Məhkəmə qərarları › İş №e-2(072)-92/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-92/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-92/2025 23.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 960.80 (doqquz yüz altmış, səksən) AZN məbləği olan 2 (iki) ədəd matras və 1 (bir) ədəd “Marvin” markalı çarpayı satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 85 (səksən beş) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1062.60 (min altmış iki, altmış) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A34” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 28 (iyirmi səkkiz) AZN məbləğində olmaqla, 3 (üç) ay müddətinə ümumi dəyəri 667.97 (altı yüz altmış yeddi, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefon və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 644.94 (altı yüz qırx dörd, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefon, “SAMSUNG 25W” markalı adapter və 2 (iki) ədəd telefon üzlüyü satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cəmiyyət ilkin ödəniş 250 (iki yüz əlli) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 2294.49 (iki min iki yüz doxsan dörd, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefon satılmışdır. Cavabdeh 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2 (iki) ədəd matrasın və 1 (bir) ədəd “Marvin” markalı çarpayının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 40.03 (qırx, sıfır üç) AZN məbləğində pulu, 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A34” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 81.47 (səksən bir, qırx yeddi) AZN məbləğində pulu, 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin dəyərinə görə 3 (üç) ay müddətinə hər ay 213.32 (iki yüz on üç, otuz iki) AZN məbləğində pulu, 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefonun, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 53.74 (əlli üç, yetmiş dörd) AZN məbləğində pulu, 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 170.37 (yüz yetmiş, otuz yeddi) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğısatqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 06 iyun 2024-cü il tarixinə 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 408.95 (dörd yüz səkkiz, doxsan beş) AZN məbləğində əsas borcu, 40.05 (qırx, sıfır beş) AZN məbləğində cərimə borcu, 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 732.54 (yeddi yüz otuz iki, əlli dörd) AZN məbləğində əsas borcu, 73.46 (yetmiş üç, qırx altı) AZN məbləğində cərimə borcu, 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 169.99 (yüz altmış doqquz, doxsan doqquz) AZN məbləğində əsas borcu, 16.01 (on altı, sıfır bir) AZN məbləğində cərimə borcu, 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 536.08 (beş yüz otuz altı, sıfır səkkiz) AZN məbləğində əsas borcu, 53.92 (əlli üç, doxsan iki) AZN məbləğində cərimə borcu, 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1703.64 (min yeddi yüz üç, altmış dörd) AZN məbləğində əsas borcu, 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 3905 (üç min doqquz yüz beş) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 408.95 (dörd yüz səkkiz, doxsan beş) AZN məbləğində əsas borcun, 40.05 (qırx, sıfır beş) AZN məbləğində cərimə borcunun, 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 732.54 (yeddi yüz otuz iki, əlli dörd) AZN məbləğində əsas borcun, 73.46 (yetmiş üç, qırx altı) AZN məbləğində cərimə borcunun, 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 169.99 (yüz altmış doqquz, doxsan doqquz) AZN məbləğində əsas borcun, 16.01 (on altı, sıfır bir) AZN məbləğində cərimə borcunun, 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 536.08 (beş yüz otuz altı, sıfır səkkiz) AZN məbləğində əsas borcun, 53.92 (əlli üç, doxsan iki) AZN məbləğində cərimə borcunun, 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1703.64 (min yeddi yüz üç, altmış dörd) AZN məbləğində əsas borcun, 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3905 (üç min doqquz yüz beş) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 59.05 (əlli doqquz, sıfır beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 960.80 (doqquz yüz altmış, səksən) AZN məbləği olan 2 (iki) ədəd matras və 1 (bir) ədəd “Marvin” markalı çarpayı “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 960.80 (doqquz yüz altmış, səksən) AZN məbləği olan 2 (iki) ədəd matrası və 1 (bir) ədəd “Marvin” markalı çarpayını təhvil almışdır. İş materiallarında olan 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 960.80 (doqquz yüz altmış, səksən) AZN məbləği olan 2 (iki) ədəd matrasın və 1 (bir) ədəd “Marvin” markalı çarpayının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 40.03 (qırx, sıfır üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 85 (səksən beş) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1062.60 (min altmış iki, altmış) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A34” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1062.60 (min altmış iki, altmış) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A34” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1062.60 (min altmış iki, altmış) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A34” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 81.47 (səksən bir, qırx yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 28 (iyirmi səkkiz) AZN məbləği olmaqla, 3 (üç) ay müddətinə ümumi dəyəri 667.97 (altı yüz altmış yeddi, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefon və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 667.97 (altı yüz altmış yeddi, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefonu və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapteri təhvil almışdır. İş materiallarında olan 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 667.97 (altı yüz altmış yeddi, doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefonun və 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin dəyərinə görə 3 (üç) ay müddətinə hər ay 213.32 (iki yüz on üç, otuz iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 644.94 (altı yüz qırx dörd, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefon, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapter və 2 (iki) ədəd telefon üzlüyü satılmışdır. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefonu, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapteri və 2 (iki) ədəd telefon üzlüyünü təhvil almışdır. İş materiallarında olan 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 644.94 (altı yüz qırx dörd, doxsan dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A24” markalı mobil telefonun, 1 (bir) ədəd “SAMSUNG 25W” markalı adapterin və 2 (iki) ədəd telefon üzlüyünün dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 53.74 (əlli üç, yetmiş dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMCnin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 250 (iki yüz əlli) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 2294.49 (iki min iki yüz doxsan dörd, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefon satılmışdır. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2294.49 (iki min iki yüz doxsan dörd, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY S22” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 170.37 (yüz yetmiş, otuz yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir və cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 06 iyun 2024-cü il tarixə 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 408.95 (dörd yüz səkkiz, doxsan beş) AZN məbləğində əsas borcu, 40.05 (qırx, sıfır beş) AZN məbləğində cərimə borcu, 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 732.54 (yeddi yüz otuz iki, əlli dörd) AZN məbləğində əsas borcu, 73.46 (yetmiş üç, qırx altı) AZN məbləğində cərimə borcu, 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 169.99 (yüz altmış doqquz, doxsan doqquz) AZN məbləğində əsas borcu, 16.01 (on altı, sıfır bir) AZN məbləğində cərimə borcu, 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 536.08 (beş yüz otuz altı, sıfır səkkiz) AZN məbləğində əsas borcu, 53.92 (əlli üç, doxsan iki) AZN məbləğində cərimə borcu, 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1703.64 (min yeddi yüz üç, altmış dörd) AZN məbləğində əsas borcu, 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 3905 (üç min doqquz yüz beş) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 16 may 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 13 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 59.05 (əlli doqquz, sıfır beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə “170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilələrin öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 408.95 (dörd yüz səkkiz, doxsan beş) AZN məbləğində əsas borcu, 40.05 (qırx, sıfır beş) AZN məbləğində cərimə borcu, 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 732.54 (yeddi yüz otuz iki, əlli dörd) AZN məbləğində əsas borcu, 73.46 (yetmiş üç, qırx altı) AZN məbləğində cərimə borcu, 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 169.99 (yüz altmış doqquz, doxsan doqquz) AZN məbləğində əsas borcu, 16.01 (on altı, sıfır bir) AZN məbləğində cərimə borcu, 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 536.08 (beş yüz otuz altı, sıfır səkkiz) AZN məbləğində əsas borcu, 53.92 (əlli üç, doxsan iki) AZN məbləğində cərimə borcu, 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1703.64 (min yeddi yüz üç, altmış dörd) AZN məbləğində əsas borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3784.64 (üç min yeddi yüz səksən dörd, altmış dörd) AZN məbləğində borc və 56.78 (əlli altı, yetmiş səkkiz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03453032 saylı, 21 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 408.95 (dörd yüz səkkiz, doxsan beş) AZN məbləğində əsas borcu, 40.05 (qırx, sıfır beş) AZN məbləğində cərimə borcu, 10774678 saylı, 20 iyul 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 732.54 (yeddi yüz otuz iki, əlli dörd) AZN məbləğində əsas borcu, 73.46 (yetmiş üç, qırx altı) AZN məbləğində cərimə borcu, 03466181 saylı, 12 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 169.99 (yüz altmış doqquz, doxsan doqquz) AZN məbləğində əsas borcu, 16.01 (on altı, sıfır bir) AZN məbləğində cərimə borcu, 19131787 saylı, 31 avqust 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 536.08 (beş yüz otuz altı, sıfır səkkiz) AZN məbləğində əsas borcu, 53.92 (əlli üç, doxsan iki) AZN məbləğində cərimə borcu, 18783247 saylı, 22 sentyabr 2023-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1703.64 (min yeddi yüz üç, altmış dörd) AZN məbləğində əsas borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3784.64 (üç min yeddi yüz səksən dörd, altmış dörd) AZN məbləğində borc və 56.78 (əlli altı, yetmiş səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar