Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1321/2025 06.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBİ DEMİR DOKUM, KOMBİ STABLİZATOR, QAZ REQULYATOR, 7 ədəd SEKSİYAHOFFMANN, 8 ədəd SEKSİYAUCUN KRAN DEMİRDÖKÜM, KOMPLUS KOMBİ SETİ üçün 463.2 (dörd yüz altmış üç manat, 20 qəpik) manat ödənilməmiş hissə, 46.32 (qırx altı manat,32 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBİ DEMİR DOKUM NİTRON üçün 512 (beş yüz on iki) manat ödənilməmiş hissə, 51.20 (əlli bir manat, 20 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1072.72 (bir min yetmiş iki manat, 72 qəpik) manat borc, 30.73 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, KOMBİ DEMİR DOKUM, KOMBİ STABLİZATOR, QAZ REQULYATOR, 7 ədəd SEKSİYA HOFFMANN, 8 ədəd SEKSİYA UCUN KRANDEMİR DÖKÜM, KOMPLUS KOMBİ SETİ, KOMBİ DEMİR DOKUM NİTRON almış və nəticədə 1072.72 (bir min yetmiş iki manat, 72 qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2533.88 (iki min beş yüz otuz üç manat, 88 qəpik) manat (18 ay x 129.66 manat + 200 manat ilkin ödəniş) olan KOMBİ DEMİR DOKUM, KOMBİ STABLİZATOR, QAZ REQULYATOR, 7 ədəd SEKSİYA HOFFMANN, 8 ədəd SEKSİYA UCUN KRAN DEMİRDÖKÜM, KOMPLUSKOMBİ SETİ üçün ümumilikdə 509.52 (beş yüz doqquz manat, 52 qəpik) manat olmaqla, ondan, 463.2 (dörd yüz altmış üç manat, 20 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.32 (qırx altı manat, 32 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1800 (bir min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan KOMBİ DEMİR DOKUM NİTRON üçün ümumilikdə, 563.20 (beş yüz altmış üç manat, 20 qəpik) manat olmaqla ondan, 512 (beş yüz on iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 51.20 (əlli bir manat, 20 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində KOMBİ DEMİR DOKUM-dən imtina etmiş və məhsul 1499,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 570.72 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1499.96 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1288 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarına olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 01871365 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 2533.88 (iki min beş yüz otuz üç manat, 88 qəpik) manat olan KOMBİ DEMİR DOKUM, KOMBİ STABLİZATOR, QAZ REQULYATOR, 7 ədəd SEKSİYA HOFFMANN, 8 ədəd SEKSİYA UCUN KRAN DEMİRDÖKÜM, KOMPLUS KOMBİ SETİ-ni 200 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə almışdır. Ödəniş cədvəlinin 2.6-cı bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan xx.xx.2023-cü il tarixli 01871431 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən alqı-satqı qiyməti 1800 (bir min səkkiz yüz) manat olan KOMBİ DEMİR DOKUM NİTRON-u 18 ay müddətinə almışdır. Ödəniş cədvəlinin 2.6-cı bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 509.52 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 563.2 manat olmaqla, cəmi 1072.72 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30.73 (otuz manat yetmiş üç qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.73 (otuz manat yetmiş üç qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 463.2 (dörd yüz altmış üç manat 20 qəpik) manat ödənilməmiş hissə, 46.32 (qırx altı manat 32 qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 512 (beş yüz on iki) manat ödənilməmiş hissə, 51.20 (əlli bir manat 20 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1072.72 (bir min yetmiş iki manat 72 qəpik) manat borc və 30.73 (otuz manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-1321/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1321/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver