Məhkəmə qərarları › İş №e-2(073)-1816/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1816/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1816/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in cavabdehlər X1 və X3 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər X1 və X3 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlərdən xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 311.90 (üç yüz on bir manat doxsan qəpik) manat əsas borc, 46.70 (qırx yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 358.60 (üç yüz əlli səkkiz manat altmış qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 119.90 (bir yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 17.90 (on yeddi manat doxsan qəpik) manat cərimə olmaqla, cəmi 137.80 (bir yüz otuz yeddi manat səksən qəpik) manat borcun, xx.xx.2024cü il tarixli, 01181393 saylı müqavilə üzrə 384.90 (üç yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 57.70 (əlli yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 442.60 (dörd yüz qırx iki manat altmış qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 131.50 (bir yüz otuz bir manat əlli qəpik) manat cərimə olmaqla, cəmi 1008.70 (bir min səkkiz manat yetmiş qəpik) manat borcun, ümumilikdə 1693.90 (bir min altı yüz doxsan üç manat doxsan qəpik) manat əsas borcun, 253.80 (iki yüz əlli üç manat səksən qəpik) manat cərimə olmaqla cəmi 1947.70 (bir min doqquz yüz qırx yeddi manat yetmiş qəpik) manat borcun və 39.48 (otuz doqquz manat qırx səkki qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh X4 "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cəmi 1459.99 manat dəyərində olan “LOTUS” markalı soyuducu 18 ay müddətində ödəmək şərtilə almışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cəmi 179.99 manat dəyərində olan “SMART” markalı saat 18 ay müddətində ödəmək şərtilə almışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cəmi 517.49 manat dəyərində olan “SAMSUNG” markalı mobil telefon 12 ay müddətində ödəmək şərtilə almışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cəmi 1054.47 manat dəyərində olan “HONOR” markalı mobil telefon və 2 ədəd aksesuar 18 ay müddətində ödəmək şərtilə almışdır. Borclunun təminatı olaraq "xxxx" MMC-ilə X5 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, cavabdeh X4 "xxxx" MMC-dən 1459.99 manat dəyərində olan “LOTUS” markalı soyuducu 18 ay müddətində ödəmək şərtilə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, cavabdeh X4 "xxxx" MMC-dən 179.99 manat dəyərində olan “SMART” markalı saat 18 ay müddətində ödəmək şərtilə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, cavabdeh X4 "xxxx" MMC-dən “SAMSUNG” markalı mobil telefon 12 ay müddətində ödəmək şərtilə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, cavabdeh X4 "xxxx" MMC-dən “HONOR” markalı mobil telefon və 2 ədəd aksesuar 18 ay müddətində ödəmək şərtilə almışdır. İşdə olan iddiaçı təşkilatla Cavabdeh1 Cəbrayil oğlu ilə iddiaçı İRŞAD-Electronics» MMC arasında xx.xx.2023-cü il tarixli ********* saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı cəmiyyətə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 311.90 (üç yüz on bir manat doxsan qəpik) manat əsas borc, 46.70 (qırx altı manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 358.60 (üç yüz əlli səkkiz manat altmış qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı cəmiyyətə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 119.90 (bir yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 17.90 (on doqquz manat doxsan qəpik) manat cərimə olmaqla, cəmi 137.80 (bir yüz otuz yeddi manat səksən qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı cəmiyyətə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 384.90 (üç yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 57.70 (əlli yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 442.60 (dörd yüz qırx iki manat altmış qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı cəmiyyətə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 877.20 (səkkiz yüz yetmiş iki manat iyirmi qəpik) manat əsas borc, 131.50 (bir yüz otuz bir manat əlli qəpik) manat cərimə olmaqla, cəmi 1008.70 (bir min səkkiz manat yetmiş qəpik) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 39.48 (otuz doqquz manat qırx səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 39.48 (otuz doqquz manat qırx səkkiz qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 311.90 (üç yüz on bir manat doxsan qəpik) manat əsas borc, 46.70 (qırx yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 358.60 (üç yüz əlli səkkiz manat altmış qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 119.90 (bir yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 17.90 (on yeddi manat doxsan qəpik) manat cərimə olmaqla, cəmi 137.80 (bir yüz otuz yeddi manat səksən qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, 01181393 saylı müqavilə üzrə 384.90 (üç yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 57.70 (əlli yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 442.60 (dörd yüz qırx iki manat altmış qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 131.50 (bir yüz otuz bir manat əlli qəpik) manat cərimə olmaqla cəmi 1008.70 (bir min səkkiz manat yetmiş qəpik) manat borcun, ümumilikdə 1693.90 (bir min altı yüz doxsan üç manat doxsan qəpik) manat əsas borcun, 253.80 (iki yüz əlli üç manat səksən qəpik) manat cərimə olmaqla cəmi 1947.70 (bir min doqquz yüz qırx yeddi manat yetmiş qəpik) manat borcun və 39.48 (otuz doqquz manat qırx səkki qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar