Məhkəmə qərarları › İş №e-2(072)-808/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-808/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-808/2025 24.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2246.58 (iki min iki yüz qırx altı, əlli səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefon və 1 (bir) ədəd “APPLE 20W” markalı adapter satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal və xidmətləri (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsədə xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC isə həmin malı müqavilədə onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən şərtlərlə “müştəri”yə təqdim edir və “müştəri” həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu müddət ərzində “müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 15 yanvar 2025-ci il tarixdə cəmiyyət tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1615.92 (min altı yüz on beş, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “STAR- YUMSAQ-KUNC-ANTEP 22” markalı künc divanı və 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 4713.04 (dörd min yeddi yüz on üç, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 16 PRO MAX” markalı mobil telefon, 1 (bir) ədəd “APPLE 20W” markalı adapter və 2 (iki) ədəd telefon üzlüyü satılmışdır. Cavabdeh ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun və 1 (bir) ədəd “APPLE 20W” markalı adapterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 124.81 (yüz iyirmi dörd, səksən bir) AZN məbləğində pulu, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “STAR-YUMSAQ-KUNC-ANTEP 22” markalı künc divanının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 67.33 (altmış yeddi, otuz üç) AZN məbləğində pulu və 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPHONE 16 PRO MAX” markalı mobil telefonun, 1 (bir) ədəd “APPLE 20W” markalı adapterin və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 261.84 (iki yüz altmış bir, səksən dörd) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 28 avqust 2025-ci il tarixə ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1606.58 (min altı yüz altı, əlli səkkiz) AZN məbləğində əsas borcu, 160.66 (yüz altmış, altmış altı) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1490.92 (min dörd yüz doxsan, doxsan iki) AZN məbləğində əsas borcu, 149.09 (yüz qırx doqquz, sıfır doqquz) AZN məbləğində cərimə borcu, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 4183.12 (dörd min yüz səksən üç, on iki) AZN məbləğində əsas borcu, 418.31 (dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı və ümumilikdə 8055.88 (səkkiz min əlli beş, səksən səkkiz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1606.58 (min altı yüz altı, əlli səkkiz) AZN məbləğində əsas borcun, 160.66 (yüz altmış, altmış altı) AZN məbləğində cərimə borcunun, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqının, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1490.92 (min dörd yüz doxsan, doxsan iki) AZN məbləğində əsas borcun, 149.09 (yüz qırx doqquz, sıfır doqquz) AZN məbləğində cərimə borcunun, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 4183.12 (dörd min yüz səksən üç, on iki) AZN məbləğində əsas borcun, 418.31 (dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində cərimə borcunun, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqının, ümumilikdə 8055.88 (səkkiz min əlli beş, səksən səkkiz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100.56 (yüz, əlli altı) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. 23 dekabr 2025-ci il tarixdə Cavabdeh övladı X1 teleqram ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, atası Cavabdeh iddia tələbini qəbul etdiyini, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2246.58 (iki min iki yüz qırx altı, əlli səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefon və 1 (bir) ədəd “APPLE 20W” markalı adapter satılmışdır. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2246.58 (iki min iki yüz qırx altı, əlli səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonu və 1 (bir) ədəd “APPLE 20W” markalı adapteri təhvil almışdır. İş materiallarında olan ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2246.58 (iki min iki yüz qırx altı, əlli səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun və 1 (bir) ədəd “APPLE 20W” markalı adapterin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 124.81 (yüz iyirmi dörd, səksən bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal və xidmətləri (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsədə xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC isə həmin malı müqavilədə onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən şərtlərlə “müştəri”yə təqdim edir, “müştəri” həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, 15 yanvar 2025-ci il tarixdə “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1615.92 (min altı yüz on beş, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “STAR-YUMSAQ-KUNC-ANTEP 22” markalı künc divanı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1615.92 (min altı yüz on beş, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “STAR-YUMSAQ-KUNC-ANTEP 22” markalı künc divanını təhvil almışdır. İş materiallarında olan 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1615.92 (min altı yüz on beş, doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “STAR-YUMSAQ-KUNC-ANTEP 22” markalı künc divanının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 67.33 (altmış yeddi, otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, 15 yanvar 2025-ci il tarixdə “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 4713.04 (dörd min yeddi yüz on üç, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 16 PRO MAX” markalı mobil telefon, 1 (bir) ədəd “APPLE 20W” markalı adapter və 2 (iki) ədəd telefon üzlüyü “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 4713.04 (dörd min yeddi yüz on üç, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 16 PRO MAX” markalı mobil telefonu, 1 (bir) ədəd “APPLE 20W” markalı adapteri və 2 (iki) ədəd telefon üzlüyünü təhvil almışdır. İş materiallarında olan 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 4713.04 (dörd min yeddi yüz on üç, sıfır dörd) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 16 PRO MAX” markalı mobil telefonun, 1 (bir) ədəd “APPLE 20W” markalı adapterin və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 261.84 (iki yüz altmış bir, səksən dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 3.5-ci bəndinə əsasən “müştəri” müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 28 avqust 2025-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh “Nisyə alğı-satqı” müqaviləsi əsasında satılmış 1 (bir) ədəd “İPHONE 16 PRO” markalı mobil telefonun və 1 (bir) ədəd “İPHONE 13” markalı mobil telefonun “açılıb-bağlanması” xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47.20 (qırx yeddi, iyirmi) AZN məbləğində xidmət haqqı ödənilmişdir. (Belə ki, “alıcı” müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazmı qaydada icra etmədiyi hallarda "xxxx" “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın istifadəsinə məhdudiyyəti tətbiq edə və məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər...) İş materiallarında olan 28 avqust 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 28 avqust 2025-ci il tarixə ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1606.58 (min altı yüz altı, əlli səkkiz) AZN məbləğində əsas borcu, 160.66 (yüz altmış, altmış altı) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1490.92 (min dörd yüz doxsan, doxsan iki) AZN məbləğində əsas borcu, 149.09 (yüz qırx doqquz, sıfır doqquz) AZN məbləğində cərimə borcu, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 4183.12 (dörd min yüz səksən üç, on iki) AZN məbləğində əsas borcu, 418.31 (dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı və ümumilikdə 8055.88 (səkkiz min əlli beş, səksən səkkiz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 20 avqust 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 26 avqust 2025-ci il tarixli və ********** saylı, 01 sentyabr 2025-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün ümumilikdə 100.56 (yüz, əlli altı) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 160.66 (yüz altmış, altmış altı) AZN məbləğində cərimə borcunun ödənilməsi”, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 149.09 (yüz qırx doqquz, sıfır doqquz) AZN məbləğində cərimə borcunun ödənilməsi” və 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 418.31 (dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə "xxxx" MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 160.66 (yüz altmış, altmış altı) AZN məbləğində cərimə borcu 80 (səksən) AZN məbləğinə”, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 149.09 (yüz qırx doqquz, sıfır doqquz) AZN məbləğində cərimə borcu 75 (yetmiş beş) AZN məbləğinə” və 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 418.31 (dörd yüz on səkkiz, otuz bir) AZN məbləğində cərimə borcu 210 (iki yüz on) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1606.58 (min altı yüz altı, əlli səkkiz) AZN məbləğində əsas borc, 80 (səksən) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1490.92 (min dörd yüz doxsan, doxsan iki) AZN məbləğində əsas borc, 75 (yetmiş beş) AZN məbləğində cərimə borcu, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 4183.12 (dörd min yüz səksən üç, on iki) AZN məbləğində əsas borc, 210 (iki yüz on) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, ümumilikdə 7692.82 (yeddi min altı yüz doxsan iki, səksən iki) AZN məbləğində borc və 96.02 (doxsan altı, sıfır iki) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ********* saylı, 29 avqust 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1606.58 (min altı yüz altı, əlli səkkiz) AZN məbləğində əsas borc, 80 (səksən) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1490.92 (min dörd yüz doxsan, doxsan iki) AZN məbləğində əsas borc, 75 (yetmiş beş) AZN məbləğində cərimə borcu, 648144 saylı, 15 yanvar 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 4183.12 (dörd min yüz səksən üç, on iki) AZN məbləğində əsas borc, 210 (iki yüz on) AZN məbləğində cərimə borcu, 23.60 (iyirmi üç, altmış) AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xidmət haqqı, ümumilikdə 7692.82 (yeddi min altı yüz doxsan iki, səksən iki) AZN məbləğində borc və 96.02 (doxsan altı, sıfır iki) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar