Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1338/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1345 manat məbləğində vurulmuş zərər və 33.85 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1345 manat borcun və 33.85 manat dövlət rüsumunun tutularaq iddiaçı «AzSğorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın yanğından və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə, RAZ********** nömrəli siğorta müqaviləsi (şəhadətnamə) ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak yaşayış yeri çoxmrtəbəli binanın yuxaı, yəni Cavabdeh istifadəsində olan 13 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə, RAZ********** saylı sığorta müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsin xx.xx.2022-ci il tarixli Hüquqların dövlət haqqında daşınmaz əmlakın dövlət reysterindən Çıxırışından görünür ki, ünvan 1 ünvanında X2 ********** qeydiyyat nömrəli mənzili qeydiyyata alınmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli, CFİ-0080/2024-AKT204/24 saylı Siğorta Aktla "xxxx" ASC tərəfindən X3 150 manat azadolma məbləğlər çıxmaqla 1345 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, CFİ-0080/2024-AKT204/24 saylı Siğorta Aktından görünür ki, daşınmaz əmlkaın icbari siğortasına əsasən xx.xx.2024-cü il tarixdə su basması nəticəsində 1495 manat məbləğində zərər dəymişdir. İşdə olan 2381 nömrəli dəymiş zərərin hesabatından görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka 1495 manat zyan dəymişdir. İşdə olan 15.05.204-cü il tarixli AKT dan gürünü ki, komendant Yadulla Əliyev və Elvin Vəliyevin iştirakları ilə X2 məxsus ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 33.85 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33.85 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1345 manat borc və 33.85 manat dövlət rüsumu tutularaq "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1338/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1338/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver