Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-1290/2024 23.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2853 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10534 manat borcun, 69,42 manat gecikmə faizinin və 122 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 10725,42 manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2853 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10534 manat borcun, 69,42 manat gecikmə faizinin və 122 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 10725,42 manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC məhkəməyə vəsatət göndərərək, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 2853 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10534 manat borcun, 69,42 manat gecikmə faizinin və 122 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 10725,42 manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iş üzrə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə vəsatəti təmin edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1290/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-1290/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver