Məhkəmə qərarları › İş №e-2(073)-1053/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1053/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1053/2025 18.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı"xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən POLO-JURNAL MASA, ARİZONA- YUMSAQ-KUNC kreslo üçün 968.8 manat ödənilməmiş hissə, 484.4 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən DİVAN ORTUYU-TEKSTİL, YATAQ ÖRTÜYÜ üçün 107.2 manat ödənilməmiş hissə, 53.6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Saxlama QABİ, YORĞAN-TEKSTİL üçün 96.3 manat ödənilməmiş hissə, 48.15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən YATAQ ÖTÜYÜ üçün 36 manat ödənilməmiş hissə 18 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən YATAQ ÖRTÜYÜ üçün 12.7 manat ödənilməmiş hissə 6.35 manat cərimə, ümumilikdə 1831.5 (bir min səkkiz yüz otuz bir manat əlli qəpik) manat borc və 38.32 (otuz səkkiz manat otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinəəsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1152 (bir min yüz əlli iki) manat olan POLO-JURNAL MASA, ARİZONA-YUMSAQ-KUNC kreslo almış, aldığı əşyanın dəyərini 24 ay müddətində ödəməyi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 261 (iki yüz altmış bir) manat olan DİVAN ORTUYU-TEKSTİL, YATAQ ÖRTÜYÜ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 192.6 (bir yüz doxsan iki manat altmış qəpik) manat olan Saxlama QABİ, YORĞAN-TEKSTİL aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2023-cü il tarixli müqaviləyə sasən dəyəri 81 (səksən bir) manat olan YATAQ ÖTÜYÜ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 81 (səksən bir) manat olan YATAQ ÖRTÜYÜ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1152 manat olan POLO-JURNAL MASA, ARİZONA-YUMSAQ-KUNC kreslo almış, aldığı əşyaların dəyərini 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh"xxxx" MMC-dən dəyəri 261 manat olan DİVAN ORTUYU-TEKSTİL, YATAQ ÖRTÜYÜ almış, aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyiöhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh"xxxx" MMC-dən dəyəri 192.6 manat olan Saxlama QABİ, YORĞAN-TEKSTİL almış, aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh"xxxx" MMC-dən dəyəri 81 manat olan YATAQ ÖTÜYÜ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh"xxxx" MMC-dən dəyəri 81 manat olan YATAQ ÖTÜYÜ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə vəödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 968.8 manat ödənilməmiş hissə, 484.4 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 107.2 manat ödənilməmiş hissə, 53.6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 96.3 manat ödənilməmiş hissə, 48.15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 36 manat ödənilməmiş hissə 18 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 12.7 manat ödənilməmiş hissə 6.35 manat cərimə, ümumilikdə 1831.5 (bir min səkkiz yüz otuz bir manat əlli qəpik) manat təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi üçün 38.32 (otuz səkkiz manat otuz iki qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görəöhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdətutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görəəşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq müqavilələr üzrə müvafiq olaraq 50 manat, 6 manat, 5 manat, 2 manat və 1 manat həddində müəyyən edilməsini tərəflərin mənafelərinə uyğun hesab edir. İşüzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinəəsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumunun 32.85 (otuz iki manat səksən beş qəpik) manat hissəsi onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 968.8 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 107.2 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 96.3 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 36 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 12.7 manat ödənilməmiş hissə, 1 manat cərimə, ümumilikdə 1285 (bir min iki yüz səksən beş manat) manat borc və 32.85 (otuz iki manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar