Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-914/2025 29.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış TXC002932 saylı, 08 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 840 (səkkiz yüz qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO X6” markalı mobil telefon satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “XİAOMİ POCO X6” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 70 (yetmiş) AZN məbləğində pulu hissə-hissə ödəməyi, eləcə də, ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, hüquqi şəxs "xxxx" MMC ilə İddiaçı QSC arasında R-2020/23 saylı, 27 fevral 2023-cü il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı 840 (səkkiz yüz qırx) AZN məbləği həddində tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 06 oktyabr 2025-ci il tarixə cəmiyyətə 508 (beş yüz səkkiz) AZN məbləğində əsas borcu, 76.20 (yetmiş altı, iyirmi) AZN məbləğində cərimə borcu və ümumilikdə 584.20 (beş yüz səksən dörd, iyirmi) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 508 (beş yüz səkkiz) AZN məbləğində əsas borcun, 76.20 (yetmiş altı, iyirmi) AZN məbləğində cərimə borcun, ümumilikdə 584.20 (beş yüz səksən dörd, iyirmi) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış TXC002932 saylı, 08 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” hüquqi şəxs "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 840 (səkkiz yüz qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO X6” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 08 iyul 2024-cü il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 840 (səkkiz yüz qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO X6” markalı mobil telefonu təhvil almışdır. İş materillarında olan TXC002932 saylı, 08 iyul 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin (ödəniş cədvəli) surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 840 (səkkiz yüz qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO X6” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 70 (yetmiş) AZN məbləğində pulu hissə-hissə “satıcı” hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 2.4.4cü bəndinə əsasən “alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış R-2020/23 saylı, 27 fevral 2023-cü il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki, “faktor” İddiaçı QSC “borclu” barəsində “müştəri” hüquqi şəxs "xxxx" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış R-2020/23 saylı, 27 fevral 2023-cü il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan R- 20xx/xx-0084 saylı, 15 iyul 2024-cü il tarixli sazişin surətindən görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı 840 (səkkiz yüz qırx) AZN məbləği həddində tələb hüquqi İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli maliyyə arayışının və hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh 06 oktyabr 2025-ci il tarixə cəmiyyətə 508 (beş yüz səkkiz) AZN məbləğində əsas borcu, 76.20 (yetmiş altı, iyirmi) AZN məbləğində cərimə borcu və ümumilikdə 584.20 (beş yüz səksən dörd, iyirmi) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 14 oktyabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 508 (beş yüz səkkiz) AZN məbləğində əsas borc, 76.20 (yetmiş altı, iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 584.20 (beş yüz səksən dörd, iyirmi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 508 (beş yüz səkkiz) AZN məbləğində əsas borc, 76.20 (yetmiş altı, iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 584.20 (beş yüz səksən dörd, iyirmi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-914/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-914/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver