Məhkəmə qərarları › İş №e-2(073)-1483/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1483/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1483/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 iyun 2024-cü il tarixli ALY-2133 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2024-cü il tarixə 784.97 manat gecikdirilmiş əsas, 884.54 manat gecikdirilmiş mükafat, 721.30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 13278 manat məbləğində pulun, inzibati xəta haqqında protokollara görə ödənilmiş 792.20 manat məbləğində pul, ümumilikdə 16461.01 manat borc və ödənilmiş 139.39 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhəkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2024-cü il tarixli ALY-2133 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA089784 ban, qara rəngli avtomobil 21150 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 18 % hesablanmaqla 55 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 567.46 manat, ümumilikdə isə 31210 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 noyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 13278 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 19 iyun 2024-cü il tarixli ALY-2133 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2024-cü il tarixə 784.97 manat gecikdirilmiş əsas, 884.54 manat gecikdirilmiş mükafat, 721.30 manat dəbbə pulu, ümumilikdə 2390.81 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X1 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir. İXP ******* saylı protokola görə 100 manat, EQ 23321932 saylı protokola görə 45 manat, EQ 23190486 saylı protokola görə 9 manat, EQ 23108758 saylı protokola görə 30.60 manat, EQ 23012872 saylı protokola görə 31.60 manat, EQ 22932105 saylı protokola görə 160 manat, EQ 22870569 saylı protokola görə 64 manat, EQ 22861802 saylı protokola görə 16 manat, EQ 22841979 saylı protokola görə 16 manat, EQ 22841820 saylı protokola görə 16 manat, EQ 22703980 saylı protokola görə 32 manat, EQ 22663390 saylı protokola görə 32 manat, EQ 22363387 saylı protokola görə 32 manat, EQ 22115351 saylı protokola görə 64 manat, EQ 22096396 saylı protokola görə 16 manat, EQ 22092972 saylı protokola görə 64 manat, EQ 22075289 saylı protokola görə 32 manat, EQ 21974435 saylı protokola görə 32 manat. Yuxarıda qeyd edilən protokollara görə ümumilikdə 792.20 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb olunsa da o, bundan yayınmışdır. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. İşdə olan: - lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 19 iyun 2024-cü il tarixli ALY-2133 saylı “Daxili lizinq” müqaviləsindən və təhvil-təslim aktından görünür ki, dəyəri 21150 manat təşkil edən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, XWBJA69V9NA089784 ban, qara rəngli avtomobil (lizinq obyekti) Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir; - maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya lizinq müqaviləsi üzrə 784.97 manat əsas borc, 884.54 manat mükafat borcu, 721.3 manat cərimə, cəmi 2390.81 manat borcu vardır; - “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” DYPİ-nin 043250 saylı arayışından görünür ki, lizinq obyektinin ön hissə yan, sağ və sol qapı, arxa hissəsi zədələnmişdir. - "xxxx" MMC (“Chevrolet” markasının rəsmi nümayəndəsi) tərəfindən verilmiş qüsur aktından görünür ki, lizinq obyektinə ümumilikdə 13276 manat ziyan dəymişdir. - “Azərbaycan Respublikası DİN cərimələr və cərimə balları barədə məlumat”ından görünür ki, Cavabdeh ******* saylı protokola görə 100 manat, EQ 23321932 saylı protokola görə 45 manat, EQ 23190486 saylı protokola görə 9 manat, EQ 23108758 saylı protokola görə 30.60 manat, EQ 23012872 saylı protokola görə 31.60 manat, EQ 22932105 saylı protokola görə 160 manat, EQ 22870569 saylı protokola görə 64 manat, EQ 22861802 saylı protokola görə 16 manat, EQ 22841979 saylı protokola görə 16 manat, EQ 22841820 saylı protokola görə 16 manat, EQ 22703980 saylı protokola görə 32 manat, EQ 22663390 saylı protokola görə 32 manat, EQ 22363387 saylı protokola görə 32 manat, EQ 22115351 saylı protokola görə 64 manat, EQ 22096396 saylı protokola görə 16 manat, EQ 22092972 saylı protokola görə 64 manat, EQ 22075289 saylı protokola görə 32 manat, EQ 21974435 saylı protokola görə 32 manat məbləğində cərimə olunmuşdur; - ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 792.20 manat məbləğində cərimə ödənilmişdir; - xəbərdarlıqdan görünür ki, iddiaçı təşkilat tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 139.39 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2024-cü il tarixli ALY-2133 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA089784 ban, qara rəngli avtomobil 21150 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 18 % hesablanmaqla 55 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 567.46 manat, ümumilikdə isə 31210 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 noyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 13278 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 19 iyun 2024-cü il tarixli ALY-2133 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2024-cü il tarixə 784.97 manat gecikdirilmiş əsas, 884.54 manat gecikdirilmiş mükafat, 721.30 manat dəbbə pulu, ümumilikdə 2390.81 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X1 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir. İXP ******* saylı protokola görə 100 manat, EQ 23321932 saylı protokola görə 45 manat, EQ 23190486 saylı protokola görə 9 manat, EQ 23108758 saylı protokola görə 30.60 manat, EQ 23012872 saylı protokola görə 31.60 manat, EQ 22932105 saylı protokola görə 160 manat, EQ 22870569 saylı protokola görə 64 manat, EQ 22861802 saylı protokola görə 16 manat, EQ 22841979 saylı protokola görə 16 manat, EQ 22841820 saylı protokola görə 16 manat, EQ 22703980 saylı protokola görə 32 manat, EQ 22663390 saylı protokola görə 32 manat, EQ 22363387 saylı protokola görə 32 manat, EQ 22115351 saylı protokola görə 64 manat, EQ 22096396 saylı protokola görə 16 manat, EQ 22092972 saylı protokola görə 64 manat, EQ 22075289 saylı protokola görə 32 manat, EQ 21974435 saylı protokola görə 32 manat. Yuxarıda qeyd edilən protokollara görə ümumilikdə 792.20 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb olunsa da bundan yayınmışdır. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanılmış “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, müqavilə üzrə yaranmış əsas borca münasibətdə cərimə məbləği tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 721.30 manatdan azaldılaraq 70 manat həddində müəyyən edilməsini tərəflərin mənafelərinə uyğun hesab edir. Lizinq obyektinə dəymiş zərərin məbləğinə dair qüsur aktı ilə bağlı məhkəmə hesab edir ki, həmin akt lizinq obyekti olan avtomobilin istehsalçısının rəsmi nümayəndəsi tərəfindən tərtib edildiyinə görə mötəbər sübut növü kimi nəzərə alınmalıdır, habelə o da nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən həmin akt və ya aktdakı məbləğ məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş rüsumun 137.42 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 784.97 manat əsas borc, 884.54 manat gecikdirilmiş mükafat, 70 manat dəbbə pulu, lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 13276 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 792.20 manat, ümumilikdə 15807.71 (on beş min səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat pul və 137.42 (bir yüz otuz yeddi manat 42 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar