Məhkəmə qərarları › İş №e-2(073)-1441/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1441/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1441/2023 25.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 250370 saylı müqavilə üzrə 255 (iki yüz əlli beş) manat, xx.xx.2021-ci il tarixli 250680 saylı müqavilə üzrə 230 (iki yüz otuz) manat, xx.xx.2021-ci il tarixli 250681 saylı müqavilə üzrə 480 (dörd yüz səksən) manat əsas, ümumilikdə 965 (doqquz yüz altmış beş) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 250370 saylı müqaviləyə əsasən dəyəri 350 manat olan malı ilkin ödəniş 20 manat ödəməklə almış və qalan məbləği 9 ay müddətində hər ay 37 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh xx.xx.2021-ci il tarixli, 250680 saylı müqaviləyə əsasən iddiaçı cəmiyyətdən dəyəri 250 manat olan malı ilkin ödəniş 20 manat ödəməklə almış və qalan məbləği 9 ay müddətində hər ay 25 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh xx.xx.2021-ci il tarixli 250681 saylı müqaviləyə əsasən dəyəri 500 manat olan malı ilkin ödəniş 20 manat ödəməklə almış və qalan məbləği 9 ay müddətində hər ay 50 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 250370 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyəri 350 manat olan malı ilkin ödəniş 20 manat ödəməklə almış və qalan məbləği 9 ay müddətində hər ay 37 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 250680 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyəri 250 manat olan malı ilkin ödəniş 20 manat ödəməklə almış və qalan məbləği 9 ay müddətində hər ay 25 manat olmaqla borcunu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 250681 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyəri 500 manat olan malı ilkin ödəniş 20 manat ödəməklə almış və qalan məbləği 9 ay müddətində hər ay 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyət olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 250370 saylı müqavilə üzrə 255 (iki yüz əlli beş) manat, xx.xx.2021-ci il tarixli, 250680 saylı müqavilə üzrə 230 (iki yüz otuz) manat, xx.xx.2021-ci il tarixli, 250681 saylı müqavilə üzrə 480 (dörd yüz səksən) manat borc, ümumilikdə 965 (doqquz yüz altmış beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar