Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1265/2024 22.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1500 manat məbləğində vurulmuş zərər və 35 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1500 manat borcun və 35 manat dövlət rüsumunun tutularaq iddiaçı «AzSğorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC tərəfindən **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı minik avtonəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh Ələt-Astara magistral yolunun 148 km ərazisində idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı avtonəqliyyat vasitəsi ** NL *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtonəqliyyatla toqquşması nəticəsində yol-nəqliyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Ələt-Astara yolu 150 km DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış hadisə törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.2-ci madddəsi ilə İXP 575372 protokol yazılmışdır. VAZ 2106 markalı ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1500 (bir min beş yüz) manat ödənişi vermişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli, PAZ ********** saylı sığorta müqaviləsindən görünür ki, **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli, Siğorta Aktından görünür ki, xx.xx.2016-cı il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı minik avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı minik avtonəqliyyat vasitəsi ilə yol-nəqliyat hadisəsi törətməsi nəticəsində ** NL *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtonəqliyyat vasitəsinə dəymiş avtonəqliyyat hadisəni törədilməsi nəticəsində 1500 manat zərər sığorta ödənişi olaraq ödənilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, 575372 saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etməklə yol hətəkəti qaydalarının pozulması nəticəsində zərər şəkən X1 maddi zərər vurulmasına görə barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh olunmuşdur. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat borc və 35 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1265/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1265/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver