Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-89/2025 23.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 802.08 (səkkiz yüz iki, sıfır səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “Stark 22 Jumper” markalı velosiped satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 810.97 (səkkiz yüz on, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 521.53 (beş yüz iyirmi bir, əlli üç) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 10C” markalı mobil telefon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 798.02 (yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “LG LED” markalı televizor satılmışdır. Cavabdeh 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “Stark 22 Jumper” markalı velosipedin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində pulu, 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 45.05 (qırx beş, sıfır beş) AZN məbləğində pulu, 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ 10C” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 43.46 (qırx üç, qırx altı) AZN məbləğində pulu və 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG LED” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 44.33 (qırx dörd, otuz üç) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 24 may 2024-cü il tarixə 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində əsas borcu, 4.44 (dörd, qırx dörd) AZN məbləğində cərimə borcu, 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 134.94 (yüz otuz dörd, doxsan dörd) AZN məbləğində əsas borcu, 13.06 (on üç, sıfır altı) AZN məbləğində cərimə borcu, 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 251.39 (iki yüz əlli bir, otuz doqquz) AZN məbləğində əsas borcu, 25.61 (iyirmi beş, altmış bir) AZN məbləğində cərimə borcu, 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 533.77 (beş yüz otuz üç, yetmiş yeddi) AZN məbləğində əsas borcu, 53.23 (əlli üç, iyirmi üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 1061 (min altmış bir) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində əsas borcun, 4.44 (dörd, qırx dörd) AZN məbləğində cərimə borcunun, 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 134.94 (yüz otuz dörd, doxsan dörd) AZN məbləğində əsas borcun, 13.06 (on üç, sıfır altı) AZN məbləğində cərimə borcunun, 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 251.39 (iki yüz əlli bir, otuz doqquz) AZN məbləğində əsas borcun, 25.61 (iyirmi beş, altmış bir) AZN məbləğində cərimə borcunun, 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 533.77 (beş yüz otuz üç, yetmiş yeddi) AZN məbləğində əsas borcun, 53.23 (əlli üç, iyirmi üç) AZN məbləğində cərimə borcunun və ümumilikdə 1061 (min altmış bir) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.61 (otuz, altmış bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 802.08 (səkkiz yüz iki, sıfır səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “Stark 22 Jumper” markalı velosiped “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 802.08 (səkkiz yüz iki, sıfır səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “Stark 22 Jumper” markalı velosipedi təhvil almışdır. İş materiallarında olan 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 802.08 (səkkiz yüz iki, sıfır səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “Stark 22 Jumper” markalı velosipedin dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 810.97 (səkkiz yüz on, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 21 avqust 2022-ci il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 810.97 (səkkiz yüz on, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 810.97 (səkkiz yüz on, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 45.05 (qırx beş, sıfır beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 521.53 (beş yüz iyirmi bir, əlli üç) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 10C” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 22 mart 2023-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 521.53 (beş yüz iyirmi bir, əlli üç) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 10C” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 521.53 (beş yüz iyirmi bir, əlli üç) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 10C” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 43.46 (qırx üç, qırx altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 798.02 (yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “LG LED” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 22 aprel 2023-cü il tarixli “təhvil-təslim” aktın surətindən görünür ki, “alıcı” Cavabdeh 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 798.02 (yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “LG LED” markalı televizoru təhvil almışdır. İş materiallarında olan 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 798.02 (yeddi yüz doxsan səkkiz, sıfır iki) AZN məbləği olan 1 (bir) ədəd “LG LED” markalı televizorun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 44.33 (qırx dörd, otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 24 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 24 may 2024-cü il tarixə 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində əsas borc, 4.44 (dörd, qırx dörd) AZN məbləğində cərimə borcu, 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 134.94 (yüz otuz dörd, doxsan dörd) AZN məbləğində əsas borc, 13.06 (on üç, sıfır altı) AZN məbləğində cərimə borcu, 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 251.39 (iki yüz əlli bir, otuz doqquz) AZN məbləğində əsas borc, 25.61 (iyirmi beş, altmış bir) AZN məbləğində cərimə borcu, 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 533.77 (beş yüz otuz üç, yetmiş yeddi) AZN məbləğində əsas borcu, 53.23 (əlli üç, iyirmi üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 1061 (min altmış bir) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 08 may 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 03 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30.61 (otuz, altmış bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində əsas borc, 4.44 (dörd, qırx dörd) AZN məbləğində cərimə borcu, 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 134.94 (yüz otuz dörd, doxsan dörd) AZN məbləğində əsas borc, 13.06 (on üç, sıfır altı) AZN məbləğində cərimə borcu, 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 251.39 (iki yüz əlli bir, otuz doqquz) AZN məbləğində əsas borc, 25.61 (iyirmi beş, altmış bir) AZN məbləğində cərimə borcu, 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 533.77 (beş yüz otuz üç, yetmiş yeddi) AZN məbləğində əsas borcu, 53.23 (əlli üç, iyirmi üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 1061 (min altmış bir) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.61 (otuz, altmış bir) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03461695 saylı, 19 aprel 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 44.56 (qırx dörd, əlli altı) AZN məbləğində əsas borc, 4.44 (dörd, qırx dörd) AZN məbləğində cərimə borcu, 03932145 saylı, 21 avqust 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 134.94 (yüz otuz dörd, doxsan dörd) AZN məbləğində əsas borc, 13.06 (on üç, sıfır altı) AZN məbləğində cərimə borcu, 10773738 saylı, 22 mart 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 251.39 (iki yüz əlli bir, otuz doqquz) AZN məbləğində əsas borc, 25.61 (iyirmi beş, altmış bir) AZN məbləğində cərimə borcu, 03904093 saylı, 22 aprel 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 533.77 (beş yüz otuz üç, yetmiş yeddi) AZN məbləğində əsas borcu, 53.23 (əlli üç, iyirmi üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 1061 (min altmış bir) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.61 (otuz, altmış bir) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-89/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-89/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver