Məhkəmə qərarları › İş №e-2(073)-1030/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1030/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1030/2025 18.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən MOR ACELİYA - METVEXX - MASA , 6 ədəd MOR ACELİYA - METBEX – STUL üçün 607.7 manat ödənilməmiş hissə, 303.85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********27409 XİAOMІ POCO M3 markalı telefon, Mİ İN EAR BASİC qulaqlıq üçün 250.2 manat ödənilməmiş hissə, 125.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********19191 HUAWEİ Y7 markalı telefon üçün 244.8 manat ödənilməmiş hissə, 122.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 169.9 manat ödənilməmiş hissə 84.95 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********26868 XİAOMİ REDMİ 9 markalı telefon üçün 169.6 manat ödənilməmiş hissə 84.8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ƏTÇƏKƏN PANASONİC üçün 164.2 manat ödənilməmiş hissə 82.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HAYLOU qulaqlıq üçün 69.9 manat ödənilməmiş hissə, 34.95 manat cərimə, ümumilikdə 2514.45 (iki min beş yüz on dörd manat qırx beş qəpik) manat borc və 45.15 (qırx beş manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu nun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 814 (səkkiz yüz on dörd) manat olan MOR ACELİYA - METVEX - MASA, 6 ədəd MOR ACELİYA - METVEX – STUL almış, aldığı əşyanın dəyərini 20 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 577.8 (beş yüz yetmiş yeddi manat, 80 qəpik) manat olan İmei kod **********27409 XİAOMİ POCO M3 markalı telefon, Mİ İN EAR BASİC qulaqlıq almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 561.6 (beş yüz altmışŠ bir manat 60 qəpik) manat olan İmei kod **********19191 HUAWEİ Y7 markalı telefon aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 765 (yeddi yüz altmış beş) manat olan LG LED TV almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 460 (dörd yüz altmış) manat olan İmei kod **********26868 XİAOMİ REDMİ 9 markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 421.2 (dörd yüz iyirmi bir manat 20 qəpik) manat olan ƏTÇƏKƏN PANASONİC almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 84.96 (səksən dörd manat, 96 qəpik) manat olan HAYLOU qulaqlıq almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 814 manat olan MOR ACELİYA - METVEX - MASA, 6 ədəd MOR ACELİYA - METVEX – STUL almış, aldığı əşyanın dəyərini 20 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 577.8 (beş yüz yetmiş yeddi manat 80 qəpik) manat olan İmei kod **********27409 XİAOMİ POCO M3 markalı telefon, Mİ İN EAR BASİC qulaqlıq almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 561.6 (beş yüz altmış bir manat 60 qəpik) manat olan İmei kod **********19191 HUAWEİ Y7 markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 765 (yeddi yüz altmış beş) manat olan LG LED TV almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 460 (dörd yüz altmış) manat olan İmei kod **********26868 XİAOMİ REDMİ 9 markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 421.2 (dörd yüz iyirmi bir manat 20 qəpik) manat olan ƏTÇƏKƏN PANASONİC almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 84.96 (səksən dörd manat, 96 qəpik) manat olan HAYLOU qulaqlıq almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 607.7 manat ödənilməmiş hissə, 303.85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 250.2 manat ödənilməmiş hissə, 125.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 244.8 manat ödənilməmiş hissə, 122.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 169.9 manat ödənilməmiş hissə 84.95 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 169.6 manat ödənilməmiş hissə 84.8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 164.2 manat ödənilməmiş hissə 82.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 69.9 manat ödənilməmiş hissə, 34.95 manat cərimə, ümumilikdə 2514.45 (iki min beş yüz on dörd manat qırx beş qəpik) manat təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 45.15 (qırx beş manat on beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, əsas borcunu ödəyə bilmədiyi halda cavabdehdən əlavə olaraq əsas borca nisbətdə tənasübsüz yüksək olan cərimənin də tələb edilməsi onun mənafeyinə uyğun hesab edilə bilməz, lakin məhkəmə iddiaçının da əmlak mənafeyini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq müqavilələr üzrə müvafiq olaraq 30 manat, 13 manat, 12 manat, 8.5 manat, 8.5 manat, 8 manat, 3.5 manat həddində müəyyən edilməsini tərəflərin mənafelərinə uyğun hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumunun 37.60 (otuz yeddi manat altmış qəpik) manat hissəsi onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 607.7 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 250.2 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 244.8 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 169.9 manat ödənilməmiş hissə 8.5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 169.6 manat ödənilməmiş hissə 8.5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 164.2 manat ödənilməmiş hissə 8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 69.9 manat ödənilməmiş hissə, 3.5 manat cərimə, ümumilikdə 1759.80 (bir min yeddi yüz əlli doqquz manat səksən qəpik) manat borc və 37.60 (otuz yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar