Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1282/2024 31.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2024-cü il tarixə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 1744 manat əsas borc, 523.2 manat cərimə, cəmi 2267.2 manat borcun, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 811.9 manat əsas borc, 243.5 manat cərimə, cəmi 1055.4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 324.4 manat əsas borc, 97.3 manat cərimə, cəmi 421.7 manat borcun, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 324.7 manat əsas borc, 97.4 manat cərimə, cəmi 422.1 manat, ümumilikdə iki müqavilə üzrə 3205 manat əsas borc, 961.4 manat cərimə, cəmi 4166.4 (dörd min bir yüz altmış altı manat qırx qəpik) manat borcun və 61.67 (altmış bir manat altmış yeddi qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “APPLE” markalı noutbuk və 1 ədəd oyun konsolunu cəmi 2624.40 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı televizor və 1 əddə aksesuarı cəmi 1639.90 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefonu cəmi 1169.40 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefonu cəmi 455.20 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ““APPLE” markalı noutbuk və 1 ədəd oyun konsolunu cəmi 2624.40 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung” markalı televizor və 1 əddə aksesuarı cəmi 1639.90 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung” markalı mobil telefonu cəmi 1169.40 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ““Samsung” markalı mobil telefonu cəmi 455.20 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 61.67 (altmış bir manat altmış yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 1744 manat əsas borc, 523.2 manat cərimə, cəmi 2267.2 manat borcun, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 811.9 manat əsas borc, 243.5 manat cərimə, cəmi 1055.4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 324.4 manat əsas borc, 97.3 manat cərimə, cəmi 421.7 manat borcun, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 324.7 manat əsas borc, 97.4 manat cərimə, cəmi 422.1 manat, ümumilikdə iki müqavilə üzrə 3205 manat əsas borc, 961.4 manat cərimə, cəmi 4166.4 (dörd min bir yüz altmış altı manat qırx qəpik) manat borcun və 61.67 (altmış bir manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1282/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1282/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver