Məhkəmə qərarları › İş №e-2(072)-922/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-922/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-922/2025 29.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə aylıq ödəniş 58 (əlli səkkiz) AZN məbləği olmaqla, ümumi dəyəri 689.99 (altı yüz səksən doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO M6 PRO” markalı mobil telefon satılmışdır. Bundan başqa, ********* saylı, 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş 400 (dörd yüz) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə aylıq ödəniş 84 (səksən dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 999.99 (doqquz yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ PAD 6S PRO” markalı mobil telefon satılmışdır. Bundan başqa, ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 42 (qırx iki) AZN məbləği olmaqla, ümumi dəyəri 749.99 (yeddi yüz qırx doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HONOR X9b” markalı mobil telefon satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 07 oktyabr 2025-ci il tarixə ********* saylı 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 281.90 (iki yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcu, 422 (dörd yüz iyirmi iki) AZN məbləğində cərimə borcu, ********* saylı 27 sentyabr 2024cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 495.90 (dörd yüz doxsan beş, doxsan) AZN məbləğində əsas borcu, 743 (yeddi yüz qırx üç) AZN məbləğində cərimə borcu, ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcu, 872 (səkkiz yüz yetmiş iki) AZN məbləğində cərimə borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı, 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 281.90 (iki yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcun, 42.20 (qırx iki, iyirmi) AZN məbləğində cərimə borcunun, ********* saylı, 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 495.90 (dörd yüz doxsan beş, doxsan) AZN məbləğində əsas borcun, 74.30 (yetmiş dörd, otuz) AZN məbləğində cərimə borcunun, ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcun, 87.20 (səksən yeddi, iyirmi) AZN məbləğində cərimə borcun, ümumilikdə 1563.40 (min beş yüz altmış üç, qırx) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 35.63 (otuz beş, altmış üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 58 (əlli səkkiz) AZN məbləği olmaqla, ümumi dəyəri 689.99 (altı yüz səksən doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO M6 PRO” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 689.99 (altı yüz səksən doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO M6 PRO” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 689.99 (altı yüz səksən doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ POCO M6 PRO” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 58 (əlli səkkiz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 400 (dörd yüz) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə aylıq ödəniş 84 (səksən dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 999.99 (doqquz yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ PAD 6S PRO” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 999.99 (doqquz yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ PAD 6S PRO” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 999.99 (doqquz yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ PAD 6S PRO” markalı mobil telefonun dəyərinə görə 18 (on) ay müddətinə hər ay 84 (səksən dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 42 (qırx iki) AZN məbləği olmaqla, ümumi dəyəri 749.99 (yeddi yüz qırx doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HONOR X9b” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 749.99 (yeddi yüz qırx doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HONOR X9b” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 749.99 (yeddi yüz qırx doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HONOR X9b” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 42 (qırx iki) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 07 oktyabr 2025-ci il tarixə ********* saylı, 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 281.90 (iki yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcu, 422 (dörd yüz iyirmi iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 703.90 (yeddi yüz üç, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 07 oktyabr 2025-ci il tarixə ********* saylı, 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 495.90 (dörd yüz doxsan beş, doxsan) AZN məbləğində əsas borcu, 743 (yeddi yüz qırx üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 1238.90 (min iki yüz otuz səkkiz, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 07 oktyabr 2025-ci il tarixə ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcu, 872 (səkkiz yüz yetmiş iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 1453.90 (min dörd yüz əlli üç, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 29 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 35.63 (otuz beş, altmış üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh ********* saylı, 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 281.90 (iki yüz səksən bir, doxsan) AZN məbləğində əsas borc, 42.20 (qırx iki, iyirmi) AZN məbləğində cərimə borcu, ********* saylı, 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 495.90 (dörd yüz doxsan beş, doxsan) AZN məbləğində əsas borc, 74.30 (yetmiş dörd, otuz) AZN məbləğində cərimə borcu, ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borc, 87.20 (səksən yeddi, iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 1563.40 (min beş yüz altmış üç, qırx) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 35.63 (otuz beş, altmış üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ********* saylı, 11 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 281.90 (iki yüz səksən bir, doxsan) AZN məbləğində əsas borc, 42.20 (qırx iki, iyirmi) AZN məbləğində cərimə borcu, ********* saylı, 27 sentyabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 495.90 (dörd yüz doxsan beş, doxsan) AZN məbləğində əsas borc, 74.30 (yetmiş dörd, otuz) AZN məbləğində cərimə borcu, ********* saylı, 09 dekabr 2024-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borc, 87.20 (səksən yeddi, iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 1563.40 (min beş yüz altmış üç, qırx) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 35.63 (otuz beş, altmış üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar