Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1049/2025 10.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon üçün 1738 (bir min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 869 (səkkiz yüz altmış doqquz) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon və SAMSUNG LED TV üçün 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə və 470 (dörd yüz yetmiş) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87834 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG GALAXY BUDS FE qulaqlıq üçün 762.30 (yeddi yüz altmış iki manat, 30 qəpik) manat ödənilməmiş hissə və 381.15 (üç yüz səksən bir manat, 15 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********90769 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon üçün 637.50 (altı yüz otuz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə və 318.75 (üç yüz on səkkiz manat, 75 qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən PALTARYUYAN LG üçün 538.60 (beş yüz otuz səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə və 269.30 (iki y üz altmış doqquz manat, 30 qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon üçün 63.22 (altmış üç manat, 22 qəpik) manat ödənilməmiş hissə və 31.61 (otuz bir manat, 61 qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7019.43 manat borc və 90,20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon üçün 1738 (bir min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 869 (səkkiz yüz altmış doqquz) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon və SAMSUNG LED TV üçün 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə və 470 (dörd yüz yetmiş) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87834 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG GALAXY BUDS FE qulaqlıq üçün 762.30 (yeddi yüz altmış iki manat, 30 qəpik) manat ödənilməmiş hissə və 381.15 (üç yüz səksən bir manat, 15 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********90769 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon üçün 637.50 (altı yüz otuz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə və 318.75 (üç yüz on səkkiz manat, 75 qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən PALTARYUYAN LG üçün 538.60 (beş yüz otuz səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə və 269.30 (iki y üz altmış doqquz manat, 30 qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon üçün 63.22 (altmış üç manat, 22 qəpik) manat ödənilməmiş hissə və 31.61 (otuz bir manat, 61 qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7019.43 manat borc və 90.20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış Cavabdeh ilə "xxxx" MMC arasında bağlanm xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon, İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG LED TV İmei kod **********87834 SAMSUN GALAXY S23 FE markalı telefon, SAMSUNG GALAXY BUDS FE qulaqlıq, İmei kod **********90769 XİAOMİ REDMİ NOTE PRO markalı telefon, PALTARYUYAN LG, İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon almış və nəticədə 7019.43 (yeddi min on doqquz manat, 43 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2350 (iki min üç yüz əlli) manat (12 ay x 158 manat + 454 manat ilkin ödəniş) olan İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon üçün ümumilikdə, 2607 (iki min altı yüz yeddi) manat olmaqla ondan, 1738 (bir min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 869 (səkkiz yüz altmış doqquz) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1727.94 (bir min yeddi yüz iyirmi yeddi manat, 94 qəpik) manat (18 ay x 94.33 manat + 30 manat ilkin ödəniş) olan İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon SAMSUNG LED T Vüçün ümumilikdə, 1410 (bir min dörd yüz on) manat olmaqla ondan, 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə, 470 (dörd yüz yetmiş) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2329.02 (iki min üç yüz iyirmi doqquz manat, 2 qəpik) manat (18 ay x 121.89 manat + 135 manat ilkin ödəniş) olan İmei kod **********87834 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG GALAXY BUDS FE qulaqçün ümumilikdə, 1143.45 (bir min yüz qırx üç manat, 45 qəpik) manat olmaqla ondan, 762.3 (yeddi yüz altmış iki manat, 30 qəpik) manat ödənilməmiş hissə, 381.15 (üç yüz səksən bir manat, 15 qəpik) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 815.4 (səkkiz yüz on beş manat, 40 qəpik) manat (12 ay x 57.95manat + 120 manat ilkin ödəniş) olan İmei kod **********90769 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefonüçün ümumilikdə, 956.25 (doqquz yüz əlli altı manat, 25 qəpik) manat olmaqla ondan, 637.5 (altı yüz otuz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 318.75 (üç yüz on səkkiz manat, 75 qəpik) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 847.98 (səkkiz yüz qırx yeddi manat, 98 qəpik) manat (6 ay x 133.33 manat + 48 manat ilkin ödəniş) olan PALTARYUYAN LG,üçün ümumilikdə 807.90 (səkkiz yüz yeddi manat, 90 qəpik) manat olmaqla ondan, 538.6 (beş yüz otuz səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə, 269.3 (iki y üz altmış doqquz manat, 30 qəpik) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 535.2 (beş yüz otuzbeş manat, 20 qəpik) manat (12 ay x 32.1 manat + 150 manat ilkin ödəniş) olan İmei kod **********09944 HUAWEİ NOVA11İ markalı telefon üçün ümumilikdə 94.83 (doxsan dörd manat, 83 qəpik) manat olmaqla ondan, 63.22 (altmış üç manat, 22 qəpik) manat ödənilməmiş hissə, 31.61 (otuz bir manat, 61 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 330 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1236.72 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 330 manat, digər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2359.2 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-c üil, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon üçün 1738 (bir min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 869 (səkkiz yüz altmış doqquz) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon və SAMSUNG LED TV üçün 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə və 470 (dörd yüz yetmiş) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87834 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG GALAXY BUDS FE qulaqlıq üçün 762.30 (yeddi yüz altmış iki manat, 30 qəpik) manat ödənilməmiş hissə və 381.15 (üç yüz səksən bir manat, 15 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********90769 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon üçün 637.50 (altı yüz otuz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə və 318.75 (üç yüz on səkkiz manat, 75 qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG üçün 538.60 (beş yüz otuz səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə və 269.30 (iki y üz altmış doqquz manat, 30 qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon üçün 63.22 (altmış üç manat, 22 qəpik) manat ödənilməmiş hissə və 31.61 (otuz bir manat, 61 qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7019.43 manat borc və 90.20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2023-cü il tarixli, 03475034 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, 2329,01 manat dəyərində olan İmei kod **********87834 SAMSUN GALAXY S23 FE markalı telefon məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən götürdüyü məhsun ödənişini hər ay ödəniş cədvəlinə uyğun ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2023-cü il tarixli, 03475034 saylı müqavilə üzrə 08 noyabr 2023-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh İmei kod **********87834 SAMSUN GALAXY S23 FE markalı telefon məhsulunu 08 noyabr 2023-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2023-cü il tarixli, 02865237 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, 535,20 manat dəyərində olan İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən götürdüyü məhsun ödənişini hər ay ödəniş cədvəlinə uyğun ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2023-cü il tarixli, 02865237 saylı müqavilə üzrə 11 noyabr 2023-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon məhsulunu 11 noyabr 2023-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli, 02976406 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, 1727,94 manat dəyərində olan İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən götürdüyü məhsun ödənişini hər ay ödəniş cədvəlinə uyğun ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli, 02976406 saylı müqavilə üzrə 01 yanvar 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon məhsulunu 01 yanvar 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024-cü il tarixli, ********* saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, 2350 manat dəyərində olan İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən götürdüyü məhsun ödənişini hər ay ödəniş cədvəlinə uyğun ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 05 iyul 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhvil-təslim aktından görünür ki, cavabdeh İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon məhsulunu 05 iyul 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024-cü il tarixli, 03487933 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 06 ay müddətinə, 847,99 manat dəyərində olan PALTARYUYAN LG markalı məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən götürdüyü məhsun ödənişini hər ay ödəniş cədvəlinə uyğun ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024-cü il tarixli, 03487933 saylı müqavilə üzrə 05 iyul 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh PALTARYUYAN LG markalı məhsulu 05 iyul 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2024-cü il tarixli, 14027536 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, 815,39 manat dəyərində olan İmei kod **********90769 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən götürdüyü məhsun ödənişini hər ay ödəniş cədvəlinə uyğun ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2024-cü il tarixli, 14027536 saylı müqavilə üzrə 12 avqust 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh İmei kod **********90769 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon məhsulunu 12 avqust 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 noyabr 2023-cü il tarixli, 03475034 saylı müqavilə üzrə 762.30 (yeddi yüz altmış iki manat, 30 qəpik) manat ödənilməmiş hissə və 381.15 (üç yüz səksən bir manat, 15 qəpik) manat dəbbə, 11 noyabr 2023-cü il tarixli, 02865237 saylı müqavilə üzrə 63.22 (altmış üç manat, 22 qəpik) manat ödənilməmiş hissə və 31.61 (otuz bir manat, 61 qəpik) manat dəbbə, 01 yanvar 2024-cü il tarixli, 02976406 saylı müqavilə üzrə 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə və 470 (dörd yüz yetmiş) manat dəbbə, 05 iyul 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1738 (bir min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 869 (səkkiz yüz altmış doqquz) manat dəbbə, 05 iyul 2024-cü il tarixli, 03487933 saylı müqavilə üzrə 538.60 (beş yüz otuz səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə və 269.30 (iki y üz altmış doqquz manat, 30 qəpik) manat dəbbə və 12 avqust 2024-cü il tarixli, 14027536 saylı müqavilə üzrə 637.50 (altı yüz otuz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə və 318,75 (üç yüz on səkkiz manat, 75 qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7019,43 manat borcu yaranmışdır. İşdə olan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçı təşkilatdan İmei kod **********99103 SAMSUNG GALAXY S24+ markalı telefon, İmei kod **********16104 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG LED TV İmei kod **********87834 SAMSUN GALAXY S23 FE markalı telefon, SAMSUNG GALAXY BUDS FE qulaqlıq, İmei kod **********90769 XİAOMİ REDMİ NOTE PRO markalı telefon, PALTARYUYAN LG, İmei kod **********09944 HUAWEİ NOVA 11İ markalı telefon məhsulları almışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə iddiaçı cəmiyyətə ümumilikdə 7019,43 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə 08 noyabr 2023-cü il tarixli, 03475034 saylı müqavilə üzrə hesablanmış 381,15 manat dəbbə pulunun azaldılaraq 100 manat həddində, 11 noyabr 2023-cü il tarixli, 02865237 saylı müqavilə üzrə hesablanmış 31,61 manat dəbbə pulunun azaldılaraq 10 manat həddində, 01 yanvar 2024-cü il tarixli, 02976406 saylı müqavilə üzrə hesablanmış 470 manat dəbbə pulunun azaldılaraq 150 manat həddində, 05 iyul 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 869 manat dəbbə pulunun azaldılaraq 200 manat həddində, 05 iyul 2024-cü il tarixli, 03487933 saylı müqavilə üzrə hesablanmış 269.30 manat dəbbə pulunun azaldılaraq 100 manat həddində və 12 avqust 2024-cü il tarixli, 14027536 saylı müqavilə üzrə hesablanmış 318,75 manat dəbbə pulunun azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 08 noyabr 2023-cü il tarixli, 03475034 saylı müqavilə üzrə 762,30 manat ödənilməmiş hissə və 100 manat dəbbə, 11 noyabr 2023-cü il tarixli, 02865237 saylı müqavilə üzrə 63,22 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 01 yanvar 2024cü il tarixli, 02976406 saylı müqavilə üzrə 940 manat ödənilməmiş hissə və 150 manat dəbbə, 05 iyul 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1738 manat ödənilməmiş hissə və 200 manat dəbbə, 05 iyul 2024-cü il tarixli, 03487933 saylı müqavilə üzrə 538,60 manat ödənilməmiş hissə və 100 manat dəbbə, 12 avqust 2024-cü il tarixli, 14027536 saylı müqavilə üzrə 637,50 manat ödənilməmiş hissə və 100 manat dəbbə olmaqla, ümumilikdə 5339,62 manat alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 90,20 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 90,20 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 noyabr 2023-cü il tarixli, 03475034 saylı müqavilə üzrə 762.30 (yeddi yüz altmış iki manat otuz qəpik) manat ödənilməmiş hissə və 100 (bir yüz) manat dəbbə, 11 noyabr 2023-cü il tarixli, 02865237 saylı müqavilə üzrə 63,22 (altmış üç manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə, 01 yanvar 2024-cü il tarixli, 02976406 saylı müqavilə üzrə 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə və 150 (bir yüz əlli) manat dəbbə, 05 iyul 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1738 (bir min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 200 (iki yüz) manat dəbbə, 05 iyul 2024-cü il tarixli, 03487933 saylı müqavilə üzrə 538,60 (beş yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə və 100 (bir yüz) manat dəbbə, 12 avqust 2024-cü il tarixli, 14027536 saylı müqavilə üzrə 637,50 (altı yüz otuz yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə və 100 (bir yüz) manat dəbbə olmaqla, ümumilikdə 5339,62 (beş min üç yüz otuz doqquz manat altmış iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90,20 (doxsan manat iyirmi qəpik) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1049/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1049/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver