Məhkəmə qərarları › İş №e-2(073)-1231/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1231/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1231/2024 17.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Rəfayıl oğluna qarşı 3620.04 manat məbləğində vurulmuş zərər və 56.21 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «A-QROUP Siğorta Şirkəti” ASC-nin Cavabdeh Rəfayıl oğluna qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh Rəfayıl oğlundan 3620.04 manat borcun və 56.21 manat dövlət rüsumunun tutularaq iddiaçı «A-QROUP Siğorta Şirkəti” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «A-QROUP Siğorta Şirkəti” ASC ilə X2 arasında 18 yanvar 2023-cü il tarixli AS-F 025/23 nömrəli siğorta müüqaviləsi bağlanmışdır. «A-QROUP Siğorta Şirkəti” ASC tərəfindən ** NG *** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Rəfayıl oğlunun idarə etdiyi “Toyota Pirus minik” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat, ** NG *** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı avtonəqliyyat ilə toqquşmuş və zədələnmişdir. Sözügedan yol-naqliyyat hadisəsi nəticəsinda “Ford Fiesta” markalı ** NG *** dövlat qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə göra Cəmiyyət tərəfindan 5376 (beş min üç yüz yetmiş altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023 -cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-naqliyyat hadisəsinin törədilməsində “Toyota Prius” markalı ** EL *** dövlat qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Rafayıl oğlu taqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Fiesta” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 5376 (beş min üç yüz yetmiş altı) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya t ə l ə b l ə r i n i n reyestrindan çıxarışından görünür ki, “Toyota Prius” markalı ** EL *** dövlat qeydiyyat nişanlı avtonaqliyyat vasitasinin mülki məsuliyyəti, avtonaqliyyat vasitəsi sahiblarinin mülki masuliyyatinin icbari siğortası növü üzrə "xxxx" ASC tərəfindan 1755,96 (bir min yeddi yüz əlli beş manat 96 qəpik) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödanilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1790/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Ford Fiesta” markalı ** NG *** dövlat nişanlı avtonəqliyyat vasitsainə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 3620,04 (üç min altı yüz iyirmi manat 04 qəpik) ınanat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri DYP tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan kart hesabına ödəniş məlumatlarından görünür ki, X1 hesabına 5376 (beş min üç yüz yetmiş altı) manat məbləində pul köçürülmüşdür. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində “Ford Fiesta” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilə 5376 manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 56.21 (əlli altı manat iyirmi bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Hermes Avto MMC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair qüsur aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində “Ford Fiesta” markalı ** NG *** dövlət qeydiyyat markalı avtonəqliyyata 5376 manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30.40 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rəfayıl oğlundan 3620.04 (üç min altı yüz iyirmi manat dörd qəpik) manat borcun və 56.21 (əlli altı manat iyirmi bir qəpik) manat dövlət rüsumunun tutularaq «A- QROUP Siğorta Şirkəti” ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar