Məhkəmə qərarları › İş №e-2(073)-1207/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1207/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1207/2024 10.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 manat və xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 7787,10 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 manat və xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 7787,10 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X1 Exports B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 06 fevral 2023-cü il tarixli AS-H 054/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininmülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. 05 dekabr 2023-cü il tarixli 1784/23 nömrəli geriyə tələb məktubu ilə müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7689,80 manat məbləğində pul vəsaitinin iddiaçı Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb olunur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda iddaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Qarazəncir kəndində yaşayır. 14 avqust 2023-cü il tarixdə özünə məxsus “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, 28 May küçəsi ilə gedərkən, hərəkətdə olan “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdən arxa qapı və arxa kreli əzilmişdir. Hadisənin foto və video çəkilişləri də mövcuddur. Lakin iddiaçı iddia ərizəsində avtomobilə dəymiş maddi ziyanın məbləğini həddindən artıq şişirdilmiş rəqəmlərlə qeyd etmişdir. Arxa qapı və arxa krelin düzəldirilməsi xərci maşının özünün qiyməti qədər hesablanmışdır. Hazırda həmin maşın, yəni sadə komplektasiyalı bu maşının eyni buraxılış ili ilə qiyməti 20-21000 manatdır. Qiymət əsassız olaraq şişirdilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AD 426902 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli ziyan aktından görünür ki, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün təmir xidməti və ehtiyyat hissələri ümumilikdə 12689,80 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2024c-ü il tarixli, 3-16-16/2-9/5267/2024 nörməli ekstpert rəyindən görünür ki, nəzəri hesabala yolu ilə, iş materiallarında "xxxx" QSC tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volksvagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13276 manat (Dəyişilməli hissələrin qiyməti: 10971 manat və Təmir-bərpa işlərinin qiyməti 2305 manat) müəyyən edilmişdir. İşdə olan 03 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 96,90 (doxsan altı manat doxsan qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X1 Exports B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 06 fevral 2023-cü il tarixli AS-H 054/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininmülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. 05 dekabr 2023-cü il tarixli 1784/23 nömrəli geriyə tələb məktubu ilə müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7689,80 manat məbləğində pul vəsaitinin iddiaçı Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb olunur. Hazırda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 96,90 manat dövlət rüsumu və 0,40 manat Bank xidmət haqqı da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 7689,80 (yeddi min altı yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 (doxsan altı manat doxsan qəpik) manat və xidmət haqqına görə 0,40 (sıfır manat qırx qəpik) manat olmaqla, cəmi 7787,10 (yeddi min yeddi yüz səksən yeddi manat on qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar