.20 (altı yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində əsas borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 383.60 (üç yüz səksən üç, altmış) AZN məbləğində əsas borcu, 38.36 (otuz səkkiz, otuz altı) AZN məbləğində cərimə borcu, 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1579.78 (min beş yüz yetmiş doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 157.98 (yüz əlli yeddi, doxsan səkkiz) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı və ümumilikdə 2899.04 (iki min səkkiz yüz doxsan doqquz, sıfır dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 629.20 (altı yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində əsas borcun, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcunun, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqının, 03667710 saylı, 16 iyun 2024cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 383.60 (üç yüz səksən üç, altmış) AZN məbləğində əsas borcun, 38.36 (otuz səkkiz, otuz altı) AZN məbləğində cərimə borcunun, 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1579.78 (min beş yüz yetmiş doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas borcun, 157.98 (yüz əlli yeddi, doxsan səkkiz) AZN məbləğində cərimə borcunun, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqının və ümumilikdə 2899.04 (iki min səkkiz yüz doxsan doqquz, sıfır dörd) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 48.99 (qırx səkkiz, doxsan doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1258.92 (min iki yüz əlli səkkiz, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “OPPO RENO 10” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1258.92 (min iki yüz əlli səkkiz, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “OPPO RENO 10” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1258.92 (min iki yüz əlli səkkiz, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “OPPO RENO 10” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 69.94 (altmış doqquz, doxsan dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 493.20 (dörd yüz doxsan üç, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı qulaqlıq, 1 (bir) ədəd ”TTEC 5000 MAH” markalı şarj cihazı və 1 ədəd telefon qabı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 16 iyun 2024-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 493.20 (dörd yüz doxsan üç, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı qulaqlığı, 1 (bir) ədəd ”TTEC 5000 MAH” markalı şarj cihazını və 1 ədəd telefon qabını təhvil almışdır. İş materiallarında olan 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 493.20 (dörd yüz doxsan üç, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı qulaqlığın, 1 (bir) ədəd ”TTEC 5000 MAH” markalı şarj cihazının və 1 ədəd telefon qabının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 27.40 (iyirmi yeddi, qırx) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 160 (yüz altmış) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 1833.01 (min səkkiz yüz otuz üç, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S24” markalı mobil telefon, 1 (bir) ədəd “SAMSUNG 35W” markalı adapter və “Ödənişin təminatı” xidməti “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1833.01 (min səkkiz yüz otuz üç, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S24” markalı mobil telefonu, 1 (bir) ədəd “SAMSUNG 35W” markalı adapteri və “Ödənişin təminatı” xidmətini təhvil almışdır. İş materiallarında olan 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1833.01 (min səkkiz yüz otuz üç, sıfır bir) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S24” markalı mobil telefonun, 1 (bir) ədəd “SAMSUNG 35W” markalı adapterin və “Ödənişin təminatı” xidmətinin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 92.94 (doxsan iki, doxsan dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 27 mart 2025-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh “Nisyə alğı-satqı” müqaviləsi əsasında satılmış 1 (bir) ədəd “OPPO RENO 10” markalı və 1 (bir) ədəd “SAMSUNG GALAXY S24” markalı mobil telefonların “açılıb-bağlanması” xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 (iyirmi üç, altmış) AZN məbləğində olmaqla, ümumilikdə 47.20 (qırx yeddi, iyirmi) AZN məbləğində xidmət haqqı ödənilmişdir. (Belə ki, “alıcı” müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazmı qaydada icra etmədiyi hallarda "xxxx" “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın istifadəsinə məhdudiyyəti tətbiq edə və məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər...) İş materiallarında olan 27 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 27 mart 2025-ci il tarixə 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 629.20 (altı yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində əsas borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 383.60 (üç yüz səksən üç, altmış) AZN məbləğində əsas borcu, 38.36 (otuz səkkiz, otuz altı) AZN məbləğində cərimə borcu, 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1579.78 (min beş yüz yetmiş doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 157.98 (yüz əlli yeddi, doxsan səkkiz) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı və ümumilikdə 2899.04 (iki min səkkiz yüz doxsan doqquz, sıfır dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 18 mart 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 31 mart 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 49 (qırx doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “157.98 (yüz əlli yeddi, doxsan səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “157.98 (yüz əlli yeddi, doxsan səkkiz) AZN məbləğində cərimə borcu 80 (səksən) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 629.20 (altı yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində əsas borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 383.60 (üç yüz səksən üç, altmış) AZN məbləğində əsas borcu, 38.36 (otuz səkkiz, otuz altı) AZN məbləğində cərimə borcu, 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1579.78 (min beş yüz yetmiş doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 80 (səksən) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, ümumilikdə 2821.06 (iki min səkkiz yüz iyirmi bir, sıfır altı) AZN məbləğində borc və 47.67 (qırx yeddi, altmış yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04266651 saylı, 25 dekabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 629.20 (altı yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində əsas borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 03667710 saylı, 16 iyun 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 383.60 (üç yüz səksən üç, altmış) AZN məbləğində əsas borcu, 38.36 (otuz səkkiz, otuz altı) AZN məbləğində cərimə borcu, 12143210 saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1579.78 (min beş yüz yetmiş doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 80 (səksən) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, ümumilikdə 2821.06 (iki min səkkiz yüz iyirmi bir, sıfır altı) AZN məbləğində borc və 47.67 (qırx yeddi, altmış yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-771/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-771/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver