Məhkəmə qərarları › İş №e-2(073)-1332/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1332/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1332/2025 21.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti, QAZ KALONKASİ HOFFMAN ÜÇÜN 396 manat ödənilməmiş hissə, 39.6 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QAYNAQ APARATİ, ZƏMANƏT+ 3 il xidməti üçün 247.5 manat ödənilməmiş hissə, 24.75 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, FEN-DARAQ PANASONİC, ZƏMANƏT+ 3 il xidməti üçün 68.4 manat ödənilməmiş hissə, 6.84 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti, SMART WATCH HAYLOU qol saatı üçün 59.2 manat ödənilməmiş hissə, 5.92 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, DREL-ŞURUP BAĞLAYAN İSKRA üçün 40.9 manat ödənilməmiş hissə, 4.09 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, BLACKVİEW W10 qol saatı, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti üçün 30.1 manat ödənilməmiş hissə, 3.01 manat cərimə, ümumilikdə 926.31 manat borc və 30 manat ödənil miş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənil məsi barədə qətnamə çıxaril masını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bil diriş göndəril mişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, dəyəri 396 manat olan QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, QAZ KALONKASİ HOFFMANN almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, dəyəri 280.08 manat olan QAYNAQ APARATİ, ZƏMANƏT + 3 il xidməti almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, dəyəri 112.14 manat FEN-DARAQ PANASONİC, ZƏMANƏT + 3 il xidməti almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, dəyəri 118.44 manat olan QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, SMART WATCH HAYLOU qol saatı almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, dəyəri 99.96 manat olan DREL-ŞURUP BAĞLAYAN İSKRA almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, dəyəri 180.48 manat olan BLACKVİEW W10 qol saatı, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavil ələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edil məsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edil ənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxaril masını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 396 manat olan “QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, QAZ KALONKASİ HOFFMANN” almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür İşdə olan xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 280.08 manat olan “QAYNAQ APARATİ, ZƏMANƏT + 3 il” malı almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri dəyəri 112.14 manat “FEN-DARAQ PANASONİC, ZƏMANƏT + 3 il xidməti” almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 118.44 manat olan “QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, SMART WATCH HAYLOU” qol saatı almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 99.96 manat olan “DREL-ŞURUP BAĞLAYAN İSKRA” almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 180.48 manat olan “BLACKVİEW W10” qol saatı, “QİZİL ZƏMANƏT ULTRA3 il xidməti” almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 396 manat ödəniləmiş hissə, 39.6 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 247.5 manat ödənilməmiş hissə, 24.75 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 68.4 manat ödənilməmiş hissə, 6.84 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 59.2 manat ödənilməmiş hissə, 5.92 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 40.9 manat ödənilməmiş hissə, 4.09 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 30.1 manat ödənilməmiş hissə, 3.01 manat cərimə, ümumil ikdə 926.31 (doqquz yüz iyirmi altı manat otuz bir qəpik) manat təşkl edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənil məsi cavabdehdən tələb edil miş, əks təqdirdə məhkəməyə müraciət edil əcəyi barədə xəbərdarlıq edil mişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin veril məsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənil mişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqavil əsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdiril miş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqavil əsində əşyanın alıcıya veril dikdən müəyyən müddət sonra ödənil məsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavil ədə nəzərdə tutulan müddətdə, müqavil ədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdiril miş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqavil əsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı veril miş əşyanın ödənil məsini və ya ödənil məmiş malın qaytaril masını tələb edə bil ər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavil əyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənil məlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçiril mədən və tərəflər izahatları dinlənil mək üçün çağıril madan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxaril malıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edil məsi haqqında qətnamə qəbul edil ir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldıril ması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 926.31 (doqquz yüz iyirmi altı manat otuz bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada veril diyi gündən 1 (bir) ay müddətində Cəlil abad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar