Məhkəmə qərarları › İş №e-2(073)-1103/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1103/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1103/2025 06.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 06 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad rayon məhkəməsinə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsində Cavabdeh 24 noyabr 2020-ci il tarixli, BLK5815760 saylı müqaviləyə əsasən 320 manat əsas borc və 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh 11 mart 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbini qəbul etmədiyini və işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-1103/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə ərizə göndərilərək, iddianı müdafiə etdiklərini, iş üzrə bütün zəruri sübutların məhkəməyə təqdim etdiklərini nəzərə alaraq məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli BLK5815760 nömrəli müqaviləyə əsasən cavabdehə ümumi dəyəri 449 manat olan məişət avadanlığı (1 ədəd Samsung Galaxy A21S 3/32 gb SM-A217 Black) 12 ay müddətinə (ilkin ödəniş 65 manat, sonrakı aylar üçün 32 manat olmaqla) verilmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 320 manat borcu qalmışdır. Cavabdehə qalan borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə öhdəliklərini pozmuş və həmin borcunu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh 06 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddianı etiraf etdiyini, hazırda maddi imkanının olmadığı və heç bir yerdə işləmədiyini, lakin borcundan hər ay 50 manat ödəyə biləcəyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli BLK5815760 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 449 manat olan məişət avadanlığı (1 ədəd Samsung Galaxy A21S 3/32 gb SM-A217 Black) 12 ay müddətinə (ilkin ödəniş 65 manat, sonrakı aylar üçün 32 manat) olmaqla verilmişdir. İşdə olan 06 fevral 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 24 noyabr 2020-ci il tarixli BLK5815760 nömrəli müqaviləyə əsasən ümumilikdə 449 manat olan borcundan iddiaçıya 320 manat borcu qalmışdır. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edilərkən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 320 manat əsas borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı MMC-yə verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 320 (üç yüz iyirmi) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 350 (üç yüz əlli) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar