Məhkəmə qərarları › İş №e-2(072)-881/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-881/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-881/2025 26.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 1 (bir) AZN məbləğində olmaqla, cavabdehə 12 (on iki) ay müddətinə, ümumi dəyəri 289 (iki yüz səksən doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A04 5M-A047 3/32GB BLACK” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 4 (dörd) AZN məbləğində olmaqla, cavabdehə 20 (iyirmi) ay müddətinə, ümumi dəyəri 364 (üç yüz altmış dörd) AZN məbləği olan 1 (bir) ədəd “TV LED RİFFEL 32HD 1600” markalı televizor satılmışdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 8 (səkkiz) AZN məbləğində olmaqla, cavabdehə 18 (on səkkiz) ay müddətinə, ümumi dəyəri 980 (doqquz yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “WM BEKO WTE 7512 BOB” markalı paltaryuyan maşın satılmışdır. Cavabdeh YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A04 5M-A047 3/32GB BLACK” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 24 (iyirmi dörd) AZN məbləğində pulu, YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “TV LED RİFFEL 32HD 1600” markalı televizorun dəyərinə görə 20 (iyirmi) ay müddətinə hər ay 18 (on səkkiz) AZN məbləğində pulu və YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “WM BEKO WTE 7512 BOB” markalı paltaryuyan maşının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 54 (əlli dörd) AZN məbləğində pulu, hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 15 yanvar 2025-ci il tarixə YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 168 (yüz altmış səkkiz) AZN məbləğində əsas borcu, YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) AZN məbləğində əsas borcu, YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 934 (doqquz yüz otuz dörd) AZN məbləğində əsas borcu və ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 168 (yüz altmış səkkiz) AZN məbləğində əsas borcun, YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) AZN məbləğində əsas borcun, YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 934 (doqquz yüz otuz dörd) AZN məbləğində əsas borcun və ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 1 (bir) AZN məbləğində olmaqla, 12 (on iki) ay müddətinə, ümumi dəyəri 289 (iki yüz səksən doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A04 5M-A047 3/32GB BLACK” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 289 (iki yüz səksən doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A04 5M-A047 3/32GB BLACK” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 289 (iki yüz səksən doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A04 5M-A047 3/32GB BLACK” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 24 (iyirmi dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cəriməni ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 4 (dörd) AZN məbləğində olmaqla, 20 (iyirmi) ay müddətinə, ümumi dəyəri 364 (üç yüz altmış dörd) AZN məbləği olan 1 (bir) ədəd “TV LED RİFFEL 32HD 1600” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 364 (üç yüz altmış dörd) AZN məbləği olan 1 (bir) ədəd “TV LED RİFFEL 32HD 1600” markalı televizoru təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 364 (üç yüz altmış dörd) AZN məbləği olan 1 (bir) ədəd “TV LED RİFFEL 32HD 1600” markalı televizorun dəyərinə görə 20 (iyirmi) ay müddətinə hər ay 18 (on səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cəriməni ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 8 (səkkiz) AZN məbləğində olmaqla, 18 (on səkkiz) ay müddətinə, ümumi dəyəri 980 (doqquz yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “WM BEKO WTE 7512 BOB” markalı paltaryuyan maşın “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 980 (doqquz yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “WM BEKO WTE 7512 BOB” markalı paltaryuyan maşını təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 980 (doqquz yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “WM BEKO WTE 7512 BOB” markalı paltaryuyan maşının dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 54 (əlli dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cəriməni ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 15 yanvar 2025-ci il tarixə cəmiyyətə YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 168 (yüz altmış səkkiz) AZN məbləğində əsas borcu, YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) AZN məbləğində əsas borcu, YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 934 (doqquz yüz otuz dörd) AZN məbləğində əsas borcu və ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 07 may 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 13 may 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 35 (otuz beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 168 (yüz altmış səkkiz) AZN məbləğində əsas borc, YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) AZN məbləğində əsas borc, YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 934 (doqquz yüz otuz dörd) AZN məbləğində əsas borc, ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 35 (otuz beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh YYK6483649 saylı, 31 dekabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 168 (yüz altmış səkkiz) AZN məbləğində əsas borc, YYK6484779 saylı, 21 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) AZN məbləğində əsas borc, YYK6484096 saylı, 07 iyun 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 934 (doqquz yüz otuz dörd) AZN məbləğində əsas borc, ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 35 (otuz beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar